Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Mahmudov Gülər Əhmədovanı uşaqları ilə şantaj edib – Detallar açıqlanır

Keçmiş millət vəkili Gülər Əhmədova “mandat alveri” qalmaqlından və həbs edilməsinin səbəbləri barədə maraqlı açıqlamalar verib

PİA.az xəbər verir ki, Gülər Əhmədova BBC-yə misahibəsində bildirib ki, o, iki siyasi qüvvə arasında gedən oyunun qurbanı olub.

“Hamı çox gözəl bilir ki, iki siyasi qüvvənin bir-birinə qarşı oynadığı bir oyun var idi. Məni orada alət eləmək istədilər. O da düzgün hesablanmamışdı. Adətən hesab edirlər ki, qadınlar zəifdirlər, onlara qarşı təzyiq vasitəsilə nəyisə onlardan almaq olar. Mən övladlarımla şantaj olunurdum”, - deyə keçmiş millət vəkili əlavə edib.

O, əvvəlcə konkret hansı siyasi qüvvə, yaxud şəxs tərəfindən şantaj olunduğunu açıqlamayıb. “Konkret siyasi qüvvə var idi, artıq indi yoxdur. Bəlkə də o adamın adını çox rahat çəkmək olar. Amma indi o adam vəzifədə deyil deyə onun adını çəkəndə deyərlər ki, yıxılandan sonra çəkir”, -deyə Gülər Əhmədova bildirib.

Lakin jurnalistin bu barədə təkrar sualından sonra Gülər Əhmədova ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyini nəzərdə tutduğunu deyib.

PİA.az xatırladır ki, “mandat alveri” qalmaqalı zamanı bu məsələnin kökündə keçmiş milli təhülkəsizlik naziri Eldar Mahmudovun hakimiyyətdəki rəqiblərini sıradan çıxarmaq planının dayandığı barədə ehtimallar səsləndirilirdi. Nəhayət, 6 ildən sonra Gülər Əhmədova bu ehtimalları rəsmən təsdiqləyib. Həmçinin bəlli olub ki, Eldar Mahmudov öz niyyətini həyata keçirmək hətta keçmiş millət vəkilini övladları ilə şantaj edirmiş.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar