Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səudiyyənin neft bazasına olunan hücum qlobal müharibənin təbiətini dəyişir

Səudiyyə Ərəbistanı və ABŞ-ın neft təsisatlarını qoruya bilməməsi dünayadakı güc balansına təsir edir...

Patrick COCKBURN
“The Independent” qəzeti, Böyük Britaniya, 25 sentyabr 2019-cu il

Dronların və raketlərlə Səudiyyənin neft təsisatlarına qarşı edilmiş hücum təkcə Yaxın Şərqin hərbi balansını yox, həm də qlobal müharibənin təbiətini də dəyişə bilər.

14 sentyabr səhəri müasir hərbi təyyarələrlə müqayisədə çox daha ucuz və sadə olan 18 dron və 7 raket Səudiyyə Ərəbistanının xam neft istehsalının yarısını bloklayıb və dünyadakı neft qiymətlərinin 20% artmasına səbəb olub.

Səudiyyə keçən il müdafiəyə 67,6 milyard dollar xərclədiyi halda bu hadisə baş verdi. Bu vəsaitin böyük bir hissəsi bahalı təyyarələrə və hava müdafiə sistemlərinə xərclənmişdi, lakin bütün bu xərclər hücumun qarşısını ala bilmədi.

ABŞ-ın müdafiə büdcəsi 750 milyard, kəşfiyyat büdcəsi isə 85 milyard dollardır. Amma yenə də Körfəzdəki ABŞ qüvvələri hadisədən sonra da hücumun hardan olunduğunu tam olaraq müəyyənləşdirə bilmədi. və hücumun qarşısını alamaqda müdafiə sisteminin yetərsiz olduğunu etiraf etdi.

Bu fiasko ilə bağlı gətirilən bəhanələrdən biri o idi ki, dronlar görünməyəcək qədər alçaqdan uçurulmuş olması və gözlənilməz yerdən gəldiyi oldu. Silah istehsalçılarının və hərbiçilərin öz silah sistemlərini təriflədiyini nəzərə aldıqda son günlərdə çıxan xəbərlərdən yaranan vəziyyət çox acınacaqlı görünür.

Hücumu həyata keçirənlərin iranlılar, yoxsa Husilər olması ilə bağlı müzakirələr də davam edir. Ehtimal olunur ki, hücumda iki tərəfiin də barmağı var.Bəlkə də, İran əməliyyatı idarə edib və texnikanı təmin edib. Lakin bunda kimin məsuliyyət daşımasından daha vacib bir məsələ də var. İran kimi orta səviyyəli bir qüvvə, üstəlik də sanksiyalar altında, məhdud qaynaqlara sahib ikən, təkbaşına, ya da məhdud müttəfiqlərlə hərəkət edərkən dünyanın ən böyük hərbi super gücü olan ABŞ-ın dəstəklədiyi və yaxşı silahlanmış Səudiyyə Ərəbistanına ciddi şəkildə zərbə vurdu.

Əgər ABŞSəudiyyə Ərəbistanı İrana qarşılıq verməkdə tərəddüd edirsə, deməli, İranın 1 il əvvəlkinə nisbətdə daha təhlükəli olduğunu başa düşür. Baş verən hadisə bir daha təkrarlana bilər, çünki İrana boş yerə “dron super gücü” demirlər. Səudiyyə Ərəbistanındakı neft istehsalat təsisləri və ölkənin içməli suyunun böyük bir hissəsini qarşılayan duz artırma təsisləri də tam olaraq İranın dron və onun kimi kiçik raketlərinin hədəfindədir.

Başqa sözlə, kompleks hava müdafiə sisteminə sahib olan bir ölkə ilə belə bir sistemə sahib olmayan ölkə arasındakı toqquşmalarda hərbi sahə əvvəlkindən daha nizamlı olacaq. ABŞ, NATO qüvvələrinin və İsrailin uzun müddətdir ən böyük üstünlüyü hər hansı bir düşmən qarşısında əzici və böyük hava qüvvələrinə sahib olmaları idi. Amma bu hesab birdən-birə sual altına düşdü, çünki hava qüvvəsi məsələsində artıq hər kəs az büdcə ilə oyuna girə bilər.

Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində çalışan, hərbi mütəxəssisi Antoni Kordesman bu dəyişikliklərlə bağlı qısa şəkildə yazıb: “Səudiyyə Ərəbistanındakı hücumlar bizə xəbərdarlıq edir ki, ABŞ-ın Körfəzdəki hava üstünlüyü artıq bitib və yüksək hücum texnikası da zəifləyib”.

Bu durum yeni nəsil dronlar, gəzgin raketləri və yüksək nişanlı ballistik raketlərin İran inventarlarına necə girdiyini və Yəməndəki Husilərdən Livandakı Hizbullaha qədər yayılmağa başladığını açıqlayır.

Hərb tarixində bu cür dönüm nöqtələri çox baş verib. Bir dəfə də sadə şəkildə istehsal olunan bir silah yerləşdirilərkən daha mürəkkəb silahların istifadəsini bloklamışdı.

Buna nümunə olaraq, 11 noyabr 1940-cı ildə Torontodakı bazalarda lövbər atmış 5 italyan hərbi gəmisinə yavaş hərəkət edən, amma sağlam, silahlanmış və bir təyyarə gəmisindən qalxmış 20 ingilis “Swordfish” təyyarəsinin etdiyi hücumu misal göstərmək olar. Sonda da ingilislər təkcə 2 təyyarə itirərkən, italyanların 3 hərbi gəmisi batmış və iki gəmi də ağır zərbə almışdı. Bu qədər kiçik büdcə ilə bu cür möhtəşəm bir zəfər qazanmaq müharibə gəmilərinin dənizlərdəki hərbi gəmilərin dənizlərdəki hakimiyyətini bitirdi və bunun əvəzində bombardman təyyarələri daşıyan təyyarə gəmilərinin üstün olduğu yeni bir dönəmin əsasını qoydu. Bu, bir il sonra bənzər şəkildə Pörl Harbora hücum edən Torontonun yapon donanmasının da nəzərə aldığı bir fakt idi.

Səudiyyəlilər bu həftə diplomatları və jurnalistləri toplayıb hava hücumunun arxasında iranlıların olduğuna inandırmaq üçün onlara dronların və raketlərin yaratdığı dağıntıları göstərdi. Amma qırıq dron və raket parçalarının ən əsas xüsusiyyəti odur ki, bir neçə gün əvvəl dünya iqtisadiyyatını sarsmış bu silahlar ele də bahalı deyillər. Buna qarşılıq olaraq Səudiyyə Ərəbistanının əsas hava müdafiəsini yaradan və keçən şənbə günü (hücumun baş verdiyi 21 sentyabr günü) heç bir işə yaramayan ABŞ istehsalı “Patriot”un bir raketi 3 milyon dollara başa gəlmişdi.

Qiymət və sadəlik çox önəmlidir, çünki bu, onu göstərir ki, İranın, Husilərin, Hizbullahın və demək olar, hər bir ölkənin qarşısına çıxa biləcək təhlükəyə qarşı çox sayda dron və raket istehsal oluna bilər və bu dronlar vasutəsi ilə qarşı tərəfə ciddi ziyan vura bilərlər.

10 min və yaxud da maksimum 100 min dollarlıq bir dronla 122 milyon dollarlıq bir F-35 raketi ilə müqayisə edin. Əbqayiq və Xurais neft təsisatlarında baş verən hadisələri nəzərə aldıqda, çox güman ki, bütün hökumətlər və hava qüvvələri komandirləri ucuz və effektiv alternativlər olduğu halda, niyə bu qədər çox pul xərcləməli olduqlarını vergi ödəyicilərinə anlada bilməyəcəklər. Keçmişdəki əmsallara baxıb deyə bilərik ki, hava qüvvələri komandirləri və silah istehsalçıları real müharibədə nə qədər fayda verəcəyi sual altında olan şübhəli silahlara böyük büdcə ayırmaq üçün son nəfəslərinə qədər mübarizə aparacaqlar.

Səudiyyə Ərəbistanına edilmiş hücum asan şəkildə əldə edilən ucuz silahların önə çıxdığı yeni bir müharibə dönəminə təkan verir. Ümumilikdə, asanlıqla təmin edilən, gübrədən hazırlanmış, bir yolun içinə və ya kənarına əkilən və əldə düzəlmiş partlayıcıların (EYP) keçmişdəki performansını bir düşünün. Bunları Cənubi Armaqda İrlandiya Respublika Ordusu (İRA) tərəfindən dağıdıcı şəkildə istifadə edilmişdi və Britaniya ordusunu quru yollarından uzaqlaşmağa məcbur buraxmışdı.

EYP-lər İraq və Əfqanıstanda da ABŞ liderliyindəki koalisiya qüvvələrinə qarşı effektiv istifadə edilib. ABŞ ordusu bu ölümcül silaha qarşı təsirli bir şey tapmaq üçün bir çox qaynağı səfərbər edib və bunların arasında MRAP adlanan 27 min ağır zirehli texnika da vardı və həmin texnikaya 40 milyard dollar sərf olunmuşdu. Hərbi araşdırmalar göstərir ki, bir MRAP-a edilən hücumda yaralanan və ölən ABŞ əsgərlərinin sayı ilə MRAP-ın yerini tutan vasitələrə edilən hücumlardakı itkilərin sayı ilə tamamilə eyni idi.

Amerikalı, ingilis və Səudiyyə generallarının bahalı, texniki baxımdan inkişaf etmiş, amma praktikada işə yaramayan silahları idarə etməsi mümkün deyil. Yaponlar Pörl Harbordakı müharibə gəmilərinin necə müdafiəsiz olduğunu göstərdikdən qısa bir müddət sonra dünyanın ən böyük müharibə gəmisini sifariş etmişdilər. Lakin “Yamato” adlı gəmi silahları ilə sadəcə bir dəfə atəş aça bilmişdi və 1945-də ABŞ-ın bir təyyarə gəmisi tərəfindən bombalanmışdı.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar