Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərdəkan qalasında bərpa işlərinə başlanılır

Zakir Sultanov Azərbaycanda səfərdə olan Maltanın UNESCO üzrə Milli Komissiyasının sədrini qəbul edib

Bu gün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Azərbaycanda səfərdə olan Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bondini qəbul edib.

APA-nın məlumatına görə, Z. Sultanov Azərbaycanın mədəni irsi, tarixi abidələri haqqında məlumat verərək ölkədə mədəni irsin qorunması, bərpası və təbliği sahəsində görülən işlərdən danışıb.

O vurğulayıb ki, Azərbaycan bu istiqamətdə beynəlxalq təşkilatlarla, xüsusi ilə UNESCO ilə sıx əməkdaşlıq edir.

Z. Sultanov ölkədə bir sıra tarixi abidələrdə bərpa-konservasiya işlərinin həyat keçirildiyini diqqətə çatdıraraq qeyd edib ki, Azərbaycanın ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada bərpa-konservasiya işləri həyata keçirilir. O artıq bərpa layihəsi yekunlaşan Mərdəkan qalasında da yaxın vaxtlarda bərpa işlərinə başlanılacağını diqqətə çatdırıb.

R. Bondin səfər müddətində bir sıra muzeylərdə, tarixi məkanlarda olduğunu vurğulayıb. O bildirib ki, Çıraqqala abidəsi, Hövsan və Türkan kəndləri yaxınlığında yerləşən “Araba yolları” dünya mədəni irsi baxımından unikal abidələrdir. Onun sözlərinə görə, Çıraqqalanın unikallığı qalanın böyük bir müdafiə səddinin tərkib hissəsi olması və ətraf landşaftının insan təsirlərinə az qalmasıdır.

R. Bondin hər iki abidənin UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına salınmasının vacibliyini qeyd edib. “Araba yolları”nın Maltada da olduğunu qeyd edən qonaq bu abidələrin dünyaya tanıdılması məqsədi ilə qarşılıqlı əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb.

Görüşdə bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, əlaqələrin gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar