Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cahangir Hacıyevin Londonda daha bir şirkəti tapıldı – Fotolar

Hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə bağlı yeni maraqlı məlumatlar yayılıb

Araşdırmaçı jurnalist Cavanşir Həsənli sabiq bank prezidentinin xaricdə bəzi maliyyə əməliyyatlarını həyata keçirdiyi şirkətlə bağlı sənədləri əldə edib. Söhbət Cahangir Hacıyevin Londondakı BERKELEY BUSINESS LIMITED şirkətindən gedir.

Jurnalistin yaydığı sənədlərdən belə məlum olur ki, Beynəlxalq Bankın keçmiş prezidenti arvadı Zamirə Hacıyeva üçün “Gulfstream Aerospace” korporasiyasından 2013-ci ildə 42,5 milyon dollarlıq “Gulfstream G550″ təyyarəsini bu şirkət üzərindən sifariş edib.

“Müqaviləni BERKELEY BUSINESS LIMITED adından şirkətin hazırda Fransada yaşayan azərbaycanlı keçmiş direktoru Fərhad Rəhimov imzalayıb. O hazırda Fransada daşınmaz əmlak şirkətinin sahibidir.

Cənab Rəhimovla bu müqavilə ilə bağlı əlaqə saxlamışam. Deyir ki, o sadəcə şirkətin icraçı direktoru kimi müqaviləyə imza atıb”-deyə jurnalist yazıb.


Müəllif sənədlərə istinadən yazır ki, “Gulfstream G550″ təyyarəsinin sifarişi və pulun ödənişdən sonra, yəni 2016-cı ildə şirkətin 34.297.494 funt sterlinq (təxminən 75 milyon manat) aktivləri olub:
“Hacıyevlərin tək bir şirkətində rəsmi bəlli olanıdır bu məbləğdir. Bu oğurluqlardan uzun illər heç kimin “xəbəri olmayıb. Şirkəti hazırda Kostas NIKOLAOU adlı yunan Kiprinin vətəndaşı idarə edir.

2007-2010-cu illərdə şirkətin direktoru Azərbaycan Beynəlxalq Bankından iri məbləğdə kredit çıxarıb sonradan Londonda peyda olan Fransa vətəndaşı Xəqani Bəşirov, sonrakı illərdə Cahangir Hacıyevin ən yaxın adamlarından Dhirsingh JODHUN, Elmar Bağırzadə və Fərhad Rəhimov idarə edib”.

“Fərhad Rəhimov bir müddət Zamirə Hacıyevaya məxsus Mill Ride Golf Club-un direktoru vəzifəsini də icra edib. Zamirə Hacıyevaya məxsus MRGC 2013 LTD şirkəti (Qolf klubun idarəçiliyini həyata keçirir) hələ də aktivdir və hazırda icraçı direktoru rus əsilli İngiltərə vətəndaşı Marina POLIUKHOVA-dır. Yəni dəyirman öz işindədir… Kimlərsə də Cahangirdən, Zamirədən məzlum obrazı düzəltməyə çalışırlar” - C.Həsənli yazıb.(AzPolitika.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar