Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ölkəyə DRON gətirilməsi daha da sərtləşdirilib” – 6 qurumun icazəsi tələb olunur  

“Ölkəyə DRON gətirilməsi prosesi daha da sərtləşdirilib

” Bu barədə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün “facebook” hesabından paylaşdığı yazıda məlumat verib.

“AzPolitika.info”nun məlumatına görə, onun yazısdında daha sonra bildirilir: “Məlumdur ki, qanunvericiliyə görə mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların siyahısına dronlar da aid edilib. İndiyədək mövcud olan qaydaya görə DRON gətirmək istəyən NRYTN-ə müraciət etməli və 4 qurumun, XDMX, DTX, DSX və MN-in də icazəsini təqdim etməliydi.

Xatırlayıram ki bir müddət öncə hörmətli millət vəkilimiz Tahir Mirkishili, qəribə də olsa belə bir məhdudiyyətin olmadığını bildirmişdi və bununla bağlı sosial mediada bir xeyli müzakirələr getmişdi.

Biz dronların təyinatından asılı olaraq, qaydaların sadələşdirilməsini və məhdudiyyətlərin aradan qaldırılmasını təklif edirdik.

Lakin DRON gətirilməsinə icazə vermək istəyənlərin sayı günü -gündən artır.

İndi də DİN dronların gətirilməsinə icazə verilməsi üçün səlahiyyətlər istəyib. Bir neçə gün öncə, Prezidentin fərmanı ilə DİN-ə də belə bir səlayiyyət verilib.

Beləliklə dron gətirilməsi üçün hazırda 6 dövlət qurumunun icazəsi tələb olunur.

Belə görünür ki, növbəti mərhələdə Kənd Təsərrüffatı Nazirliyi, Miqarsiya Xidməti, FHN və s. digər qurumlar da belə səlahiyyətlər istəyəcəklər.
Fikrimcə bu cür yanaşma doğru deyil.

Son dövrlərdə Prezident Fərmanı ilə İnformasiya təhlükəsizliyi sahəsində Kordinasiya səlahiyyətləri XDMX –ya verilib.

Belə olan halda DRON –la əlaqəli proseduraları bu qədər sərtləşdriməkdənsə, vətəndaşları 6 dövlət qurumuna yönləndirməkdənsə yaxşı olmazdımı bu işlə elə bir qurum, məsələn XDMX məşğul olsun.
Düşünürəm ki DRON-ların gətirilməsi prosesi sadələşdirilməli, elektron qeydiyyat sistemi formalaşdırılmalı və səlahiyyətlər də vahid bir quruma verilməlidir”.

pia.az


Etiket: DRON

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar