Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Konqresində Azərbaycanla bağlı bəyanat yayılıb

Maykl Törner Azərbaycanın Respublika Günü münasibətilə təbrik bəyanatı ilə çıxış edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat və Silahlı Xidmətlər Komitələrinin nüfuzlu üzvlərindən biri olan Maykl Törner (Respublikaçı – Ohayo) Azərbaycanın Respublika Günü münasibətilə təbrik bəyanatı ilə çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, bəyanatda qeyd olunur ki, 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk demokratik ölkə olan Azərbaycan Respublikasının əsası qoyulub. Konqres üzvü təəssüflə bildirir ki, müstəqillikdən bir neçə il sonra, 1920-ci ildə Rusiya Qızıl Ordusu Azərbaycanı işğal etmiş və nəticədə Sovet İttifaqına birləşdirilib.

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra, Azərbaycanın müstəqilliyinin yenidən əldə olunduğu və o zamandan ABŞ-ın əsas beynəlxalq tərəfdaşına çevrildiyi, ABŞAzərbaycanın transmilli təhdidlərlə və terrorçuluqla mübarizə sahəsində tərəfdaşlar kimi çalışmaqda davam etdiyi bəyanatda diqqətə çatdırılır. Azərbaycanın ABŞ-ın NATO müttəfiqlərinə yardım sahəsində vacib rol oynadığı və ABŞ-ın xaricdə, xüsusilə də Əfqanıstanda əməliyyatlarına dəstək verdiyi xüsusi vurğulanır.

Bəyanatda eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi sahəsində əhəmiyyətli müttəfiq olduğu və bununla əlaqədar, Azərbaycandan Avropaya təbii qazın ixracını nəzərdə tutan Cənub Qaz Dəhlizi kimi təşəbbüsləri ABŞ-ın dəstəkləməkdə davam etməsinin zəruriliyi qeyd olunur. Azərbaycanın ABŞ-ın bölgədə maraqlarının təmin olunmasında əsas tərəfdaş olduğu bildirilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Ən çox oxunanalar