Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azercell” Bakıda futbol azarkeşlərini yüksək sürətli internetlə təmin etdi

“Azercell” və “Ericsson” Bakı Olimpiya Stadionunda keçirilən final oyunu zamanı futbol azarkeşlərini üstün mobil şəbəkə ilə təmin etdi

- Ericsson Radio Sistemi Azercell şəbəkəsininin tutumunu üçqat artırmaqla, azarkeşlərə video yayımı etmək və yüksək keyfiyyətli xidmətlərdən faydalanmaq imkanı yaratdı.

- Ericsson şəbəkənin tutumunu artıran və etibarlı bağlantını təmin edən unikal kompleks həll tətbiq etdi.

Azərbaycanın aparıcı mobil rabitə xidmətləri təminatçısı “Azercell” və “Ericsson” (NASDAQ: ERIC) ölkə paytaxtında yerləşən Bakı Olimpiya Stadionunda radio giriş şəbəkəsi(RAN) və transmissiya şəbəkəsini modernləşdirdi. Stadion çoxstandartlı “Ericsson” Radio Sistemi avadanlıqları, o cümlədən, transmissiya və Elastik RAN funksionallığı ilə daha sıx təmin olundu. Ericsson-nun bu həlli 74 radio sektorundan ibarət geniş şəbəkəyə vahid baza stansiyası şəklində işləməyə, beləliklə də resursların idarə olunmasını optimallaşdırmağa və istifadəçi rahatlığını artırmağa imkan verdi.

Unikal Ericsson Radio Sistemi həlli “Azercell”in genişzolaqlı mobil internet tutumunu üçqat artıraraq, azarkeşlərə oyunlar zamanı öz smartfonları vasitəsilə yüksək keyfiyyətli video yayımı aparmağa, interaktiv rabitə xidmətlərindən və sosial şəbəkələrdən faydalanmağa imkan yaratdı.

Azercell” son illərdə mobil internet istifadəçilərinin davranışlarında əhəmiyyətli dəyişikliklərin baş verdiyini müşahidə edib. Belə ki, istifadəçilərin böyük qismi şəkil çəkdirməkdən daha çox video qeydləri aparmağa üstünlük verir. 2014-cü ildə Braziliyada keçirilən Dünya Çempionatı smartfon istifadəçilərinin daha çox öz şəkillərini paylaşdığı və tamaşaçıların 60 faizinin keçirilən oyunlarla bağlı şəkillər yüklədiyi “selfie” tədbiri olub.

- Ericsson-nun Elastic RAN (E-RAN) şəbəkəsi ilə sonsuz sayda telefon bütün şəbəkə üzrə koordinasiya edilir və istifadəçinin yerləşdiyi yerdən asılı olmayaraq şəbəkə əməliyyatlarının həyata keçirilməsi üçün çeviklik təmin olunur.

Mobil şəbəkə daşıyıcılarının koordinasiyası və bir yerə cəmlənməsi internet sürətini və ümumilikdə şəbəkənin fəaliyyətini artırır. Məlumatları yollamaq üçün interfeyslər və E-RAN üçün lazım olan aşağı yubanma dərəcəsini təmin etmək üçün məlumat transmissiya həlli Ericsson Router 6000 məhsullarından istifadə etməklə hazırlandı.

Stadion şəbəkəsi mərkəzləşdirilmiş RAN prinsipi əsasında və yüksək göstəricilərə malik və etibarlı DWDM əsaslı optik şəbəkə infrastrukturundan (Ericsson Fronthaul 6000 məhsulları əsasında) istifadə etməklə qurulub. Bu da öz növbəsində Azercell-ə etibarlı və bazarda ən yaxşı mobil yayım xidmətləri təqdim etməyə imkan verdi.

Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev bildirib: “Bugün rabitə insanları, ölkələri və cəmiyyətləri bir-birinə daha da yaxın edir. Bu xüsusi hadisə zamanı bizim üçün bir nömrəli prioritet öz abunəçilərimizə, yerli və əcnəbi futbol azarkeşlərinə, qonaqlara oyundan zövq almaq, bu inanılmaz tədbir ilə bağlı yaşadıqları emosiyaları və təəssüratları paylaşmaqlarına imkan yaratmaq olub. “Azercell” adından mən bizim dəyərli tərəfdaş olan Ericsson şirkətinə məkanı ən son şəbəkə həlləri ilə təchiz etməyə imkan verən öz beynəlxalq təcrübələrini bizimlə bölüşdüklərinə görə təşəkkür edirəm.”

- “Azercell” ilə əməkdaşlıq etmək, Azərbaycanlı və xarici futbol azarkeşlərinə Azərbaycanda keçirilən mötəbər tədbir üçün Ericsson-un innovativ Elastik RAN həllini tətbiq etmək bizim üçün xoş və sevindirici haldır”, - deyə Ericsson şirkətinin Azərbaycan ofisinin rəhbəri Arda Çetiner söyləyib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir.

Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim edib.

Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

pia.az


Etiket: Azercell

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar