Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident təqaüdü alan gənclərin iştirakı ilə konsert-festival keçirilib

Dövlət Akademik Filarmoniyasında konsert-festival keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Prezident təqaüdü alan gənclərin iştirakı ilə konsert-festival keçirilib.

Mayın 21-də start verilən konsertlər gənc ifaçıların peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə təşkil olunur.

Konsertdə Mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, konsert müəssisələrinin rəhbərləri və musiqi məktəblərinin direktorları iştirak edib.

Konsert-festivalda ümumilikdə 30 ifaçı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.

Proqramda fortepiano, violin, kontrabas, klarnet, fleyta kimi Avropa alətləri ilə yanaşı, tar, kamança, qanun, balaban alətlərində ifalar səsləndirilib.

Konsertdən sonra təəssüratını bölüşən mədəniyyət naziri Əbülfəs Qarayev gənc musiqiçilərin konsertinin xoş ovqat yaratdığını bildirib: “Onların sırasında artıq tanınan simalar da var. Gənclərimiz çox ümidvericidir. Cənab Prezidentin gənclərimizə diqqət və qayğısı onların püxtələşməsinə böyük təsirini göstərir. Çıxışlar zamanı peşəkarlıq səviyyəsi bizi çox sevindirdi. Musiqi və yaradıcı təşkilatların rəhbərləri də gələcək solistlərin potensialını əyani olaraq gördülər. Bir daha gənclərimizə verdiyi dəstəyə görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, 1997-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə incəsənət sahəsində xüsusi istedada malik gənclərin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılır və onlar xüsusi aylıq təqaüdə layiq görülürlər. Bu günə kimi musiqi, xoreoqrafiya, rəsm sahələrində xüsusi istedadı olan 124 gəncin adı bu kitaba yazılıb və onlara 25 yaşadək aylıq təqaüd verilir.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, təqaüd alan gənclərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə 10-12 aprel 2019-cu il tarixində Rəşid Behbudov adına 2 nömrəli Onbirillik musiqi məktəbində 51 nəfər gənc təqaüdçünün dinləmələri keçirilib. 10 apreldə fortepiano, 11 apreldə nəfəs və simli alətlər, vokal, aprelin 12-də isə xalq çalğı alətləri və xanəndəlik ixtisasları üzrə dinləmələr aparılıb. Ümumilikdə 30 nəfər Prezident təqaüdçüsünün çıxışı yüksək qiymətləndirilərək konsert-festivalın proqramına daxil edilib.(ONA)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar