Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda “Eskobar”ın dəstəsinin daha bir üzvü saxlanılıb

Şəbəkənin daha bir üzvü saxlanılıb

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin daha bir üzvü saxlanılıb.

DİN-dən verilən məlumata görə, həyata keçirilən əməliyyat zamanı paytaxt sakini Taleh Mehdiyev saxlanılıb. Araşdırma zamanı onun ötən ay saxlanılan “Eskobar” ləqəbli narkotacir Məhəmməd Məmmədzadə ilə birlikdə Azərbaycana qanunsuz olaraq satmaq məqsədi ilə narkotik vasitələr gətirdiyi sübuta yetirilib.

Xatırladaq ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aprel ayında həyata keçirilən əməliyyat zamanı M.Məmmədzadə və narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olan şəbəkə ifşa edilib. M.Məmmədzadənin Xətai rayonunda yaşadığı evə baxış zamanı 504 qram heroin və 227,454 qram metamfetamin aşkar edilib.

Qeyd edilən faktlarla bağlı saxlanılan şəxs barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.(AzPolitika.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar