Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaşıl Teatrda təntənəli konsert keçirilib - Fotolar

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yaşıl Teatr Bakı Konsert Kompleksində Azərbaycanın tanınmış incəsənət xadımləri və populyar ifaçıların iştirakı ilə təntənəli konsert proqramı keçirilib

Paytaxt ictimaiyyəti və çoxsaylı qonaqların iştirakı ilə keçirilən konsertə əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun rəhbəri və baş dirijoru olduğu “Niyazi” adına simfonik orkestrin ifasında Üz.Hacıbəyovun “Koroğlu” operasından uvertyüra ilə başlanıb.

Azərbaycan estrada ulduzlarının bir-birindən maraqlı ifaları ilə davam edən təntənəli konsertdə Azərbaycanın xalq atristləri Samir Cəfərov, Azər Zeynalov, Faiq Ağayev, Mübariz Tağıyev, Bilal Əliyev, Fidan Hacıyeva, əməkdar artistlər Zakir Əliyev, İlahə Əfəndiyeva, Teymur Əmrah, Səbinə Babayeva, İnarə Babayevanın, həmçinin populyar ifaçılar Taleh Yəhyayevin, Nigar Şabanovanın, Afaq Abbasovanın, Vaqif Mustafazadə adına “Sevil” instrumental ansablının ifaları çox maraqla qarşılandı.

Konsertə əməkdar artist Ramil Qasımovun ifasında “İlhamlı günləri Azərbaycanın” mahnısı ilə yekun vürüldu. Tədbir tamaşaçıların böyük razılığı ilə qarşılanmış, incəsənət xadimlərinin çıxışları sürəkli alqışlarla qarşılanmışdır.
Konsert zamanı səhnədə quraşdırılmış ekranda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto materiallar nümayiş etdirilib.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar