Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Diqlas”dakı malların çıxarılması başa çatdırılıb - Nazirlikdən açıqlama

Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmış sahibkarların mallarının ticarət mərkəzindən çıxarılması başa çatdırılıb və 345 sahibkarın malları ticarət mərkəzindən çıxarılıb

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, İqtisadiyyat, Maliyyə, Vergilər, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Baş Prokurorluğun, Dövlət Gömrük Komitəsinin və Nizami Rayon İcra Hakimiyyəti əməkdaşlarının və sahibkarların iştirakı ilə akt tərtib edilərək yanmamış mallar sahibkarlara təhvil verilib, yararsız vəziyyətə düşmüş mallar isə Suraxanı rayonunda xüsusi ayrılmış anbara göndərilib. Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla təmin olunublar.

Bununla yanaşı, zərər çəkmış sahibkarlardan sənədlərin qəbulu və maddi yardımın ödənilməsi prosesi davam edir. İndiyədək 373 sahibkarın maddi yardımla bağlı ərizəsi qəbul edilib və İşçi Qrupu tərəfindən maddi yardımın ödənilməsi qərara alınmış 302 zərər çəkmiş sahibkarın bank hesabına 1 836 min manat məbləğində maddi yardım köçürülüb.

Qeyd edək ki, maddi yardımın ödənilməsi “Kapital Bank” və “TuranBank” vasitəsilə həyata keçirilir. Vəsaitlər sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə verilir və banklar tərəfindən maddi yardımdan xidmət haqqı tutulmur.

Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə təklif olunan ticarət obyektlərinin siyahısına daha biri əlavə olunub. Bununla da, zərər çəkən sahibkarlara müvafiq yerlər təqdim edilən ticarət mərkəzlərinin sayı 9-dur. Belə ki, “Aqromall” ticarət mərkəzi də zərər çəkmiş sahibkarlara dəstək tədbirlərinə qoşulmaq təşəbbüsü ilə çıxış edərək, 15 min kv. metr ticarət sahəsində müvafiq yerlər təklif edir. Bununla da, hazırda zərər çəkmiş sahibkarlara Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 9 ticarət mərkəzində ümumi sahəsi 45 min kv.m-dən çox olan ticarət obyektləri təklif olunur.

Sahibkarlara maddi yardım göstərilməsi və onların ticarət mərkəzlərində yerləşdirilməsi prosesi davam etdirilir. (Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar