Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paris prokuroru: “Notr-Dam-de-Pari”dəki yanğınla bağlı 15 nəfəri dindirilib

“Notr-Dam-de-Pari” kilsəsində baş verən yanğının qəsdən törədilməsinə dair hələlik heç bir dəlil tapılmayıb”

Bunu Paris şəhərinin prokuroru Remi Heitz jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda istintaq hadisənin başvermə səbəblərini araşdırır: “Hələlik yanğının yalnız texniki təhlükəsizliyə əməl edilməməsi nəticəsində baş verdiyi ehtimal edilir. İstintaq prosesinə 50 müstəntiq cəlb olunub. Artıq kilsənin bərpa və yenidənqurma işlərində çalışan 30-a yaxın fəhlənin sorğu-sual edilməsinə başlanılıb. Onlardan 15 nəfəri dinlənilib, qalanları da sorğu-sual ediləcək”.

Xatırladaq ki, dünən “Notr-Dam-de-Pari” kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. Fransa Daxili İşlər Nazirliyi yanğından sonra kilsənin bərpasının çətin olacağını açıqlayıb. Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.

Qeyd edək ki, 10 saatdan çox davam edən yanğını gecə yarısından sonra söndürmək mümkün olub. İlkin məlumatlara görə, yanğına kilsənin yuxarı səviyyələrində aparılan təmir işləri səbəb olub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar