Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Albaniyalı futbolçu: "Bir gün "Qarabağ"ın Ağdamda oyununu görəcəyik"

“Qələbə qazanaraq komandanı tərk etməyim mənim üçün xoşdur. Üç xalla və qələbə ilə vidalaşmaq məndə yaxşı əhvali-ruhiyyə yaratdı”

Bunu “Qarabağ”la yollarını ayıran albaniyalı futbolçu Ansi Aqolli jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli müdafiəçi “Səbail”lə görüşdə meydana çıxmadığı üçün məyus olmadığını söyləyib. 32 yaşlı oyunçu bildirib ki, 317 dəfə “Qarabağ”ın forması ilə meydanda olub və bu, onun üçün hər şey deməkdir: “Təbii ki, ailə amili ABŞ-ın “Nyu York Kosmos” klubuna keçməyimdə çox böyük rol oynadı. Elə bir yaşdayam ki, həyatımla bağlı düzgün qərarlar verməliyəm. Düşünürəm ki, doğru qərar almışam. Həyat davam edir. Nə zamansa başlayan həm də nə vaxtsa bitməlidir”.

Aqolli Ağdam təmsilçisinin hazırda düzgün yolda olduğunu sözlərinə əlavə edib: “Klubun düzgün yolda olduğuna inanıram. Bu il də komandanın çempion olmasını istəyirəm və arzulayıram. “Qarabağ” fərdlərdən ibarət deyil, “Qarabağ bir sistemdir. Qurban Qurbanov komanda üçün uğur sistemini tətbiq edib. Bu, sadəcə, bu günün deyil, gələcəyin uğurudur. Mənim üçün klubda ən yadda qalan anım 2014-cü ildəki çempionluğumuz olub. “Qarabağ”da insanların sevgisini qazandım”.

Müdafiəçi “Qarabağ həqiqətlərini getdiyiniz yerdə təbliğ edəcəksiniz” sualına “Əlbəttə” cavabını verib: “Bir gün “Qarabağ”ın Ağdamda oyununu görəcəyik”. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar