Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: ““Qazprom” çalışır ki, Azərbaycan qazının ixracının qarşısını alsın”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri: “Bu gün Rusiyanın “Qazprom" şirkəti öz lobbi falilətlətləri ilə çalışır ki, Azərbaycan qazının ixracının qarşısını alsın”

“Cənubi Qaz Məşrəvət Şurasının toplantısı ölkəmizin regional müstəvidə siyasi mövqeyinin güclənməsinə, xüsusi ilə Avropa ilə sıx enerji əməkdaşlığın göstəricisidir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə dünən Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasını PİA.az-a şərh edərkən qeyd edir.

Dünən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib. Toplantıda çıxış edən prezident İlham Əliyev deyib ki, Cənub Qaz Dəhlizi Avropa ilə Azərbaycanın ümumi marağını əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir. Bu, Azərbaycanın 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsidir.

Dövlət başçısı bildirib ki, enerji resurslarının şaxələndirilməsi istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir.

“Hesab edirəm ki, biz burada yaxşı balans tapa bilmişik - yəni, istehsalçı olan Azərbaycan və istehlakçı və tranzit dövlətlər arasında. Maraqların balansı bu layihənin uğurunu şərtləndirir. Çünki biz bir-birimizin ehtiyac və narahatlıqlarını anlamağa çalışırıq. Çalışmışıq ki, bir-birimizi dəstəkləyək, zənnimcə, bu işdə uğurlu olmuşuq və belə toplantıların əhəmiyyəti olduqca böyükdür. Çünki biz il ərzində görülən işləri nəzərdən keçirir, eyni zamanda, gələcək addımlarımızı planlaşdırır və işimizin irəlilədilməsi məqsədilə il ərzində isə ikitərəfli və çoxtərəfli görüşlər, məsləhətləşmələr və konfranslar keçiririk. Bir daha qeyd edirəm ki, Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir. Çünki o, həmçinin nəqliyyat marşrutlarını və mənbələri şaxələndirir. Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbədir və təbii ki, yeni kəmərlər inşa etməklə biz enerji marşrutlarını şaxələndiririk. Yəni, bu, tam şaxələndirmədir, əslində, bu, Avropanın enerji xəritəsini dəyişdirir və beləliklə, Cənub Qaz Dəhlizinin əhəmiyyəti artır”, deyə Azərbaycan Prezidenti vurğulayıb.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrənib.

Məhəmməd Əsədullazadə: “Rusiyanın Türkiyə vasitəsi ilə “Türk axını” və Almaniya ilə birgə “Şimal axını-2” qaz kəmərləri Avropaya qaz ixracını nəzərdə tutmaqla yanaşı, bu ölkələrə əsas təzyiq rıçaqıdır”.

Türkmənistan və Qazaxısatanın Cənub Qaz Dəhlizininə qoşulmasına əngəl olan əsas ölkənin Rusiya olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında bildirib ki, məhz rəsmi Kreml Qərbin Xəzər regionunda enerji siyasətinin qarşısının alınması üçün siyasət həyata keçirir. Xəzər dənizində öz hərbi dəniz donanmasını inkişaf etdirməsi nəzərdə tutulan “Trans-Xəzər" qaz boru kəmərinin çəkilməsinin qarşısı alınmasına hesablanıb:

“Cənubi Qaz Məşrəvət Şurasının toplantısı ölkəmizin regional müstəvidə siyasi mövqeyinin güclənməsinə, xüsusi ilə Avropa ilə sıx enerji əməkdaşlığın göstəricisidir. Bu enerji əməkdaşlığı, siyasi əməkdaşlığı da özündə ehtiva edərək, Qərbin Azərbaycana siyasi-iqtisadi dəstəyinin inkişafına zəmin yaradır. ABŞ -da Azərbaycanın enerji siyasətinə yaxından dəstək veriməklə, öz nümayəndəsini bu toplantıya göndərib.

Azərbaycan Avropanın enerji diversifikasiyasında mühüm rol oyanayan ölkədir. Cənub Qaz dəhlizi və onun seqmentləri olan TANAP və TAP layihələri 2020-ci ildən başalayaraq Avropaya ildə 16 mlr kub. qaz ixrac edəcək. Hazırda Cənub Qaz dəhlizi boru kəmərinin çəkilişi başa çatıb və Türkiyəyə qaz irac edilir. TANAP və TAP kəmərlərində işlər tam yekunlaşmaq üzrədir.

Məhəmməd Əsədullazadə: “Avropa Rusiya qazından imtina etmək üçün enerji şaxələndirməsi siyasəti aparır. Azərbaycana dəstək bu qəbildəndir”.

Bu kəmər vaditəsi ilə qaz ixracı artaraq təkcə “Şahdəniz-2” qaz-kondensat yatağından hasil edilən qazla məhdudlaşmayacaq. Mərkəzi Asiya qazının bu kəmər vasitəsi ilə Avropaya nəqli istisna edilmir.

Qeyd edim ki, Türkmənistan və Qazaxısatanın Cənub Qaz Dəhlizininə qoşulmasına əngəl olan əsas ölkə Rusiyadır. Məhz rəsmi Kreml Qərbin Xəzər regionunda enerji siyasətinin qarşısının alınması üçün siyasət həyata keçirir.

Qeyd edim ki, Rusiya Avropanın əsas qaz ixracatçısıdır. Rusiyanın Türkiyə vasitəsi ilə “Türk axını” və Almaniya ilə birgə “Şimal axını-2” qaz kəmərləri Avropaya qaz ixracını nəzərdə tutmaqla yanaşı, bu ölkələrə əsas təzyiq rıçaqıdır. Ona görə də Avropa Rusiya qazından imtina etmək üçün enerji şaxələndirməsi siyasəti aparır. Azərbaycana dəstək bu qəbildəndir.

Məhəmməd Əsədullazadə: “Qərb planlaşdırılır ki, Şərqi Aralıq dənzində və İsraildə kəşf olunan qaz yataqlarının hasilinindən sonra Avropa Rusiya qazından tam imtina edəcək”.

Bakıda keçirilən Məşvərət Şurasının siyasi-iqtisadi əhəmiyyəti olduqca yüksəkdir və bu Mərkəzi Asiyanı da əhatə edir. Bakı Qərb üçün Mərkəzi Asiya regionuna girişində əsas qapıdır. Azərbaycanın qaz tədarükünü zəiflətmək üçün bu gün Rusiyanın “Qazprom” şirkəti öz lobbilçiləri vasitəsi ilə çalışır ki, Azərbaycan qazının ixracının qarşısını alsın. TAP layihəsinə İtaliyada əngəllər bunun bariz sübutudur.

Azərbaycan və gələcək perspektivdə Türkmən qazının Avropada geniş həcmli inkiaşfına əngəl olsun. Qərb də planlaşdırılır ki, Şərqi Aralıq dənzində və İsraildə kəşf olunan qaz yataqlarının hasilinindən sonra Avropa Rusiya qazından tam imtina edəcək.

Göründüyü kimi Avropaya qaz ixracı, enerji bazarı uğrunda rəqabət getdikcə, yeni mərhələyə qədəm qoyur. ABŞAvropa bu məslədə Azərbaycana dəstək verməklə, ölkəmizin uzun illər qitənin eneri təminatınada rol oynamasına şərait yaradacaq. Bu da Azərbaycanın Avropaya inteqrsiya prosesini sürətəndirəcək”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar