Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Münhen Təhlükəsizlik Konfransı nə ilə yadda qaldı və forumda Qarabağ niyə müzakirə olunmadı?...

Finlandiya prezidenti Sauli Niinistye bu ilki Münhen Təhlükəsizlik Konfransı tarixi sözləri ilə damğa vurdu. Finlandiya prezidenti forumda baş verənləri “diplomatiyanın sonu” adlandırdı

Ekspert: “Bu ilki Münhen Təhlükəsizlik Konfransı mövqelərin yaxınlaşdırılmasından daha çox mövqelərin bir daha gur səslə yenidən bəyan olunması kimi yadda qaldı”.

“Dünyada o qədər böyük təlatümlər və problemlər yaşanır ki, Münhen Təhlükəsizlik Konfransında sırf Qarabağla bağlı ayrıca müzakirənin və yaxud da bəyanatın, sənədin qəbul olunması heç gözlənilmirdi”.

Bu sözləri REAL Partiyasının icraçı katibi Natiq Cəfərli dünən başa çatan Münhen Təhlükəsizlik Konfransını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi fevralın 15-dən 17-dək ənənəvi Münhen Təhlükəsizlik Konfransı keçirildi. Bi il Münhen Forumunda təhlükəsizlik siyasəti sahəsində mütəxəssis olan 600 nəfər, o cümlədən 35 dövlət və hökumət başçısı, 80 müdafiə və xarici işlər naziri iştirak edirdi.

Konfransadan əvvəl forumun rəhbəri Volfqanq İşinger jurnalistlərə açıqlamasında qeyd etmişdi ki, bir neçə yüksək çinli siyasətçinin iştirakdan imtina etməsinə baxmayaraq, builki Münhen Təhlükəsizlik Konfransı 50 ildən çox tarixi ərzində ən vacib və ən böyük konfrans olacaq.

Konfransda iştirakdan imtina edənlər arasında Fransa Prezidenti Emmanuel Makron və İsrail Baş naziri Binyamin Netanyahu kimi şəxslər də oldu.

Bu il Münhen Təhlükəsizlik Konfransında həmçinin Almaniya kansleri Angela Merkel, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini, NATO Baş katibi Yens Stoltenberq iştirak etdilər.

Bu ilki müzakirələrdə ABŞ-ın və Rusiyanın “Yaxın və Orta Mənzilli Raket sazişi”ndən çıxmaq qərarından sonra Avropanın üzləşdiyi təhlükə və Rusiyanın aqressiv siyasi kursu ən çox müzakirə olunan məslələrdən oldu. Lakin həm Avropa üçün, həm də bütün dünya üçün qlobal müharibə təhlükəsinin hər il daha da böyüdüyü indiki şəraitdə Münhen Təhlükəsizlik Konfransında belə bir görüntü yarandı ki,konfransın gedişatında qaldırılan problemlərlə və təhlükələrlə bağlı müxtəlif cəbhələrdən çıxış edən amerikalılar, rusiyalılar və avropalılar bir-birlərini dinləmirlər. Hər kəs öz “həqiqətini” söyləyir və qarşı tərəfi demək olar ki, heş eşitmir. Bütün bunları müşahidə edən Finlandiya prezidenti Sauli Niinistye isə bu ilki konfransa tarixi sözləri ilə damğa vurdu. Finlandiya prezidenti forumda baş verənləri “diplomatiyanın sonu” adlandırdı.

Qeyd edək ki, forumda əsasən Rusiyanın yürütdüyü siyasət və bu siyasıtin Avropa üçün yaratdığı təhlükələr müzakirə olundu. Xüsusilə Rusiyanın “Yaxın və Orta Mənzilli Raket sazişi”ni pozması və buna görə də bu sazişin artıq ləğv olunma zamanı yaşadığı qeyd olundu. Sazişdən çıxdığını bəyan edəb ABŞ isə buna görə tənqid olunmadı. Eyni zamanda Rusiyanın diktatura rejimləri müdafiə etməsi, Suriyada İranla eyni cəhbədən çıxış etməsi Münhen Təhlükəsizlik Konfransında əsas təhlükə mnbəyi olaraq dəyərləndirildi. Rusiya eyni zamanda kiberhücumlarda, beynəlxalq qaydaları pozmaqda, Pribaltikanı ələ keçirmək niyyətində günahlandırıldı.

Rusiya xarici İşlər naziri Sergey Lavrov isə həmişəki kimi bütün bu ittihamları eşitməməzlikdən gəldi və bütün ittihamları izahatsız təkzib etdi.

Almaniyanın hazırda ən nüfuzlu siyasətçisi olan Almaniya kansleri Angela Merkel isə Rusiya ilə “körpülərin yandırmağın” əleyhinə olduğunu bildirdi. Merkelin fikrincə Rusiya ilə əlaqlərin kəsilməsi Moskvanı tamamilə Çinlə bqtqn sahələrdə strateji əməkdaşlığa zorlayacaq və bu da Avropanın maraqları xaricindədir.

ABŞ-ın vitse prezidenti Mayk Pens isə Rusiyadan silah alan müttəfiqlərini müdafiə etməyəcəkləri ilə bağlı verdiyi bəyanatla diqqəti çəkmiş oldu. Bu sözlər isə təbii ki, Rusiyadan S400 raketləri alan Türkiyəyə ünvanlanmışdı və ilk dəfəydi ABŞ-dan NATO müttəfiqini qorumamaq haqqında bəyanat səsləndirilirdi.

Ümumilikdə isə Münhen Təhlükəsizlik Konfransının gedişi onu göstərdi ki, dünya liderləri bir-birlərini dinləməyə və güzəştə getməyə hazır deyillər.

Münhen Təhlükəsizlik Konfransının 2019-cu il forumunu PİA.az-ın əməkdaşı Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Bu ilki Münhen Təhlükəsizlik Konfransında mövqelər kifayət qədər sərt oldu. Amma belə müzakirələrin olması ən azından dünyaya gedən proseslərə müxtəlif ölkələrin rəsmi mövqeyinin bir daha bəyan olunması üçün yaxşı pozitiv platformadır”.

Bu ilki Münhen Təhlükəsizlik Konfransında mövqelərin kifayət qədər sərt olduğu qənaətində olan Natiq Cəfərli əlavə edib ki, belə müzakirələrin olması ən azından dünyaya gedən proseslərə müxtəlif ölkələrin rəsmi mövqeyinin bir daha bəyan olunması üçün yaxşı pozitiv platformadır:

“Münhen Təhlükəsizlik Konfransı çox nüfuzlu beynəlxalq platformadır. Uzun illərdir dünyada gedən trendlərin ciddi müzakirəsi, dövlət və hökumət rəhbərləri, nazirlər, nüfuzlu ekspertlər tərəfindən böyük maraqla yanaşılan bir platformadır. Amma çox qəribədir ki, bu ilki platformada mövqelərin həddən artıq uzaqlaşması hiss olundu. Yəni ABŞ-ın məsələlərə baxışı ilə, Avropanın məsələlərə baxışı, Rusiyanın məsələlərə baxışı kifayət qədər bir-birindən ciddi şəkildə fərqlənir.

Bu ilki Münhen Təhlükəsizlik Konfransı mövqelərin yaxınlaşdırılmasından daha çox mövqelərin bir daha gur səslə yenidən bəyan olunması kimi yadda qaldı. İstər ABŞ-ın mövqeyin müdafiə edən Boltonun çıxışı, istər Avropa Birliyinin mövqeyi vəs. Məsələn İran məsələsində kifayət qədər fikir ayrılığı var. ABŞ İranın nüvə proqramı anlaşmasından Avropa ölkələrinin də çıxmasını istəyir, amma bununla bağlı heç bir razılaşma yoxdur. Əksinə Avropa Birliyi ölkələri İranla bağlı yeni platforma yaradaraq ticarət əlaqələrini genişləndirməyi düşünürlər.

Natiq Cəfərli: “Əbədi və daimi müttəfiqlər olan Avropa Birliyi-ABŞ arasında belə müxtəlif məsələlərə müxtəlif baxış bucağının olduğu, müxtəlif maraqların olduğu üzə çıxdı”.

Rusiya ilə bağlı ümumi fikir ayrılığı üst-üstə düşürsə də, yəni Rusiyanın Ukrayna və Venesuella məsələsindəki mövqeyi ilə AvropaABŞ-ın əks mövqeyi üst-üstə düşürsə belə, amma detallarda fərqin üzə çıxdığını görürük. Məsələn Almaniya Rusiya ilə enerji anlaşmalarının davam etməsini istəyir. Halbu ki, “Şimal Axını 2” layihəsini ABŞ dəstəkləmir və bu layihədən Rusiyanın tamamilə kənarlaşdırılmasına çalışır.

Yəni bu ilki Münhen Təhlükəsizlik Konfransında mövqelər kifayət qədər sərt oldu. Amma belə müzakirələrin olması ən azından dünyaya gedən proseslərə müxtəlif ölkələrin rəsmi mövqeyinin bir daha bəyan olunması üçün yaxşı pozitiv platformadır. Bu platformanın davamlı təşkil olunmasında yarar var. Bu da formun təşkilatçıları tərəfindən qeyd olundu ki, fikir ayrılıqlarının olmasına baxmayaraq belə platformaların olması çox vacibdir. Bu da doğru qərardır. Çünki belə müzakirələr mütləq aparılmalıdır.

Onu da qeyd edim ki, bu ilki Münhen Təhlükəsizlik Konfransı mövqelərin bir-birindən çox uzaq olması ilə yadda qaldı. Hətta əbədi və daimi müttəfiqlər olan Avropa Birliyi-ABŞ arasında belə müxtəlif məsələlərə müxtəlif baxış bucağının olduğu, müxtəlif maraqların olduğu üzə çıxdı”.

Eyni zamanda Münhen Təhlükəsizlik Konfransında diqqət çəkən məsələlərdən biri də Qarabağ probleminin forumun gündımindın kənarda qalması olub. Hətta Azərbaycan xarici işlər naziri ilə Ermənistanın xarici işlər naziri arasında gözlənilən görüş də baş tutmadı. Bunu nəylə əlaqələndirmək olar? Münhendə dünya siyasətinin Qarabağ problemini xatırlamaması və laqeydlik nümayiş etdirmələri Ermənistan üçün danışıqları manipulyasiya etmək şansı yaratmırmı və Münhendən sonra Dağlı Qarabağ danışıqlarında hansı perespektiv görürmək olar?

PİA.az-ın əməkdaşı Respublikaçı Alternativ Hərəkatı (REAL) Partiyasının icraçı katibi ilə bu ilki Münhen Təhlükəsizlik Konfransında Qarabağ probleminin heç gündəmə gəlməməsi məsələsini də müzakirə edib.

Natiq Cəfərli: “Dünyada Rusiyanın yaratdığı təhlükələr başda olmaqla, başqa o qədər çox ciddi və qlobal problemlər var ki, Qarabağ məsələsi onların fonunda konfrans iştirakçılarının o qədər də marağına səbəb olmayıb”.

Mövzu ilə bağlı Natiq Cəfərli bildirib ki, Qarabağ məsələsi ilə bağlı ayrıca platformanın yaradılmasına da ehtiyac var və Azərbaycan tərəfi də bunun təşəbbüskarı ola bilər:

“Əslində Qarabağ məsələsinin müzakirə platforması ATƏT-in Minsk Konfransı çərçivəsindədir. Açığın demək lazımdır ki, dünyada o qədər böyük təlatümlər və problemlər yaşanır ki, Münhen Təhlükəsizlik Konfransında sırf Qarabağla bağlı ayrıca müzakirənin və yaxud da bəyanatın, sənədin qəbul olunması heç gözlənilmirdi. Çünki istər Suriya, istər İran, ümumiyyətlə Avropanın təhlükəsizliyi, Avropanın ayrıca silahlı qüvvələrinin yaradılması məsələsi, Rusiyanın təhlükələri və başqa o qədər çox ciddi və qlobal problemlər var ki, Qarabağ məsələsi onların fonunda konfrans iştirakçılarının o qədər də marağına səbəb olmayıb.

Bu da başqa bir platformada Qarabağ məsələsinin həllini aktuallaşdırır. Yəni ATƏT-in Minsk Konfransı çərçivəsində bu problemin həlli uzun illərdir davam etsə də, işıq görünmür. Belə görünür ki, Qarabağ məsələsi ilə bağlı ayrıca platformanın yaradılmasına da ehtiyac var və Azərbaycan tərəfi də bunun təşəbbüskarı ola bilər.

Natiq Cəfərli: “Qarabağ məsələsi üçün ayrıca bir platformanın yaradılması bütün maraqlı dövlətlərin iştirakı ilə müzakirələrin keçirilməsində də yarar var”.

Qarabağ məsələsi üçün ayrıca bir platformanın yaradılması bütün maraqlı dövlətlərin iştirakı ilə müzakirələrin keçirilməsində də yarar var. Çünki Qarabağ problemi tək Azərbaycan-Ermənistan münaqişəsi kimi yox, regional və qlobal təhlükəsizliyə böyük bir təhdid kimi təqdim etmək lazımdır. Yəni Qarabağın işğalı regional və beynəlxalq təhlükəsizliyə böyük bir təhdiddir.

Hesab edirəm ki, bizim xarici siyasətin bir qolu da məhz Qarabağ məsələnin bu konteksdə dünyanın gündəminə gətirilməsi üçün çalışmalıdır. Yəni bizim xarici siyasət Ermənistanın tək işğalçı olmasını bəyan etməklə kifayətlənməməlidir. Bu işğalın regional və beynəlxalq təhlükəsizliyə böyük təhdid yaratdığını daim vurğulamaldır”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar