Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eskobarın arvadı 44 illik dəhşətli sirri açıqladı

Dünyanın ən qatı cinayətkarlarından biri kimi tarixə keçmiş və bəziləri tərəfindən əfsanələşdirilən Pablo Eskobarın həyat yoldaşı Mariya Viktoriya Henao 44 il sonra onunla bağlı dəhşətli sirrini açıqlayıb

O, 1993-cü ildə Eskobarın öldürülməsindən sonra ilk dəfə xatirələrini yazdığı kitabını yayımlayıb. "Pablo Eskobarla həyatım və həbsim" adlı 523 səhifəlik kitabda Mariya 12 yaşında aşiq olduğu şəxsin necə narkobarona çevrildiyini və bu səbəbdən yaşadığı keşməkeşli həyatını qeydə alıb.

Kitabın giriş hissəsində "İllərlə saxladığım sirr" başlığı ilə dəhşətli hadisələrdən söz açıb.

Belə ki, 12 yaşında özündən 11 yaş böyük olan Pabloya aşiq olub, 14 yaşında ondan hamilə qalan və hamilə olduğunu bilməyən Mariyanı Eskobar qeyri-qanuni fəaliyyət göstərən klinikaların birinə apararaq, zorla abort etdirib. Orada olarkən yaşlı bir qadın Mariyanın rəhminə bir neçə plastik yerləşdirib və ona bunun hamilə qalmağın qarşısını alma metodu olduğunu deyib. Bundan sonra Mariyanın qanaması günlərcə davam edib və çox şiddətli ağrılar keçirib.

"44 ildir gizli saxladığım bu sirri açıqlayacaq cəsarəti tapmaq üçün ruhumun dərinliklərinə enməyim lazım idi", deyən Mariya ilk dəfə Pablo ilə öz razılığı ilə deyil, zorla cinsi əlaqəyə girdiyini qeyd edib. O, qorxudan az qala insult keçirəcəyini, buna hazır olmadığını və şəhvət hissinin nə olduğunu dərk etmədən Pablo ilə birlikdə olduğunu yazıb.

Kitaba cəmiyyətə böyük zərər verdiyi üçün kolumbiyalılardan üzr istəyərək başlayan Mariya bütün hissələrdə ondan "Pablo Eskobar" deyə söz açıb, aşiq olduğu adam üçün artıq acı, ağrı və dərin utancdan başqa heç nə hiss etmədiyini bildirib. (qaynarinfo)

pia.az


Etiket: Pablo Eskobar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar