Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnam Kərimovun innovativ layihələri aqrar sektorda inkişafa təkan verə biləcək?

Kənd təsərrüfatı üzrə ekspert: “Bu təşəbbüs sanki uşaq baxçasında yeni bir oyunun uşaqlar arasında tətbiq edilməsinə bənzəyir”

“Kənd təsərrüfatı sahəsində o qədər problemlər var ki, bu problemlərin hamısını demək olar ki, hökumət həll etməlidir”.

Bu fikirləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Kənd Təsərrüfatı Nazirliyinin əhalinin məşğulluq səviyyəsini artırmaq və aqrar bizneslərin sayını artırmaq üçün başladığı innovativ layihəni PİA.az-a şərh edərkən qeyd edib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti kəndlərdə əhalinin məşğulluq səviyyəsini artırmaq və aqrar bizneslərin sayını artırmaq üçün innovativ layihəyə başlayıb. Dünya Bankı ilə birgə həyata keçirilən Kənd İnvestisiya Layihəsi çərçivəsində qadınların aqrar bizneslərinin formalaşdırılmasına dəstək veriləcək.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Layihə çərçivəsində yaradılmış yeni model kənd qadınlarının iqtisadi imkanlara çıxışını məhdudlaşdıran sosial-iqtisadi maneələri aradan qaldırmaqla onların təşkilatlanmasına kömək edir. Modelə əsasən, eyni məhəllədə yaşayan və qarşılıqlı olaraq bir-birinə dəstək olan 15-20 qadın bir araya gəlib qrup yaradır və öz biznes təşkilatlarını formalaşdırır. Qrupun fəaliyyəti bacarıqların artırılması, maliyyə savadlılığı, həyat bacarıqları, biznesin inkişafı və idarə edilməsi, sağlamlıq və qidalanma kimi mövzuları əhatə edir. Modelə yeni əlavə olunmuş elementlər ağıllı kənd bizneslərinin yaradılmasında texnologiyalardan istifadə, dəyər zəncirlərinə qoşulmaq, dövlət və özəl mənbələrdən olan qarışıq maliyyə vəsaitlərinə çıxış əldə etməkdən ibarətdir.

Kənd İnvestisiya Layihəsi çərçivəsində, pilot olaraq, 5 rayonda - Masallı, Ağdam, Lənkəran, İsmayıllıBalakən rayonlarında 100-ə yaxın qadından ibarət 6 Qadın İnkişaf Qrupu təsis edilib. Qadın bizneslərinə dəstək vermək üçün qadın qrupları yaradılan rayonlarda gənclərdən ibarət İcma Biznes Təbliğatçıları qrupları da yaradılıb.

Bu layihəni şərh edən Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev qeyd edib ki, “Kəndlərdə yaşayan əhalinin yarıdan çoxunu qadınlar təşkil edir. Bu həssas qrupun məşğulluğu ailələrin rifahı üçün böyük əhəmiyyət daşıyır. Buna görə də bizim əsas hədəflərimizdən biri qadınların kənd iqtisadiyyatında fəallığını təmin etməkdir”.

İnam Kərimovun bu tipli innovativ layihələri kənd təsərrüfatının inkişafına təkan verə bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmova müraciət edib.

Vahid Məhərrəmov: “ Bu cür innovativ layihəyə başlamaq o deməkdir ki, onlar vəziyyəti hələ də anlamırlar”.

Regionlarda vəziyyət çox mürəkkəb olduğunu vurğulayan ekspert Vahid Məhərrəmov əlavə edib ki, fermerlerin belə bilik və bacarığı müasir dövrün tələbinə uyğun deyil. Onlar rəqabət qabliyyətli məhsul istehsal edə və istehsal etdikləri məhsulu da bazara çıxara bilmirlər:

“Mən Kənd Təsərrüfatı Nazirliyindən belə təşəbbüslər gözləyirdim. Bu təşəbbüs sanki uşaq baxçasında yeni bir oyunun uşaqlar arasında tətbiq edilməsinə bənzəyir. Kənd təsərrüfatı mürəkkəb sahədir. Kənddə yaşayan əhalini kənd təsərrüfatında müəyyən işə cəlb etmək üçün, yəni onlarda biznes marağını yaratmaq üçün əsaslı işlər görülməlidir. Bu cür innovativ layihəyə başlamaq o deməkdir ki, onlar vəziyyəti hələ də anlamırlar.

Regionlarda vəziyyət çox mürəkkəbdir. Hətta fermerlerin belə bilik və bacarığı müasir dövrün tələbinə uyğun deyil. Onlar rəqabət qabliyyətli məhsul istehsal edə və istehsal etdikləri məhsulu da bazara çıxara bilmirlər. İdxal hələ də monopoliyadadır. İxrac etdikləri məhsulu digər ölkələrdə normal qiymətə satıb gəlir əldə edə bilmirlər. Bu il Rusiyada rublun dəyərdən düşməsi bunların biznesinə çox ciddi təsir etdi. Kənd təsərrüfatı sahəsində o qədər problemlər var ki, bu problemlərin hamısını demək olar ki, hökumət həll etməlidir. Hətta ölkədə bitkiçilklə məşğul olanların su problemi var. Su problemin də, bazar problemin də, ixracla bağlı olan problemi də hökumət həll etməlidir.

Vahid Məhərrəmov: “Bu problemləri indiki Kənd Təsərrüfatı Nazirliyinin səviyyəsi ilə həll etmək mümkün deyil. Çünki onların səviyyəsi demək olar ki, elə uşaq baxçası səviyyəsindədir”.

Qeyd edim ki, hökumət ixracla bağlı qəbul etdikləri “Yol Xəritə”sində əsasən Rusiyanı nəzərdə tutmuşdu. Bu il də göstərdi ki, Rusiyaya etibar edib ixrac məqsədi ilə kənd təsərrüfatı məhsulu istehsal etmək düzgün siyasət deyil. ##relatedPostMilli##Azərbaycan çalışmalıdır ki, yüksək keyfiyyətli məhsul istehsal etsin və belə olan halda Azərbaycanın istehsal etdiyi məhsulu gəlib fermerin tarlasından əldə etməyə çalışacaqlar. Kənd təsərrüfatı sahəsində bilik və bacarığın artırılması sahəsində işlər görülmür. Bunlar hansı kadrları hazırlayıb, hansı fermerin təlimə cəlb edilməsi onun bilik və bacarığının artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdıırlması ilə bağlı nə işlər görüblər?

Təşəbbüs göstəririlər və qeyd etdiyim kimi sanki uşaq baxçasında təşəbbüs göstərirlər. Bu gün birləşmək üçün maraq yaratmaq lazımdır. Bunların istehsalda, ixracda, bazara çıxışda, istehsal vasitələrinin birgə əldə olunmasında marağı olmalıdır. Bu da çox ciddi problemdir. Bu problemləri indiki Kənd Təsərrüfatı Nazirliyinin səviyyəsi ilə həll etmək mümkün deyil. Çünki onların səviyyəsi demək olar ki, elə uşaq baxçası səviyyəsindədir. Göstərilən təşəbbüs bu sözləri deməyə əsas verir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar