Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Skripalın işi”nə görə Rusiyanın terrorist dövlət elan olunması gözləniləndir?

Politoloq: “Bu ittihamlar doğru olarsa, Rusiyanın terrorist dövlət, Rusiya hökümətinin isə cinayətkar elan olunması gözləniləndir”

“İki kəşfiyyatçının həbs edilməsi və onlar üzərində qurulan məhkəmə səhnələri çox məsələni üzə çıxaracaq və Rusiya üçün ciddi ittiham qaynaqlarına çevriləcək”.

Bu sözləri politoloq Qabil Hüseynli “Skripalın işi”nə görə iki Rusiya vətəndaşının ittiham edilməsi məsələsini PİA.az-a şərh edərkən qeyd edib.

Britaniyanın Solsberi şəhərində bu ilin mart ayında keçmiş QRU polkovniki Sergey Skripalı və qızını “Noviçok” məxfi əsəb-iflic qazı ilə zəhərləyən iki rusiyalının görüntüləri videomüşahidə kameralarına düşüb. Skotland Yard həmin şəxslərin pasportlarında ad-soyadlarının Aleksandr Petrov və Ruslan Boşirov olduğunu bildirir. Lakin Skotland Yard onu da bildirib ki, bu adlar lar həmin şəxslərin əsl kimliklərini ifadə etmir.

Bununla belə Skotland-Yardın antiterror bölməsinin rəhbəri Nil Basu keçirdiyi brifinqdə deyib ki, istintaqa həmin rusiyalıların əsl adları məlumdur. Onun sözlərinə görə, həmin məlumatı təsdiqləmək üçün şahid ifadələri lazımdır və bu səbəbdən axtarışa verilmiş şəxslər barədə məlumatı ictimailəşdiriblər. Məlum olub ki, bilavasitə Skripalların zəhərlənməsi ərəfəsində Popov və Boşirov Solsberidə iki gün dalbadal videomüşahidə kameralarına düşüblər. Onlar Skripalın evinin yaxınlığında da görünüblər.

Birləşmiş Krallıq prokurorluğunun nümayəndəsi Syu Hemminq deyib ki, şübhəlilər martın 2-də “Aeroflot”un SU2588 reysi ilə Moskvadan Londona uçublar. “Hetvik” aeroportundan onlar “City Stay Hotel”ə yollanıblar. Polisin təxmininə görə ərazini öyrənmək üçün martın 3-də onlar Solsveriyə gediblər. Nil Basu bildirib ki, şübhəlilər martın 4-də qatarla yenidən Solsberiyə gediblər. Orada onlar Skripalların evinin yaxınlığında kameraya düşüblər. Polis ehtimal edir ki, şübhəlilər “Noviçok” qazını Skripalların mənzilinin qapısına sürtüblər, bundan sonra Londona qayıdıblar. Bir neçə saat sonra “Hitrou” aeroportundan SU2585 reysi ilə Moskvaya qayıdıblar. Xüsusi agentlərin Londonu tərk etməsindən az sonra Skripallar huşsuz vəziyyətdə tapılıb.

Baş nazir Tereza Mey parlamentdəki çıxışında həmin şəxslərin QRU zabitləri olduğunu bildirərək Rusiya dövlətinə qarşı Britaniyada terror törətmək ittihamını irəli sürüb.

“The Guardian” nəşrinə istinadən xəbər verir ki, Britaniyanın təhlükəsizik naziri Ben Uolles bu işdə Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını vurğulayıb. Uolles hadisəyə sonda Putinin cavab verməli olacağını bildirib.

Onun sözlərinə görə Britaniya hakimiyyəti hadisə baş verən zaman birbaşa Putinə müraciət etməli idi. Nazir Rusiya prezidentinin hərbi kəşfiyyat üzərində güclü təsirinin olduğunu qeyd edib:

“Baş Kəşfiyyat İdarəsi (QRU) şübhəsiz ki, öz başına deyil. Onun fəaliyyəti həm Rusiya Baş Qərargahının yüksək çinli rəsmiləri, həm də müdafiə naziri ilə əlaqəli olduğu kimi oradan da Kreml və prezident ofisi ilə bağlıdır. Son nəticədə o, (Putin red.) bunu edir. Onun hökuməti Müdafiə Nazirliyi vasitəsi ilə vasitələrə nəzarət edir və hərbi kəşfiyyat istiqamətləndirir. Düşünmürəm ki, kimsə Vladimir Putinin öz dövlətinə nəzarət etmədiyini söyləsin” – Uolles bildirib.

Rusiya XİN isə Skripalları zəhərlənməsinə görə iki rusiyalının axtarışa verilməsinə münasibət bildirərək bu şəxslərin adlarının və fotolarının onlara “heç nə demədiyini” açıqlayıb. XİN-in rəsmisi Mariya Zaxarova deyib ki, Rusiya Böyük Britaniya hökumətini informasiya manipulyasiyasından çəkinməyə və Skripalların işi üzə praktiki əməkdaşlığa dəvət edir.

Dünən isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyaya qarşı ittihamların tamamilə qəbul olunmaz olduğunu bildirib. Peskov həmçinin qeyd edib ki, ittiham olunan şəxslərin kimliyini araşdırmaq üçün Britaniya rəsmi olaraq Rusiyaya müraciət etməlidir.

Qeyd edək ki, Britaniya baş naziri Tereza Mey Skripalları zəhərləməkdə ittiham olunan iki şəxsi Rusiyadan tələb etməyəcəklərini bildirib. Çünki Rusiya konstitutsiyası öz vətəndaşlarını başqa ölkələrə təhvil verməyi qadağan edir.

Rusiyanın Sankt Peterburqda nəşr olunan “Fontanka” qəzeti isə Aleksandr Petrov və Ruslan Boşirovun qeydiyyatda olduqları ünvanları təsbit edib. Lakin həmin ünvanların sakinləri ittiham olunan şəxslərin orda yaşamadıqlarını bildiriblər.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Bir çox rusiyalı və qərbli ekspertlər isə hesab edirlər ki, “Skripalın işi”nə görə Rusiya terrorist dövlət elan oluna bilər. Hətta bəzi ekspertlər Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasından çıxarıla biləcəyi ehtimalının irəli sürməkdən çəkinmirlər. Qeyd edə ki, artıq ABŞ “Skripalın işi”nə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Sanksiyaların daha sərt ikinci paketi isə noyabrda qüvvəyə minəcək.

Bu ittihamlar tam olaraq özünü doğruldarsa, Rusiyanın terrorist dövlət, Rusiya hökümətinin isə cinayətkar elan olunması gözlənindirmi?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynlinin fikirlərini öyrənib.

Qabil Hüseynli: “Məhkəmə qərarlarının Rusiyanın xeyrinə olmayacağını indidən söyləmək mümkündür”.

Bu məsələdə əlavə sübutlara ehtiyac qalmayacağını vurğulayan politoloq Qabil Hüseynli qeyd edib ki, həbs edilən rus vətəndaşlarının alınan ifadələri videomateriallar əsasında bütün dünyaya yayılacaq:

“Bu ittihamlar doğru olarsa, Rusiyanın terrorist dövlət, Rusiya hökümətinin isə cinayətkar elan olunması gözləniləndir. Onu qeyd edim ki, hadisələr göstərir ki, əlavə sübutlara ehtiyac qalmayacaq. Çünki həbs edilən şəxslərin hər ikisi Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin əməkdaşlarıdır. Həmin şəxslər də dindirilmə zamanı etiraf ediblər. Yəni onlar məhkum ediləcəklər və onların alınan ifadələri videomateriallar əsasında bütün dünyaya yayılacaq.

Hesab edirəm ki, bundan sonra da yeni bir proses başlayacaq. Söhbət artıq dövlət səviyyəsində Rusiyaya qarşı terror ittihamlarının irəli sürülməsi olacaq.

Qabil Hüseynli: “Rusiyanın terrorçu dövlət elan edilməsi məsələsi əsasən BMT-nin səlahiyyətlərinə daxildir”.

Onsuz da bu vaxta qədər Rusiya buna bənzər hadisələri az törətməyib. Bu nöqteyi nəzərdən bu məsələlərin istintaq edilib, araşdırılıb məhkəmə hökmü ilə yekunlaşması maraqlı olacaq. Əlbəttə məhkəmə qərarlarının da Rusiyanın xeyrinə olmayacağını indidən söyləmək mümkündür.

Məsələnin siyasi tərəfi qalır. Yəni BMT, Beynəlxalq Təşkilatlar səviyyəsində Rusiyanın terrorçu dövlət elan edilməsi məsələsi əsasən BMT-nin səlahiyyətlərinə daxildir. Bu proseslər bir qədər gərgin və çətin ola bilər. Amma hər halda iki kəşfiyyatçının həbs edilməsi və onlar üzərində qurulan məhkəmə səhnələri çox məsələni üzə çıxaracaq və Rusiya üçün ciddi ittiham qaynaqlarına çevriləcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar