Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞPA-nın fəxri üzvündən İlham Əliyevə dəstək: “İşğala son qoyulmalıdır“


Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Elsa Papadimitriou Prezident İlham Əliyeva məktub ünvanlayıb


PİA.AZ-ın AzərTac-a istinadən verdiyi məlumata görə, məktubda deyilir: 

“Son vaxtlar ErmənistanAzərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması bizi ciddi narahat edir. Biz təcavüzkarı pisləyir, Azərbaycanın haqq işini dəstəkləyirik. Azərbaycana dəstəyimizi ifadə etmişik, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması, təcavüzkara beynəlxalq təzyiq göstərilməsi üçün petisiyanı biz də imzalamışıq. Petisiyada Dağlıq Qarabağda Ermənistanın təcavüzkar əməllərinə son qoyulması barədə Prezident Obamaya müraciət edilib. Bu günlərdə ABŞ-dan, Avropadan, beynəlxalq siyasi forumlardan və akademik dairələrdən olan çox nüfuzlu insanlar Avropa Şurasının üzvü olan iki dövlət arasındakı bu münaqişənin indiki vəziyyətində Azərbaycanı dəstəkləyirlər.
 
Hörmətli cənab Prezident, icazə verin torpaqları işğal altında olan Azərbaycana və şəxsən sizə güclü dəstəyimi ifadə edim. Azərbaycan tolerant ölkədir və dünyaya öz multikulturalizm mesajlarını göndərir. Bu mesajlar xalqlarımızı daha yaxşı dünyaya aparmaq üçün düşünməyə əsas verir. Bizim qəti mövqeyimiz belədir ki, münaqişənin ədalətli həlli üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və digər yeddi rayonunun işğalına son qoyulmalıdır. Bu yolda Azərbaycana və Sizə əlimizdən gələn dəstəyi verməyə hazırıq. Tam səmimiyyətimlə deyirəm ki, dahi şairiniz Nizami Gəncəvinin yazdıqları mənim yunan əcdadlarımın dünyaya miras qoyduqları dəyərlərlə eynidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar