Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda “ölüm arakəsmələri”: Növbəti qurban kimdir?

Bu gün səhər saatlarında Bakı- Qazax avtomobil yolunun 88-ci kilometrliyində ağır avtomobil qəzası baş verib


“KamAZ” markalı 22 BC 360 dövlət nömrə nişanlı qoşqulu yük maşını paytaxt istiqamətində hərəkətdə olarkən yol ayrıcındakı əyri-xətli dəmir tirləri dağıdaraq aşıb.

Baş vermiş ağır qəza zamanı yük maşınında olan sərnişin 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu dünyasını dəyişib. Sürücü, Goranboy rayon sakini 1986-cı il təvəllüdlü Ələkbərov Rövşən Əli oğlu ağır yaralanıb.

Qəza zamanı 140 paqon metrə yaxın dəmir arakəsmə sıradan çıxıb və bununla da dövlət büdcəsinə ilkin hesablamalara əsasən 8 min manata yaxın ziyan dəyib.

Statistikaya görə, ötən il dövlət büdcəsinə yol təsərrüfatı ilə bağlı yarım milyon manatdan çox ziyan dəyib. Bunun da 90 faizi sırf dəmir tirlərin sıradan çıxması ilə bağlıdır. Yəni 5769 paqon metr dəmir tirlər sıradan çıxıb ki, bu da 6 km-ə yaxın dəmir əyri xətt deməkdir.

Bu statistika, hətta ortadakı yarım milyon da oxucuya heç nə demir. Qəza zamanı axan qanı, parçalanan cəsədləri, dağılan ailələri, məhv olan gələcəyi və böyüməyən uşaqlığın da statistikasını aparmaq mümkün olsaydı...

Əslində yol qəzaları bütün dünyada baş verir və olması da qaçılmazdır. Amma o da faktdır ki, qəzalar məhz yol kənarındakı dəmir arakəsmələr səbəbindən daha çox itki ilə nəticələnir. Hətta iş o yerə çatıb ki, el arasında bu dəmir arakəsmələrə “ölüm arakəsmələri” deyirlər. Onların standartlara uyğun qoyulmadığı və qoyulma yerinin düzgün olmadığı ilə bağlı ekspertlər hələ bir neçə il əvvəldən  xəbərdarlıq etsələr də, aidiyyatı qurumlar təhlükənin qarşısının alınması ilə bağlı heç bir iş görmədilər. Problem ondadır ki, bir çox hallarda qoyulması vacib olan uçurum kənarı və təhlükəli yerlərdə dəmir arakəsmələr olmadığı halda, ətrafı düzəngah olan yollarda qoyulur.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun virtualaz.org-a bildirdiyinə görə, əslində ayırıcı zolaqda dəmir arakəsmələr (tutucu sədd) texniki göstəricilərinə görə standarta uyğun olarsa və standarta uyğun qoyularsa, problem yaratmamalıdır. Tutucu sədd əks istiqamətlərdə hərəkət olan ayırıcı zolağın ortasında ola bilər. Bu, üz-üzə gələn avtomobillərin toqquşmaması üçün nəzərdə tutulur.

İkinci halda isə arakəsmələr yolun kənarlarına qoyulur. Bu adətən təhlükəli yerlərdə, uçurum, çay kənarında qoyulur. Ekspert hesab edir ki, Abşeron yarımadası və ya Bakı-Sumqayıt yolunda dəmir arakəsmələrin qoyulması təyinatına görə insana aid deyil. Əgər yolun kənarında maneə yoxdursa, qoymaq düzgün deyil.

“Əslində qəza olarsa, dəmir arakəsmələr yolun kənarında olan kolluqdan, torpaqdan avtomobillər üçün daha təhlükəlidir. Dəmir arakəsmələr əyri tirli olur, dayaqlar 60-70 sm yola tərəf əyilir və üstündən metal zolaq qoyulur. Qəza zamanı dəmirlər 1 metrə qədər yerini dəyişməli və qırılmamalıdır. O, astaca avtomobili saxlamalıdır. Yalnız təhlükəli yolların kənarında qoyula bilər. Təhlükəsiz yolun kənarında dəmir arakəsmələr özləri bir maneəyə çevrilir”.

Ekspert hesab edir ki, yalnız iki halda yollarda bu dəmir arakəsmələri qoymaq olar. Belə ki, ayırıcı zolaqla yolun hərəkət hissəsi arasında hər tərəfdən 1,5 metr, ümumilikdə, minimum 3 metr məsafə olmalıdır. 1,5 metrdən sonra dəmir arakəsmə qoyulur. Amma bizdə bu qaydaya əməl olunmur və bu da qəzaların fəsadlarını artırmış olur.

Digər bir məsələ isə dəmir arakəsmələrin qəza zamanı avtomobili kəsib-doğraması ilə bağlıdır. Ə.Hüseynov hesab edir ki, əslində bu arakəsmələr yumşaq dəmirdən olmamalıdır. Amma materialı düzgün olmadıqda və ya bərkidilmə üsulu düzgün olmadıqda belə problemlər yaranır. Ekspertin sözlərinə görə, hazırda Bakı-Rusiya avtomobil yolu, Bakı-İran yolunda, Hacıqabul yolu və digər yollarda belə dəmir arakəsmələrin qoyulması düzgün deyil.

Artıq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən də dəmir arakəsmələrin qəzalar zamanı daha çox itkiyə səbəb olduğunu etiraf edirlər. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin virtualaz.org-a bildirdiyinə görə, Azərbaycanda yolların kənarında olan dəmir arakəsmələr yeni beton arakəsmələrlə əvəzlənir. ASC rəsmisi  dəmir tirlərin beynəlxalq standartlara cavab verməməsi ilə də razılaşmır. Onun sözlərinə görə, dəmir arakəsmələrə çırpılan avtomobil qəzaları bəzi sürücülərin mədəniyyətinin az olması nəticəsində baş verirdi.

Bakı-Quba yolunun 6-10-cu kilometrliklərində artıq dəmir tirlər sökülüb. Bakı-Şamaxı yolunun Bakıya tərəf girişində, Hökməli dairəsində, HacıqabulKürdəmir yolunda da dəmir arakəsmələr betonla əvəzlənib. Betonlar beynəlxalq standartlara cavab verir. Betonun qəlibi bura gətirilərək Azərbaycanda istehsal edilir. Dəmirlər tez-tez sıradan çıxırdı. Bu baxımdan beton arakəsmələr daha təhlükəsizdir. Həm də burada istehsal olunduğuna görə daha ucuz başa gəlir. Betonun alt tərəfində təkərqaytaran hissə var. Beton maneə ilə avtomobilin birbaşa toqquşması qeydə alınmır. Biz bu işə başlamışıq, digər yollarda da beton arakəsmələrlə əvəz olunacaq”.

Sonda onu qeyd edək ki, yolları bərpa etmək, dəmiri beton arakəsmə ilə əvəz eləmək mümkün olacaq. Bəs ölənləri necə, qaytarmaq olacaqmı?

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Akif Çovdarov yenidən hakim qarşısında: 30 milyonluq əmlakın taleyi necə olacaq?

Ən çox oxunanalar