Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib

Nəsimi rayonunda 27 sentyabr Anım Günü münasibətilə silsilə tədbirlər davam etdirilir.

27 sentyabr – Anım Günü münasibətilə rayonda bir sıra silsilə tədbirlər keçirilib.

Anım günü ərəfəsində RiH-nin rəhbərliyi və məsul əməkdaşları tərəfindən şəhid ailələri ziyarət olunub, onlara maddi yardım və ərzaq bağlamaları çatdırılıb.

Anım günü Rayon İcra Hakimiyyətinin rəhbərliyi, məsul əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, rayon Bələdiyyəsinin, Rayon İctimayyəti nümayəndələri və rayon gəncləri 2 saylı Fəxri və Şəhidər Xiyabanında olaraq rayon şəhidlərinin məzalarını ziyarət etmiş, öz ehtiramlarını bildirmişlər.

Sonra rayonun Cavadxan küçəsində müxtəlif növ 200-dən artıq ağac əkilmiş, ayrı-ayrı ünvanlarda 2000-dən artıq ağaca aqrotexniki qulluq göstərilmişdir.

Keçirilən tədbirlərin davamı olaraq Nizami Kino Mərkəzində Anım Günü münasibətilə rayon İcra Hakimiyyəti və YAP rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Şəhadət yolçuları” sənədli filminin və “Əbədiyyət yolu” kitabının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etdi ki, Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.

Çıxışının sonunda A.Əsgərov Ümrə ziyarətinə yola salınacaq 10 şəhid anasına müvafiq sənədləri təqdim edərək xoş arzularını çatdırdı. Şəhid anaları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda “Şəhadət yolçuları” filminin və “Əbədiyyət yolu” kitabının təqdimatı oldu.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar