Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nərmin Quliyevanın ölümü ilə bağlı ifadələr məhkəmədə ziddiyyət yaratdı

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

PİA.az Trend-ə istinadən bildirir ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Nərmin Quliyevanın nənəsi Leybə Quliyeva və əmisi Arif Quliyev ifadə veriblər.

A. Quliyev bildirib ki, Nərmin Quliyeva itkin düşən gün onlarda olub: "Bizdən atasının paltarını aparacaqdı. Əlavə də əşyalar var idi ki, onları aparmaq üçün mən Nərminə dedim ki, get bacını da götür gəl əşyaları ikiniz aparın. Nərmin gedəndən sonra onun bacısı gəldi və bildirdi ki, Nərmin evə gəlməyib".

A.Quliyev daha sonra bildirib ki, həmin gün axşam saat 18 radələrində Nərminin atası onlara gəlib: "Nərminin atası bizə gəldi, mənimlə birlikdə qonşuda toyaxşamına getdik".

Daha sonra A.Quliyev bildirib ki, o, həmin gün toyaxşamına getməyib.

A.Quliyevin ifadəsi arasında ziddiyyət yaranıb.

Hakim bildirib ki, şahidlərin indiki ifadələri ilə ibtidai istintaqdakı ifadələri arasında ziddiyyət var. Ona görə də növbəti prosesdə Leybə Quliyeva və Arif Quliyevin ibtidai istintaqa ifadələri elan ediləcək.

Proses oktyabrın 27-də davam etdiriləcək.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar