Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nensi Pelosinin Tayvan səfərinin pərdə arxası - Müasir çip texnologiyası uğrunda qlobal savaş

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinin bir başqa geosiyasi və iqtisadi məqamı üzə çıxıb.

Dünyada çip istehsalının 63 faizi təkcə Tayvanın payına düşür. Pelosinin səfərinin səbəblərindən birini də bu məqamla izah edirlər.

İddia edilir ki, dünyanın ən böyük çip istehsalçısı Tayvanın sənaye lokomotivi olan “Taiwan Semiconductor Manufacturing Company”dir (TSMC). Tayvan səfəri zamanı Pelosi TSMC-ni ziyarət etməsi ilə yadda qalıb. ABŞ yetkilisi TSMC prezidenti Mark Lui ilə söhbətində də şirkətin qabaqcıl çip istehsalında mühüm rol oynadığını vurğulayıb. Kompüterlərdən smartfonlara, təyyarələrdən elektrikli nəqliyyat vasitələrinə qədər bir çox cihaz və texnologiyanın əsasını təşkil edən mikroçiplər, son bir neçə ildə ABŞ və Çinin texnologiya üzərindəki rəqabətinin mühüm hissəsinə çevrilib. Mütəxəssislərin fikrincə, müasir yarımkeçiricilərin çatışmazlığı və ya "çip tədarük zəncirlərində" pozulmalar ABŞ-ı Asiyaya çatmağa və Çin üzərində sənaye liderliyini qorumağa sövq edir. Hətta ABŞ-ın bu məqsədlə ciddi vəsait ayırdığı da sirr deyil.

“Verisk Maplecroft”un Asiya Tədqiqatları üzrə rəhbəri Reema Bhattacharya çərşənbə günü CNBC-dəki çıxışında bu barədə deyib:

“Tayvanın qeyri-müəyyən diplomatik statusu gərgin geosiyasi qeyri-müəyyənlik mənbəyi olmağa davam edəcək. Pelosinin səfəri Tayvanın həm ABŞ, həm də Çin üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Bunun bariz səbəbi Tayvanın çip istehsalçısı kimi və qlobal yarımkeçirici təchizat zəncirində mühüm strateji əhəmiyyət kəsb etməsidir. Pelosinin Tayvana səfəri zamanı TSMC rəhbərləri ilə görüşü onu göstərir ki, ABŞ tək başına çip sahəsində irəliləyişlər edə bilməz və ən müasir çiplərə hakim olan Asiya şirkətləri ilə əməkdaşlığa getməlidir”.

TSMC-nin çip sənayesindəki mühüm rolu

“Independent Arabia”nın iddiasına görə, Tayvan Yarımkeçirici İstehsalat Şirkəti (TSMC) qlobal tökmə zavodudur. “Apple”dan “Nvidia”ya qədər dünyanın ən böyük texnologiya şirkətləri üçün çip istehsal edir. ABŞ son 15 il ərzində çip istehsalında geridə qalsa da, Cənubi Koreyanın “Samsung Electronics” kimi şirkətlər qabaqcıl çip istehsalı texnikalarında uzun bir yol qət ediblər. Lakin bu şirkətlər hələ də ABŞ, Avropa və s. kimi ölkələrin avadanlıq və texnologiyalarına etibar edirlər. Digər tərəfdən, TSMC müstəqil olaraq dünyanın ən böyük çip istehsalçısı kimi öz mövqeyini möhkəmləndirə bildi. Counterpoint Research-ə görə, TSMC qlobal çip tökmə bazarının 54 faizinə sahibdir. TSMC, UMC və Vanguard kimi digər oyunçular sayəsində tək Tayvan qlobal çip istehsalı bazarının təxminən üçdə ikisini təşkil edir. Bu, Tayvanın dünya yarımkeçirici bazarında əhəmiyyətli yer tutduğunu göstərir. Qlobal çip bazarında önəmli paya sahib Samsung-u da əlavə etdikdə, Asiyanın çip sənayesində üstünlük təşkil etdiyi daha aydın şəkldə ortaya çıxır.

Tayvanın işğalı ilə bağlı narahatlıq

Çin hökuməti demokratik yolla idarə olunan Tayvanı "öz ərazisinin bir hissəsi olacaq separatçı bölgə" kimi görür. Çinin Tayvanı işğal edə biləcəyi ilə bağlı narahatlıq da burdan qaynaqlanır. Pekinin fikrincə, bu adanın "materiklə əlaqəsi" qurulmalıdır. Məhz bu səbəbdən, Çin Nensi Pelosiyə həftələr öncədən xəbərdarlıq etmişdi ki, Tayvana getməsin. Pelosinin səfəri zamanı Çin ada ətrafında hərbi təlimlər keçirərək gərginliyi artırmışdı Ekspertlər gərginliyin artması ilə böhranın dərinləşəcəyindən narahatdırlar. Tayvanın Çin və ABŞ arasında gərginliyin episentri olması çip istehsalını təhdid edir. Çinin mümkün işğalı halında, qlobal bazarlarda “çip tədarük zəncirlərində” ciddi problemlərin yaranması və hətta müasir çiplərin tədarükü də kəsilə bilər.

"Çox güman ki, çinlilər TSMC-ni milliləşdirəcək və onun infrastrukturu və texnologiyalarını öz yarımkeçirici sənayesinə inteqrasiya edəcəklər", deyə "Centre for Innovating The Future" konsaltinq firmasının həmtəsisçisi Abişur Prakaş CNBC-yə açıqlamasında bildirib.

Vaşinqton nə istəyir?

ABŞ yenidən sənayeləşməyə, daha doğrusu, sənayesini yeniləşdirməyə çalışır. ABŞ “İntel Pat Gelsinger” şirkətinin rəhbərliyi altında çip tökmə sahəsində TSMC-dən bir neçə il geri qalsa da, bu sahədə sürətlə inkişaf etmək üçün yollar axtarır. ABŞ bu sektorun digər aparıcı şirkətlərini öz ərazisində istehsal şəbəkəsi yaratmağa razı salmaq istəyir. Bu kontekstdə Vaşinqton yerli çip istehsalı gücünü artırmaq üçün TSMC-ni ABŞ-a cəlb etməyə səy göstərir. TSMC hazırda Arizona ştatında 12 milyard dollar dəyərində istehsal müəssisəsi tikir. ABŞ Senatı yerli çip istehsalı sənayesini dəstəkləmək və ölkənin qlobal iqtisadiyyatda texnoloji üstünlüyünü qoruyub saxlamaq məqsədi daşıyan elmi tədqiqatlar üçün on milyardlarla dollar vəsaitin ayrılmasını ehtiva edən CHIPS adlı qanun layihəsini qəbul edib. Bu qanun layihəsinə görə, çip istehsalına 52 milyard dollar ayrılacaq. 

2020-ci ildə Donald Tramp administrasiyası dünyanın ən böyük telekommunikasiya avadanlığı istehsalçısı olan Huawei şirkətinə şəbəkə aparatlarının və çiplərin və smartfonlarda istifadə olunan digər komponentlərin satışına məhdudiyyətlər qoyub. Bayden administrasiyası da öz növbəsində Huawei-yə çip satışı məhdudiyyətlərini sərtləşdirib və 5G cihazları ilə istifadə edilə bilən məhsulların tədarükünə yeni məhdudiyyətlər gətirib. Çinin ən böyük çip istehsalçısı da ABŞ tərəfindən qara siyahıya salınıb.

Çinin prioritetləri

Çin son illərdə çip istehsalını strateji prioritetləri sırasına daxil edib. Pekin administrasiyası son illər ərzində ABŞ texnologiyasından asılılığını azaltmaq üçün addımlar atır. Çip texnologiyasındakı mövqeyini daha da gücləndirməyə çalışan Çin bu sahədə xarici asılılığı azaltmaq üçün ölkənin aparıcı çip istehsalçısı olan SMIC-ə milyardlarla dollar yardım edib. Bununla belə, SMIC-in ABŞ texnologiyalarına çıxış yolunda maneələrlə qarşılaşması onun sənayedə geridə qalmasına səbəb olub. Mütəxəssislər Çinin yaxın gələcəkdə çip sənayesində Tayvan və ya ABŞ şirkətlərini üstələməsinin çətin olacağını deyirlər.

Çin hələ də çip istehsalı üçün ABŞ və xarici texnologiyalardan çox asılıdır. TSMC-nin Çində iki çip istehsalı müəssisəsi var, lakin bu qurğular Arizonada qurulan kimi qabaqcıl çiplər deyil, daha aşağı nəsil çiplər istehsal edir. Digər tərəfdən, Birləşmiş Ştatlar əsas komponentlərin tədarükünü təmin etmək və Çin üzərində liderliyi saxlamaq üçün Asiya müttəfiqləri, o cümlədən Yaponiya və Cənubi Koreya ilə yarımkeçiricilər üzrə tərəfdaşlıqlar qurmağa çalışır.

İddialara görə, ABŞ-Çin rəqabətinin ortasında qalan TSMC tezliklə tərəf seçməli ola bilər. Bəzi qiymətləndirmələrə görə, o, Arizonadakı investisiyalarına görə artıq tərəf seçib. (ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar