Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftçalada 25 yanvar olaylarının 33-cü il dönümü qeyd olunub

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Neftçala rayon təşkilatı və “20 yanvar” Cəmiyyətinin Neftçala şöbəsinin təşəbbüsü ilə 25 yanvar 1990-cı il Neftçala olaylarının ildönümü ilə bağlı anım tədbiri keçirilib...

PİA.az xəbər verir ki, tədbirdə VHP Neftçala rayon təşkilatının sədri, rayonda xalq hərəkatının öncüllərindən və 25 yanvar olaylarının iştirakçılarından biri Fərman Hüseynov çıxış edib. O bildirib ki, 25 yanvar 1990-ci ildə qan içən sovet hərbi birləşmələri Bakıdan sonra eyni senari ilə hərəkatın ən qaynar nöqtələrindən sayılan Neftçala rayonunda da qırğın törətdilər. O günün xatirələrini yada salan Fərman bəy qeyd edib ki, axşam saat 18:30-da Neftçala şəhərinin mərkəzində yerləşən AXC-nin qərərgahına tanklarla, BTR-lə, əli silahlı əsgərlərlə dolu hərbi maşınlar xəbərdarlıq etmədən hücuma keçərək dinc əhaliyə divan tutdular: “AXC-nin Qərərgahı darmadağın edildi. Ətrafda yerləşən binalar, ağaclar, yoldan keçən dinc insanlar, maşınlar, Bakıda həlak olmuş şəhidlərlə saxlanılan “Yas çadırları”, ümumiyyətlə diqqəti nə çəkdisə hər şeyi güllə yağışına tutdular. Güllələnmiş, fiziki zədə almış 30-dan çox vətəndaşı amansız vəhşiliklə tutub hərbi məaşınlara, bir-birinin üstünə qalaqlayıb Bankə qəsəbə Hərbi hissəsinin hamamına apardılar. Kimsə kənardan eşitməsin deyə tankların motorunu işə salıb həbs etdikləri hərəkat fəallarına olmazın vəhşiliklərlə döydülər, təhqir etdilər. Nəhayət döyülməkdən qana bələnmiş, yarımcan etdikləri insanları vertalyotlarla yığıb Bakıya, sonra da Şüvəlan həbsxanasına apardılar. Rayon ərazisində qanunsuz komendat saatı elan etdilər. İki aydan artıq tanklarla, BTR-lə rayon ərazisində hərakat fəallarının “ovuna” çıxdılar. Neftçala tarixi belə müsübət görməmişdi.

​Hərbçilərin cinayəti nəticəsində 2 nəfər, Cəfərov Əbülfəz, Ağahüseynov Nurəddin şəhid oldu, 7 nəfər güllə yarasından ölmcül yaralandı, 30 nəfərə yaxın hərəkat fəalı amansız fiziki təzyiqlərə məruz qaldı”.

​Həmən qəhrəmanlıq tarixindən, yanvar faciəsindən 33 il ötür. Hər il olduğu kimi bu ildə, 25 yanvar 2023-cü il tarixdə 25 yanvar hadisəsinin ildönümünü qeyd edilib. Abidənin önünə gül düzülüb. Tədbirdə VHP, Müsavat partiyası AXP üzvləri də iştirak ediblər.

Fotolar

pia.az


Etiket: Neftçala


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar