Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nəcməddin Sadıkovla birlikdə döyüşmüşəm" - Siyavuş Novruzov

"Ordu rəhbərliyinə ləkə atmaq istəyən adamlar erməni xüsusi xidmət orqanlarına işləyirlər"...

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, Prezident ordu rəhbərliyi ilə bağlı öz münasibətini bildirib. Başqa sözə ehtiyac yoxdur:

"Ordumuz tam qətiyyətli şəkildə bütün döyüşlərə hazırdır. Ordunu hazır vəziyyətə gətirən də təbii ki, ordu rəhbərliyidir. İndi ordu rəhbərliyi haqqında ittihamlar səsləndirirlər. Onu kim yazırsa, ordu rəhbərliyinə kim ləkə atmaq istəyirsə, o adamlar erməni xüsusi xidmət orqanlarına işləyirlər. Vəssalam".

S. Novruzov bildirib ki, müharibə əmrini yalnız Ali Baş Komandan verə bilər. Bunu da, Milli Məclis təsdiq edir: "Savadsız ölkədə demokratiya qurmaq mümkün deyil. Bunu deyənlər bisavaddırlar. Müharibə etmək üçün ölkənin Qanunverici orqanı bunu təsdiq etməlidir. Ali Baş Komandan fövqəladə vəziyyət elan olunanda belə, mütləq parlamentə göndərməlidir ki, təsdiq olunsun. Yəni müharibə qərarını Baş Qərargah rəisi verə bilməz. O, yalnız verilmiş qərarları icra edə bilər".

Deputat Baş Qərargah rəisi Nəcməddin Sadıkovun fəaliyyəti haqqında danışaraq onun xidmətini yüksək qiymətləndirib: "Mən cavan vaxtı Nəcməddin Sadıkovla birlikdə döyüşmüşəm. Onunla Laçında, Qubadlıda, Füzuli bölgəsində bir çox döyüşdə birlikdə olmuşuq. Uzun müddətdir ki, hazırkı vəzifəsini şərəflə yerinə yetirir. Başa düşmürəm ki, bu insandan nə istəyirlər".(Mediapost)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar