Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirliyin Olimpiya oyunlarına ayrılan vəsaiti idmançılara ödəmədiyi məlum olub

Gənclər və İdman Nazirliyində mövcud vakant vəzifələrin “Dövlət qulluğu haqqında ” qanunun tələblərinə uyğun olaraq tutulması ilə bağlı zəruri addımlar atılmayıb.

Bu, Gənclər və İdman Nazirliyi və tabeliyində olan qurumlar (seçmə qaydada) tərəfindən dövlət vəsaitinin və digər dövlət qurumlarının idarə olunmasının və istifadəsinin auditinə dair Hesablam Palatasının audior hesabatında əksini tapıb.

Audit 2020-2021-ci illərdə dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Ümumi dövlət xidmətləri”, “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət”, “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölmələrindən 2020-ci ildə 28,6 milyon manat, 2021-ci ildə 31,5 milyon manat olmaqla, auditin əhatə etdiyi illərdə cəmi 60,1 milyon manat məbləğində vəsaiti əhatə edib.

Sənəddə qeyd edilib ki, maliyyə vəsaitlərinin idarə olunması ilə bağlı fəaliyyətin düzgün təşkil edilməməsi və xərcləmələr üzərində nəzarət fəaliyyətinin qurulmaması bu sahədə bir sıra nöqsanlara yol açıb. Faktiki olaraq 2020-ci ilin may ayında sökülən tikililərə görə Nazirlik tərəfindən ümumilikdə 26,9 min manat sığorta haqqı ödənilib, 2021-ci ilin yekunlarına görə ən yüksək nəticə göstərmiş idmançılar və onların məşqçilərinin mükafatlandırılması ilə bağlı ödənilmiş 464 min manat məbləğində vəsaitin icrası təmin edilməyərək hesabda saxlanılıb. Xarici valyuta kurslarının 53 halda düzgün tətbiq edilməməsi hesabına 79,4 min manat əlavə büdcə vəsaitinin xərclənməsinə yol verilib. O cümlədən Azərbaycan Yelkənli İdman Federasiyasının “AGBank” ASC-də olan hesablaşma hesabına 20 aprel 2020-ci il tarixində 100 min manat məbləğində ödənilmiş vəsait həmin bankın 27 aprel 2020-ci ildə bağlanması səbəbindən hesabda qalıb.

Bir sıra idman federasiyaları, eləcə də idman məktəbi tərəfindən yığma komandanın üzvlərinin beynəlxalq yarışlara və Olimpiyada oyunlarına hazırlanması, həmçinin federasiyanın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə maliyyə köməkliyinin göstərilməsi ilə bağlı etdiyi müraciətlər əsasında təsdiq edilmiş büdcəsində nəzərdə tutulmasa da, Nazirlik tərəfindən təyinat dəyişikliyi edilərək 5 federasiya və 1 idman məktəbi üzrə ayrılmış xərclər smetasında nəzərdə tutulmayan 435,1 min manat vəsaitin ayrılması təmin edilib. Federasiyalara və idman məktəbləri ilə bağlanmış müqavilələr üzrə öhdəliklərin icrasına, həmçinin hesabatlılığa nəzarətin təmin edilməməsi ayrılmış vəsaitlər üzrə məqsəd-nəticə uyğunluğunun ədalətli müəyyənləşdirilməsi imkanlarını məhdudlaşdırıb. Müxtəlif beynəlxalq yarışlara milli komandaların lazımi səviyyədə hazırlığına şərait yaradılması məqsədilə təlim-məşq toplanışlarının təşkil olunması, eləcə də bir neçə yarışda iştirakla bağlı vəsaitlərin icrası zamanı milli yığmanın üzvü olmayan idmançının siyahıya daxil edilməsi, müraciətdə göstərilmiş müddətlərdən əlavə günlərin əhatə olunması, ezamiyyət günlərinin düzgün nəzərə alınmaması kimi nöqsanlar hesabına ümumilikdə 202,8 min manat artıq vəsait ödənilib.

Seçmə qaydada Respublika Olimpiya Mərkəzi üzrə toplanmış audit sübutları icarəyə verilmiş əmlak üzrə 32,8 min manat haqqın toplanılmadığını, dövlət əmlakının icarəyə verilməsi ilə bağlı hüquqi aktlarda əks olunmuş tələblərin reallaşdırılmaması və icarə haqlarının aşağı səviyyədə müəyyənləşdirilməsi ilə bu istiqamətdə əlavə gəlirlərin əldə edilməsi imkanlarından istifadə olunmadığını deməyə əsas verir.

Yüksək nəticələr göstərmiş idmançıların mükafatlandırılması məqsədilə vəsaitlərin istifadəsi zamanı komanda hesabı ilə yer tutan, eləcə də qeyri-olimpiya proqramları üzrə dünya və Avropa çempionatları, həmçinin Kubok yarışlarında yüksək nəticələr göstərmiş idmançılar və onların məşqçilərinin mükafatlandırılması nəticəsində 125,2 min manat məbləğində vəsaitin təyinatı dəyişdirilib.

Layihələrin və tədbirlərin həyata keçirilməsinə hazırlıq prosesində tələblərin düzgün müəyyənləşdirilməməsi, eləcə də mövcud potensialların dəyərləndirilməməsi səbəbindən daha baha qiymətlərin tətbiq olunması vəsaitlərin artıq istifadəsi ilə nəticələnib. Bir neçə halda düzgün iddiaçının seçilməməsi layihələr üzrə öhdəliklərin üçüncü tərəfə ötürülməsinə səbəb olub. Qeyd edilənlər bu istiqamətdə 310 min manat artıq vəsaitin istifadəsinə yol açıb.

Yay Olimpiya və Paraolimpiya oyunları ilə bağlı ayrılmış vəsaitlərin bəzi hallarda təyinatının dəyişdirilməsi. Eləcə də fərqli federasiyalara ayrılmış vəsaitin digər istiqamətlərə yönəldilməsi dövlət vəsaitlərinin nəticəliliyinin qiymətləndirilməsinə şərait yaratmamaqla bərabər son nəticələrə də təsir göstərib. Hüquqi aktların tələblərinə riayət edilməməsi və iştirak sayının nəzərə alınmaması artıq vəsait ödənişinə şərait yaradıb. İcra olunmamış 11 milyon manat məbləğində vəsaitin 6 milyon 46,3 min manatı olimpiya növləri üzrə federasiyalara, 100 min manatı isə Paraolipmiya oyunları ilə bağlı istiqamətlərə yönəldilib. Bu, cəmi Olimpiya oyunları ilə bağlı xərclərin 56 faizinə bərabər olub. Milli Olimpiya Komitəsi tərəfindən istifadə edilmiş 901,4 min manat da daxil olmaqla, ümumi vəsaitin 64,2 faizi birbaşa Olimpiya oyunlarının keçirilməsi ilə bağlı olub. Digər hissə – 35,8 faizi isə bəzi hallarda birbaşa əlaqəsi olmayan, bəzi hallarda isə təyinatdan kənar istiqamətlərə yönəldilib. Qeyd edilənlər Olimpiya oyunların ilə bağlı müxtəlif federasiyalara ayrılmış vəsait üzrə 393,7 min manat artıq məbləğin icra edildiyini göstərir.

Audit zamanı o da üzə çıxıb ki, bəzi hallarda Nazirlik tərəfindən ictimai birliklər arasında qrant müqavilələrinin mövzusu olan məsələlər satınalma müqavilələri vasitəsi ilə icra edilib, o cümlədən ictimai birliklərlə də belə müqavilələr bağlanılıb.

Həmçinin ehtimal olunan qiymətlərin hesablanmaması bəzi zallarda malların, işlərin və xidmətlərin baha qiymətə alınmasına səbəb olub. İddiaçılarla bağlı meyarların göstərilməməsi bir sıra hallarda müqavilələrin icrası prosesində müqavilə üzrə tərəflərin dəyişməsi ilə nəticələnib.

Ümumilikdə XXXII Yay olimpiya və Paraolimpiya Oyunlarına hazırlıqla bağlı xərclər dövlətə məxsus əmlakın icbari sığortası, müxtəlif federasiyalara ödənilmiş maddi yardım, gənclər siyasəti ilə bağlı tədbirlər, digər başqa nöqsanlar üzrə ümumilikdə 601,7 min manat məbləğində vəsaitin bərpasını, ilin yekunlarına görə nəticə göstərmiş idmançılara ödənilmiş, lakin onlar tərəfindən alınmamış və tranzit hesab üzrə yaranan vəsait üzrə 464 min manat vəsaitin aidiyyatı üzrə icra olunmasının, 1 yanvar 2022-ci il tarixə yaranmış olan debitor borcdan “Bədən tərbiyəsi və idmanın təşkili” və “Gənclər siyasəti” paraqrafı, həmçinin XXXII Yay olimpiya və Paraolimpiya Oyunlarına hazırlıqla bağlı xərclər üzrə ümumilikdə 1 677,7 min manat debitor borcun bağlanmasının nəzərə alınması təklif edilib. Ümumilikdə 798,9 min manat vəsaitin müvafiq qaydada bərpası, 1 yanvar 2022-ci il tarixə yaranmış olan debitor borclardan qalan 1 921,3 min manat məbləğində debitor borcun bağlanması üzrə tədbirlərin həyata keçirilməsi tövsiyə edilib.

Auditor hesabatında qeyd olunan nöqsanların aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilməsinin və görülmüş işlər barədə 1 ay müddətində Hesablama Palatasına məlumat təqdim olunmasının əks etdirilməsi tövsiyə olunub. (apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar