Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib

Dünəndən cənub-qərb küləyinin üstünlüyü havanın temperaturunun iqlim normasından 5 dərəcəyədək yüksək olmasına səbəb olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, küləyin maksimal sürəti Qobustanda 28 m/s, Daşkəsəndə 25 m/s, Xınalıqda 24 m/s, Altıağacda 18 m/s, Lerik, Astarada 17 m/s, Qubada 16 m/s, Yardımlıda 15 m/s, Bakı, Pirallahıda 20 m/s, Maştağa, Qum adası, Binədə 18 m/s, Neft Daşlarında 17 m/s, Çilov adasında 16 m/s, Sumqayıtda 15 m/s-ə çatıb.

Hazırda Bakıda havanın temperaturu 18-20 dərəcə isti təşkil etsə də və hava nisbətən mülayim olsa da, yaxın saatlarda hava şəraitinin dəyişəcəyi gözlənilir. Qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin yaxın 4-5 saata ölkə ərazisinə yaxınlaşması artıq şimal-qərb küləyinin güclənməsi ilə müşayiət olunacaq.

Küləyin maksimal sürəti günün ikinci yarısından axşama doğru Bakıda və Abşeron yarımadasında 15-20 m/s, arabir 23-28 m/s, bəzi yerlərdə 30 m/s olacaq. Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək.

Sabah gündüz saatlarında külək zəifləyəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar