Bazar, 24 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Nazir xalqa yalan danışmağa borcludursa...

Müəllif: Valeriy Kantor
Haaqqin.az saytının yazarı, İsrail

İsrail əhalisi iki həftədir üzücü sualdan əziyyət çəkirdi - ölkənin ən qorunan və müasir türməsi sayılan “Qilboa”dan avqust ayında misilsiz qaçış etmiş 6 fələstinli məhbusdan son ikisi nəhayət nə vaxt ələ keçəcək.

Elə görünür ki, fələstinli məhbuslar Hollivud filmi olan “Şouşenkdən qaçış”a dəfələrlə baxıblar, çünki kinodramın qəhrəmanının planını dəqiqliyi ilə təkrarlayıblar.  Sadəcə əyilməz Endi Düfreyn illərlə divarı oyurdusa, fələstinlilər azadlığa aparan yeraltı yolu ayaqyolu kabinələrindən birinin döşəməsindən açmışdılar: məhbuslar türmənin yeraltı kommunikasiyalarının sxemini öyrənərək (sonralar məlum oldu ki, onu Google platformasından əldə etmək mümkündür), türmə divarlarının çölündəki sahəyə açılan kanalizasiya borularına çatıb və ondan təbii tunel kimi istifadə edərək əvvəlcədən iki dəstəyə ayrılaraq gözdən itə biliblər.

Fələstinlilər Endi Dyufrenin qəhrəmanlığını təkrar etdilər...

Əlavə etmək vacibdir ki, məhbusların hamısı, o cümlədən, “Əl-Əksa əzabkeşləri briqadası”nın Cenindəki keçmiş komandiri Zəkəriyyə Zbeydi, israillilərin ölümü ilə nəticələnmiş terror aktlarında iştiraklarına görə ömürlük həbs və ya uzunmüddətli cəzaya məhkum olunmuşdu və bu səbəbdən azadlıqda mülki əhali üçün real təhlükə sayılırdılar.

ŞABAS (İsrail türmələr İdarəsi) üçün həqarət olan bu tarixçə cəmiyyətdə güclü narazılıq dalğası yaratdı və bu, təəccüblü deyil: bu cür xətalar birbaşa dövlətin təhlükəsizliyi məsələlərinə bağlıdır.  Təsadüfi deyil ki, qaçanların axtarışı İsrailinin baş naziri Naftali Bennetin şəxsi nəzarətində idi.

Qaçanların əsas məqsədi təqibçilərdə şübhə doğurmurdu:  bir neçə saatlıq üstünlükdən yararlanaraq (qaçış təqribən gecə saat 1-də baş verib, detalların əksəriyyəti mətbuat üçün hələ də qapalıdır), onlar ya Livan ərazisinə keçməyə müvəffəq olmalı, ya da hansısa yolla Qəzza sektoruna çatmalıydılar. Onların qaçışını Qəzzada artıq avtomatlardan güllə qatarı, fişənglər və konfet paylamaqla bayram edirdilər.

Yeri gəlmişkən, fələstinlilər təqibin mümkün miqyaslarından xəbərdar olsaydılar, türmə ayaqyolunun döşəməsini bəlkə də xarab etməz və ən əsası, onların qaçışından sonra rejimləri sərtləşdirilən çoxsaylı kamera yoldaşlarının həyatlarını korlamazdılar.

Fələstinlilər dünyanın ən müasir və ən sərt rejimli həbsxanalarından birindən qaçmağa necə nail olmuşdular...

Gözlənildiyi kimi, 6 qaçqının axtarışı məsələsi polisin xüsusi bölmələri, ŞABAK-ın daxili təhlükəsizlik xidməti, sərhəd polisi və İsrail ordusunun döyüş bölmələri üçün peşəkar çağırışa çevrildi.

Nəticədə artıq üç gün sonra fələstinlilərin 4-ü yaxalandı və “Qilboa”ya qaytarıldı. Azadlıqda qalan iki nəfərin - Ayham Kamaci və Munadel İnfiatın axtarışlarına daha çox vaxt lazım oldu.

İsrail ordusunun, polisinin və xüsusi xidmətlərinin birgə əməliyyatının yüksək vəzifəli iştirakçılarından biri jurnalistlərin məhbusların hamısının nə vaxt türmə kameralarına qaytarılacağına dair sualına belə cavab verdi:

“Bizi tələsdirməyin, siz ki bilirsiniz, biz ot tayasında iynə axtarırıq! Yeri gəlmişkən, yaxşı xəbərimiz də var:  həmin tayanın harada olduğunu artıq bilirik…”

Sonuncu iki terrorçu ötən şənbə günü Fələstin muxtariyyətinin şimal-qərbində yerləşən Cenin şəhərində yaxalandı.  Baxmayaraq ki, minlərlə əsgər və polisin cəlb olunduğu əməliyyatın başlanmasından hələ üç gün əvvəl qaçanların Cenin ətrafında məhz hansı evdə gizləndiklərinə dair operativ məlumat vardı, ancaq onları qəfil yaxalamaq və qan tökülməsinin qarşısını almaq üçün xüsusi xidmətlərin sevimli taktikası olan “informasiya yerkökü” tətbiq olundu - bu vaxt radio xəbərlərində qaçanların axtarışının səmərə vermədiyi və onların gizləndikləri yerdən 100 kilometr aralıda davam etdirildiyi bildirilir.

Nazirin müqəddəs yalanı

Taktiki dezinformasiyanın mənzərəsinə sonuncu cizgini məhz İsrailin daxili təhlükəsizlik naziri Omer Bar-Lev əlavə etdi:  O, Cenində əməliyyatın başlanmasından bir neçə saat əvvəl 12-ci telekanalın birbaşa efirində aparıcının terrorçuların axtarışı ilə bağlı hansı məlumatların olması sualına cavab olaraq bildirdi:

“Mənə bir dəqiqə əvvəl xəbər verdilər ki, qaçanlar artıq yaxalanıb, əməliyyat isə uğurla sona çatıb!..”

Səhəri gün nazirin nümayəndəsi qeyd etdi ki, Bar-Lev televiziya tamaşaçılarına bilərəkdən yalan deyib, bununla da qaçanların sayıqlığını zəiflətmək və onlara yalançı təhlükəsizlik hissi təlqin etmək istəyib.

Bununla da “xilas naminə yalan”ı qəbul etmək, yoxsa rədd etmək haqda mübahisələrin əbədi tonqalına daha bir odun atılıb…

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Təbrizin yeni fars valisinə "türk şilləsi" – SEPAH generalının təqdimat mərasimində skandal - Video

Putin Qazaxın kəndlərini nəzərdə tutur? - Bakı ilə irəvan hansı əraziləri dəyişdirə bilər? - Video

İcra başçısının müavininin oğlanlarının göz qamaşdırıcı maşın kolleksiyası...

Dostlarının üz döndərdiyi, adı qalmaqallarda hallanan Xalq artisti haqqında bilinməyənlər - Foto

Canəli Əkbərovun evindən görüntülər hər kəsi kövrəltdi - Video

Dünyanın ən bahalı qidası: Kilosu 11 min dollara satılır - Video 

“Dedi, ana, Elçini Rövşən Əkbərov öldürdü, məni də ağzımdan vurdu...” - Qətlin yeganə şahidi

Ortada yeyib, qıraqda gəzən Oqtay Əsədovun Eldar Mahmudovun qapısından böyük biznesə açılan yolu

Azərbaycanlı məşqçi həbs edildi - Seksual zorakılıqda ittiham olunur

İrandan Ərdoğanın açıqlamasına reaksiya: “Etnik xalqlardan qorxmaq...”

Qiyamət günü Allah yanında ən ali məqama bu insanlar malikdir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay