Cümə, 24 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Nazir: "Şəhid ailələrinə sosial ödənişlərin təyinatı yekunlaşmaq üzrədir"

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq aparılan sosial-iqtisadi islahatların uğurları sosial sığorta sistemində də özünü göstərir. Son üç ildə sosial ödənişlər 2,4 milyard manat və ya 60% artaraq 6,4 milyard manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) büdcədən transfert 40%-dən 25%-ə enib.

PİA.az-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin fəaliyyət sahələrində bu ilin ilk yarımilində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirlən kollegiya iclasında bildirib.

Cari ilin 6 ayında da sosial sığorta daxilolmalarının 7,8 faiz və ya 133,7 mln. manat artaraq 1836,3 mln. manat təşkil etdiyini qeyd edən nazir həmçinin sığortaolunan kimi qeydiyyata alınmış şəxslərin sayının 95,3 min nəfər artaraq 4,5 milyon nəfərə çatdığını deyib. O, əmək pensiyalarının indeksləşdirilərək artırılması məqsədilə də 2021-ci ilin 6 ayında 220 mln. manat vəsait xərcləndiyini, bu artımın 1 milyon 140 min pensiyaçını əhatə etdiyini deyib.

Nazir Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərlə bağlı sosial dəstək tədbirlərinin davam etdirildiyini, bu kateqoriyadan olan artıq 24 min şəxsin 33 min xidmətlə əhatə olunduğunu deyib. Xüsusilə də şəhid ailələrinə müvafiq sosial ödənişlərin təyinatı prosesinin artıq demək olar ki, yekunlaşdırıldığını diqqətə çatdırıb. Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən yaxın vaxtlarda şəhid ailələri və qazilərə 7 dövlət orqanı üzrə 26 xidmətin göstəriləcəyi vahid əlaqələndirmə mərkəzlərinin təşkili, eləcə də müharibədə yaralanmış hərbi qulluqçuların əlilliyin qiymətləndirilməsi işlərinin davam etdirildiyini deyib.

S.Babayev bu il iyulun 14-də Prezident İlham Əliyevin iştirakı ilə Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimini və Abşeron DOST Mərkəzinin açılışını vurğulayıb. Bildirib ki, hər iki tədbir dövlət başçısının sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkədə sosial inkişaf, həssas qruplara qayğının artırılması istiqamətində tədbirlərin uğurla davam etdiyinin növbəti göstəricisidir. Şəhid ailələri və müharibə əlillərinə 2021-ci ildə 3 minədək mənzil və fərdi ev təqdim edilməsi nəzərdə tutulub ki, onlardan artıq 1300-ü verilib. Bununla da indiyədək şəhid ailələri və müharibə əlillərinə verilən mənzil və fərdi evlərin sayı 10 mini ötüb.

2025-ci ilədək ölkədə 17 DOST Mərkəzinin və 47 DOST filialının yaradılacağını bildirən nazir hazırda Gəncə, Sumqayıt Bərdə, Quba, Masallı, Şəki, Sabirabadda DOST Mərkəzlərinin açılması üçün işlər aparıldığını deyib.

S.Babayev Vətən müharibəsində yaralanmış 109 qazinin 113 yüksək texnologiyalı protezlə təmin olunduğunu, ümumilikdə qazilərin sosial dəstəklə, reabilitasiya xidmətləri təminatı işinin getdikcə genişlənməsinin əsas fəaliyyət istiqaməti olduğunu vurğulayıb.

Nazir şəhid ailəsi üzvləri və qazilərdən ibarət olmaqla artıq 6800-dək şəxsin sosial dəstək çərçivəsində məşğulluq proqramları ilə əhatə edildiyini, o cümlədən 5 047 şəxsin özünüməşğulluq proqramına cəlb olunduğunu bildirib. Nazirlik tərəfindən başladılan “Məşğulluq marafonu”ndan bəhs edən S.Babayev marafona cəmiyyətdə böyük dəstəyin müşahidə oldunduğunu, bu aksiyaya qoşulan işəgötürənlərin sayının 320-yə çatdığını, marafona təqdim edilən vakansiya sayının isə artıq 1400-ə yaxın olduğunu, həmin vakansiyalar üzrə artıq 321 şəxsin işlə təmin edildiyini deyib.

İclasda bu ilin birinci yarımilində DSMF-nin və DOST Agentliyinin fəaliyyəti, özünüməşğulluq proqramının icrası və proqrama cəlb olunmuş şəxslərin fəaliyyətinin monitorinqi, peşə hazırlığının təşkili, sosial xidmətlər, əlilliyin qiymətləndirilməsi, reabilitasiya, vətəndaşların qəbulu, müraciətlərinə baxılması və s. sahələrə dair hesabatlar dinlənilib. Görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub, hazırlanmış yeni peşə və kvalifikasiya standartlarının təsdiq edilməsi qərara alınıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Balalarını rusca oxudanlar, çox peşman olacaqsınız” - Bir statusun rezonansı...

Mübariz Mənsimovu bu dəfə qardaşı məhkəməyə verdi: dələduzluqda ittiham edir...

Ağdam Mexaniki Suvarma idarəsinin rəisi, Çovdarovun kirvəsi Hafiz Əzimzadı necə milyoner olub?

Ermənilər şokda: Türkiyəyə məxsus şəxsi təyyarə İrəvana endi - Foto

Eldar Mahmudovun bandasının üzvü “Azərsu” da məxfi şöbəyə rəhbərlik edir

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Lerikdə yoxlamalara başladı: Rövşən Bağırov həbs oluna bilər

İrandan gələn yarım milyard dollarlıq heroinlə bağlı şok açıqlama

İranın yeni kəşfiyyat rəisi Esmail Xatib: Kimdir və ondan nə gözləmək olar...

Eldar Həsənovun qızı Mehriban Əliyevaya müraciət edib

Rəşid Mahmudovun qardaşı oğlu intihar edib? - Açıqlama, Foto

Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"

Ən çox oxunanalar