Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir müavini Türkiyədəki yanğınla bağlı son vəziyyəti açıqlayıb 

"Azərbaycan Prezidenti cənab Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında Türkiyədə baş vermiş güclü yanğınlarla mübarizədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Türkiyəyə yola salınıb".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

"Bildiyiniz kimi, dünən bizim birinci dəstəmiz Türkiyəyə yola salınıb. Hazırda onlar Marmarisdən 11 km aralıda yanğına qarşı mübarizə aparırlar. Bu gün aldığımız məlumata görə, yanğın davam edir, bizim əməkdaşlar yerli əməkdaşlarla birlikdə koordinasiya şəklində yanğını söndürməyə çalışırlar" - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, meşə yanğınları adi ev yanğınlarına bənzəmir:

"Havanın hərarətinin 40-45 dərəcə olmasını və dağlıq zonada hündür şam ağaclarının alovlanmasını, eləcə də yanğının sürətlə yayılmasını və şiddətini nəzərə alaraq yanğına qarşı mübarizə, əlbəttə, çətindir. Amma buna baxmayaraq, Türkiyədə olan yerli mütəxəssislərlə bizim mütəxəssislər birlikdə yanğının lokallaşdırılması və qarşısının alınması üçün çalışır" - deyə nazir müavini bildirib

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar