Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir müavini: "Özəl sektor regionlarda internet xidməti göstərmək istəmir"

"Azərbaycanda özəl internet provayderləri regionlarda xidmət göstərmək istəmir".

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda bildirib.

"Bu gün 700-ə yaxın yaşayış məntəqəsində internet infrastrukturu yoxdur. Biz özəl sektora təklif edirik ki, oralarda işləsinlər. Amma onlar bunda naraqlı deyillər, çünki iqtisadi çəhətdən səmərəli deyil. Buna görə də güc dövlət provayderlərinin üzərinə düşür", - deyə o, qeyd edib.

Bundan başqa, nazir müavini deyib ki, kanalizasiya quyularının özəl sektora açılmasının problemləri üzə çıxıb: "Özəl provayderlər quyulardan qanunsuz istifadə edir. Düzdür, biz hüquq mühafizə orqanları ilə işləyirik, amma şəhərin mərkəzində belə qanunsuz istifadə ilə rastlaşırıq. Həm də görürük ki, təqdim edilən internetin keyfiyyəti eyni deyil. Ona görə də standart müəyyən etmişik. Tələb edirik ki, onlar xidməti bu standarta görə təmin etsinlər".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar