Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvandan Türkiyəyə keçən İran avtomobilində narkotik aşkar edilib

DGK məlumat yayıb...

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun idxal nəzarət xəttinə daxil olan, İran İslam Respublikasından Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına şüşə yükü aparan 33AJN254/33ANC530 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi risk meyarı əsasında yoxlanılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən PİA.az-a verilən xəbərə görə, yoxlama zamanı yük nəqliyyat vasitəsindən şəffaf sellofana bükülmüş, kəskin iyli, tünd qəhvəyi rəngli, ümumi təmiz çəkisi 7,369 qram narkotik vasitə-həşiş qətranı, həmçinin kabində idman çantasının içərisində 11 həb “Tramadol” dərman preparatı aşkarlanıb.

Sonra yük nəqliyyat vasitəsinin sürücüsünün üzərində şəxsi yoxlama həyata keçirilib. Sürücünün əynindəki şalvarın sağ cibində olan siqaret qutusunun içərisində isə gömrük nəzarətindən gizlədilmiş iki ədəd sellofan paketdə, ümumi təmiz çəkisi 17,393 qram narkotik vasitə - marixuana aşkar olunub.

Xatırladaq ki, "Tramadol" Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

pia.az


Etiket: DGK narkotik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar