Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanda türk mənşəyinə qarşı siyasət yürüdülür - Uşaqlara türk adı qoymaq olmaz!

Naxçıvanda yeni doğulan uşaqlara Türkay, Ərtoğrul, Selin, Çidəm, Çilənay, Albas kimi türk kökənli adların qoyulmasına icazə verilmir.

Bu haqda "Gündəlik Naxçıvan"a bir qrup valideyn məlumat verib. Şikayətçilərin sözlərinə görə, bu adların yerinə onlara Zöhrə, Zəhra, Leyla, Ayşə, Məhəmməd, Hüseyn, Həsən kimi adlar təklif edirlər.

Ordubad rayon sakini Əsgər Ağayev deyir ki, yeni doğulan qız uşağının adını Selin qoymaq istəyib. Lakin, yaşadığı ərazinin icra nümayəndəliyi buna imkan verməyib:

“Təzə anadan olan övladıma doğum haqqında şəhadətnamə almaq üçün ötən ay kəndimizin icra nümayəndəliyinə getdim. Nə ad qoyacağımı soruşdular. Dedim ki, Selin qoyacağam. Dedilər ki, ilk öncə rayon qeydiyyat şöbəsindən soruşaq görək bu ada icazə verirlər, ya yox. Zəng edib danışdılar. Sonra dedilər ki, türk adları olmaz, yuxarıdan başqa adlar təklif edirlər, istədiyini seç. Zöhrə, Zəhra, Leyla, Ayşə, Zeynəb və s. adlar sadaladılar. Etiraz etsəm də əhəmiyyəti olmadı. Məcburiyyət qarşısında qalıb uşağın adını Zeynəb qoydum. Çünki nənəmin adı idi. Düşündüm ki, istədiyim ada imkan vermirlərsə, heç olmazsa, nənəmin adını qoyum. Onlar təklif etdiyi adlara da uyğun gəlir”.

Şərur rayonundan olan digər şikayətçi Zamin Seyidov deyir ki, övladına istədiyi adı qoymaq ona da nəsib olmayıb:

"Türkiyədə yaxın bir dostum var, adı Türkaydır. Onun şərəfinə yeni doğulan oğluma da eyni adı qoymaq istədim. Günlərlə məni get-gələ saldılar. Axırda elə bezdirdilər ki, onların təklif etdiyi adlardan birini seçib qoydum. Rəsmilərin təklif etdiyi oğlan adları ərəb ya da fars kökənlidir. İstədiyimiz adı seçməmizə qadağa qoyulması bizim hüquqların pozulmasıdır. Əgər bu adlar Azərbaycanda qadağandırsa, Bakıda və digər bölgələrdə niyə icazə verilir"?

Sakinlərin iddiası ilə bağlı rəsmi mövqe almaq mümkün olmadı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar