Çərşənbə axşamı, 03 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Naxçıvanda qəddarlıqda ad çıxarmış generalın haqq etdiyi sonluq - 11 il həbs

Keçmiş daxili işlər naziri Əhməd Əhmədova hökm oxundu; həbsdəki təhsil naziri isə azad edildi

Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlər naziri, polis general-leytenantı, bu ilin martında həbs edilmiş Əhməd Əhmədova hökm oxunub. Unikal.org saytı bildirir ki, keçmiş nazir 11 illik həsbxana cəzasına məhkum edilib. Lakin onun nədə ittiham olunduğu, barəsində başlanmış cinayət işinin təfərrüatları rəsmi olaraq açıqlanmır. Eləcə də hökmü hansı məhkəmənin çıxardığı barədə bilgi yoxdur.

Əhməd Əhmədovun “vurulmasına” dair çoxlu sayda iddia və ehtimallar vardı. Şahtaxtı gömrüyündə tutulmuş 90 kiloqram narkotiklə əlaqələndirilməkdən başlamış, Naxçıvan hakim elitasının bir sıra nüfuzlu nümayəndələri ilə toqquşmasına qədər müxtəlif ehtimallar vardı. İddia olunurdu ki, onun nazirliyi dövründə Naxçıvanda Ali Məclis sədrinə tam şəkildə tabe olmayan, yarımmüstəqil fiqurlardan olub. Əhmədovun müstəqilliyi Naxçıvan rəhbərliyində qıcıq doğursa da, o, illərlə vəzifəsini qoruyub saxlaya bilib. Vəzifəsindən çıxarılmazdan əvvəl isə barəsində Bakıya ilginc dosye yollanıb. Həmin dosyedə Əhməd Əhmədovun bir çox qanunsuz əməlləri barədə faktlar olub.

Dosyedə yer alan faktlarla bağlı ən müxtəlif ehtimallar vardı. Biri də budur ki, sabiq nazirin Şərurda, Araz çayının kənarında böyük bir mal ferması olub. Həmin fermada 5-10 min iribuynuzlu heyvan saxlanıb. Fermadan digər məqsədlər üçün - qaçaq mal saxlanılması üçün də istifadə edilib. Uzun illər orada nə baş verdiyi yerli hakimiyyət orqanları üçün qaranlıq qalsa da, sonradan fermanın baş çobanı ələ alınıb və onun vasitəsilə “qara işlər” gizli şəkildə çəkilib. İddiaya görə, dosyedə buna bənzər digər daha ilginc və faktlarla təsdiqlənən materiallar da var.

Sabiq nazirin adı keçən və olduqca mübhəm, qanunsuz əməliyyatlara görə ittiham verilməyib. Əhməd Əhmədov vəzifəsindən çıxarılandan sonra Naxçıvan Prokurorluğunda Naxçıvan Daxili Qoşunlarda 5 milyon manatlıq yeyinti faktı üzrə cinayət işi başlanıb. Həmin fakt üzrə sabiq nazirin də istintaqa cəlb edilməsi xəbəri vardı. Əhməd Əhmədov vurulandan sonra onun çoxsaylı biznes obyektləri təhvil-təslim edilib və yaxın ətrafı - qohumları və komandası iş başından uzaqlaşdırılıb.

Vəzifədən azad edildikdən sonra Əhməd Əhmədov bir müddət Naxçıvanda qalsa da, daha sonra əsas biznes obyektlərinin olduğu Bakıya yerləşmişdi. Onun həbsi də elə Bakıda baş verib. Bəzi KİV-lər keçmiş naziri həbs etmək üçün Naxçıvandan xüsusi qrup göndərildiyini, onun Bakıxanov qəsəbəsi ərazisindəki obyektlərindən birində əlləri qandallanmaqla həbs olunduğunu və Naxçıvana aparıldığını bildirirdi. Lakin Baş Prokurorluq bildirmişdi ki, Əhməd Əhmədov prokurorluq əməkdaşları tərəfindən saxlanılıb. O dövrdə yayılan qeyri-rəsmi məlumatlarda da keçmiş nazirin vəzifədə işlədiyi dövrdə mənimsəməyə və korrupsiyaya yol verdiyi iddia olunurdu.

2017-ci ildə Əhməd Əhmədov vəzifəsindən azad ediləndən az sonra onun adı qardaşının ittiham edildiyi adam oğurluğu işinə görə gündəmə gəlmişdi. Belə ki, Əhməd Əhmədovun biznesini idarə edən qardaşı Əvəz Əhmədov 2018-ci ilin yayında həbs edilib. Əvvəllər gömrük, sərhəd xidməti və başqa dövlət orqanlarında çalışmış Əvəz Əhmədov Cinayət Məcəlləsinin 145.1 (qanunsuz azadlıqdan məhrum etmə) və 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham olunurdu. İttihama görə o, 2016-cı ilin iyununda polkovnik Hörmət Əsgərova sələmlə 100 min dollar pul verib. Əsgərov pulu və faizini qaytara bilməyib. Buna görə də Əvəz Əhmədov onu öz ofisinə çağırıb, döyüb, deyib ki, pul qaytarılana qədər burada girov qalacaq. Haradansa öyrənib ki, Hörmət Əsgərovun Rəşad adlı qohumu onun əvəzinə pulu verə bilər. Çünki Hörmətin Rəşadda pulu var. Ona görə də dəfələrlə Rəşad Tahirova zəng edib, mesaj yazaraq onu və ailə üzvlərini hədələyib. Son nəticədə Rəşad Tahirovdan 140 min dollar pul alıb. Lakin Əhməd Əhmədov bu ittihamları qəbul etmirdi. Bildirirdi ki, əslində Hörmət Əsgərov gəlirli biznes qurub ona sanballı dividend ödəmək adı altında pulu alıb və qaytarmayıb.

Məhkəmə hökmünə əsasən, Əvəz Əhmədovun barəsində iki min manat cərimə cəzası müəyyən edilib, o, məhkəmə zalından azadlığa buraxılıb.

Naxçıvanın sabiq təhsil nazirinə gəlincə isə onun həbsindən sonra bəzi KİV-lər yazırdı ki, Məmməd Qəribov Bakıya köçüb və  hansısa yüksək vəzifəyə təyinat almağa çalışır. O, 2018-ci ilin iyununda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun müvafiq fərmanı ilə vəzifəsindən azad edilib. İşdən çıxarıldıqdan sonra Bakıya köçüb və özünə uyğun iş axtarmaq istəyib.  İddia olunur ki, Naxçıvanda “özünü doğrultmayan” istənilən kadra paytaxtın dövlət orqanlarında da iş verilmir. Bu səbəbdən  Məmməd Qəribovun hətta  metro stansiyalarından birinin yaxınlığında telefon satmaqla məşğul olduğu da deyilirdi.

Məmməd Qəribovun hələ fevral ayında həbs olunması barədə xəbərlər vardı. Bildirilirdi ki, sabiq naziri Bakıda saxlayıb Naxçıvana aparıblar, əməliyyatı MR polisi həyata keçirib. Sabiq naziri Muxtar Respublikanın yazılmamış “qızıl qanu”nunu pozaraq ora-bura şikayət məktubları yazmaqda şübhəli biliblər. İddialara görə, muxtar respublikadan hər hansı şikayətin Bakıya ünvanlanmasına xoş baxılmır. Sabiq nazir isə “dinc dayanmayıb”.

Ötən gün  Əhməd Əhmədov həbsə göndərilsə də,  Məmməd Qəribov barəsində məhkəmə şərti cəza çıxarıb. Keçmiş təhsil naziri Qəribov məhkəmə zalından azadlığa buraxılıb. Əhməd Əhmədov 17 il Naxçıvanın daxili işlər naziri olub və fəaliyyəti dövründə özünün xüsusi qəddarlığı ilə ad çıxarmışdı. O, 1969-cu ildə Şərur rayonunun Tumaşlı kəndində anadan olub. 1996-cı ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1990-cı ildən daxili işlər orqanlarında xidmət edib. 1997-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi, 2000-ci ildə Naxçıvan şəhər Polis Şöbəsinin rəis müavini, bundan bir neçə ay sonra isə daxili işlər naziri təyin olunub. 2017-ci ildə həmin vəzifədən azad edilib. 

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bu şəxslərə "valerian" dərmanı olmaz - Tromb, insult yaradar

“Məcburiyyət halına gətirilən vaksinləşmə insanlara qarşı terrordur” - Hüquqşünasdan ilginc açıqlama...

Hüquqşünasla baş redaktor arasında qalmaqal: "Maliyyən haradan gəlir?"

Eldəniz Səlimov Milli Məclisin iclasından dərhal sonra həbs ediləcək - İddia

Köçəryanın gəlini Qarabağa istirahətə gəlib - Foto

Nazirliklərdəki kütləvi gəncləşdirmənin fəsadları... 

Eldar Həsənovun vəziyyəti pisləşdi: DTX-nin Hospitalına köçürüldü

İmam köməkçisi Ərdoğan və Əliyevdən sitat gətirdiyi üçün mühakimə olunur - Rusiyada...

Ən çox oxunanalar