Cümə, 01 İyul 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Naxçıvan xariqələri: Muxtar Respublikada mebel monopoliyasına Iğdırlı iş adamı baxır

Naxçıvan Gömrük Komitəsinin ən çox narazılıq doğuran qanunsuz qadağalarından biri mebel inhisarçılığı ilə bağlıdır. 
 
Muxtar Respublika sakinlərinin Ovqat.com-a bildirdiklərinə görə, Naxçıvanda mebel malları Türkiyədən 3-4 dəfə baha satılır.
 
Vətəndaşların özlərinin gedib Türkiyədən mebel gətirmələrinə isə icazə verilmir. Çünki bu işə yalnız Halef Kızılay adlı Türkiyə vətəndaşı baxır.


 
Əslən Iğdırdan olan Halef Kızılay Türkiyədən gətirdiyi mebelləri Təbriz otelinin yanındakı Tədris Ticarət Mərkəzinin 1-ci mərtəbəsində satır.
 
Məlumatı dəqiqləşdirərkən aydın oldu ki, sən demə, Naxçıvanda mebeldə Bakıda ucuz imiş. Çünki Azərbaycan Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Dəli Domrul”luqda Səhət Həbibbəylidən heç də geri qalmırmış. Bildirilir ki, Naxçıvandan alınan mebel üçün Azərbaycan “gömrükxana”sında yenidən rüsum tutulurmuş. Eyni proses Bakıdan Naxçıvana aparılan mebel malları üçün həyata keçirilirmiş. Yəni Naxçıvan Bakıdan, Bakı Naxçıvandan gömrük rüsumu alırmış.


 
Başqa sözlə, unitar Azərbaycan Respublikası “dövlət içində dövlət” prinsipi ilə idarə olunur.

Facebook səhifəsində Iğdırda və Qərbi Azərbaycanda (İran) yaşadığı qeyd olunan Halef Kızılayın kimliyini araşdırmağa çalışacağıq.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

İntihar edən həkimin qonşuları elə şeylər danışdılar ki...- Gizli səs yazıları

Zakir Fərəcovun əli ilə Sumqayıtı “yaşıllaşdıran” ata-bala kimlərdir?

Sülhəddin Əkbər: “Artıq NATO-nun bir nömrəli düşməni Rusiyadır” - Müsahibə

Baş Mil-Muğan Kollektorlarının İstismarı İdarəsi rəisi sahibkarlıq fəaliyyəti ilə məşğuldur - Foto

Müğənni Aysunun dörd geyim dəyişdiyi toyundan rəngli görüntülər - Video, Yenilənib

Baş katib: “Rusiya ilə NATO arasında dağıdıcı müharibə ola bilər”

Könül Xasıyeva: “Evlilik təklifi almışam, bir qızım olsun istəyərdim”

Səfər Mehdiyevin Gəncədəki qohumundan şikayət var

Ən çox oxunanalar