Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO zirvəsində Türkiyə üçün tələ: Demokratik Davamlılıq Mərkəzi...

ABŞ-ın bir müddətdir “narıncı inqilablar” və “beşinci sütun” fəaliyyətləri ilə etməyə çalışdığı şeyləri, indi NATO-nun yeni mülki cihazı DDM vasitəsilə etmək istədiyi anlaşılır...

Gaffar Yakınca
“Aydınlık” qəzeti, Türkiyə, 11 iyun 2021-ci il

NATO sammiti yaxınlaşır. 2019-cu il zirvəsində NATO-nun gələcək baxışının yenidən nəzərdən keçirilməsinə qərar verilib və Baş Katib Stoltenberq bu iş üçün xüsusi bir müşavir heyəti təyin edib. Bu şura ötən ilin noyabrında “NATO 2030: Yeni dövr üçün birlik” adlı proyeksiya hesabatı yayımlayıb. NATO-nun özünü necə yeniləməli olduğunu və prioritetlərinin nədən ibarət olacağını izah edən hesabatda gələn həftə keçiriləcək zirvə görüşünün gündəliyi də müəyyənləşdirilib.

Hesabatın əhatə etdiyi bir çox məsələ olsa da, növbəti dövrdə NATO üçün hazırlanacaq yol xəritəsini iki başlıq altında ümumiləşdirmək mümkündür:

1) NATO yeni “soyuq müharibə”nin başladığını elan edir;

2) Bu dövrdə ən vacib problem kimi üzvlər arasında olan harmoniyanı göstərir.

Çin və Rusiya NATO-nun yeni “soyuq müharibə” konsepsiyasının hədəfindədir. Lakin bu müharibənin qurulacağı “təhlükəli şərqli düşmənlər” anlayışı üzv dövlətlər üçün çox da inandırıcı görünmür. Bir çox NATO üzvü olan dövlətlər bu “müharibəyə” qoşulmaq istəmirlər. Əslində, Türkiyə, Almaniya, İtaliya və Macarıstan kimi ölkələr Rusiya və Çinə qarşı dostyana davranırlar. İngiltərə və Yunanıstan da bu “sözdə düşmənlərlə” yaxınlaşmağın yollarını axtarır.

Dünyadakı Amerika hegemonluğunun sona çatmasının təbii bir nəticəsi olan mövcud vəziyyət NATO üçün ikinci həyati məsələni, yəni həmrəylik məsələsini gündəmə gətirib. “Alyans üzvləri harmoniya içində hərəkət etməlidir” deyildikdə, əslində üzv dövlətlərin ABŞ xəttini tərk etməməsi nəzərdə tutulur.

Hesabatda bununla bağlı iki təklif var. Birincisi texniki cəhətdir: qərarlar qəbul edərkən yekdillik prinsipini “yumşaltmaq” və bu prosedur tamamilə ləğv olunmasa da, veto hüququnu yalnız nazirlər səviyyəsində saxlamaq. Sammitdə bununla bağlı hər hansı bir inkişafın olub-olmayacağı bilinmir. Ancaq Türkiyə, Almaniya, İngiltərə və bəzi Şərqi Avropa ölkələrinin belə bir tənzimləmənin əleyhinə olduqları məlumdur.

Gizlincə planlanmış bir mexanizm

Üzvləri Amerika xəttinə məcbur etmək üçün təklif olunan ikinci metod daha vacibdir. Hesabatda üzv dövlətlərin “ümumi demokratik dəyərlərdən” kənarlaşmaması üçün NATO daxilində Demokratik Davamlılıq Mərkəzi (DDM) yaradılması tövsiyə olunur. “Ümumi demokratik dəyərlər” ifadəsini Amerikanın ixrac etdiyi qlobalist liberalizm kimi başa düşə bilərsiniz.

Layihə qəbul edilsə, NATO ilk dəfə üzv dövlətlərin sivil siyasətinə birbaşa müdaxilə edə biləcək açıq bir mexanizm qurmuş olacaq. Buna açıq mexanizm deyirik, çünki gizli olanlar NATO-nun ilk illərindən bəri işləyirlər. Qısacası “Gladio” kimi kodlanmış bu strukturlar hələ də Türkiyə üçün problem olmağa davam edirlər.

Üzv ölkələri “nizama salmaq” üçün müdaxilə edə bilən DDM layihəsinin sahibi ABŞ-ın Demokrat millət vəkili Cerald Konollidir. Konolli bu fikri 2019-cu ildə başlatdı və 2020-ci ildə NATO Parlament Assambleyasının sədri seçildi. Konollinin prezidentlik gündəmindəki yeganə iş budur desək, heç şişirtmiş olmarıq. Bu vəzifəyə gəlməyin ən vacib məqsədinin DDM-ni həyata keçirmək olduğu başa düşülür. Bundan əlavə, ABŞ-dakı bütün siyasi partiyalardan və qurumlardan layihənin dəstəklənməsi onun çox vacib bir “dövlət layihəsi” olduğunu da göstərir.

ABŞ dövlət katibi Blinkenin Nümayəndələr Palatasında NATO sammiti ilə əlaqədar danışan Konolli: “Bəzi NATO ölkələri demokratiyadan uzaqlaşırlar. DDM ən qısa müddətdə tətbiq olunmalıdır”, deyib. Blinken isə bu mövzuda özünə və məclisinə söz verib. NATO baş katibi Stoltenberq uzun müddətdir DDM layihəsinə hərtərəfli dəstək verir.

Bəs bu DDM-nin içərisində nə var? “Gladio”dan daha açıq və sivil bir quruluş olaraq dizayn edilən DDM-nin “demokratiyadan geridə qalan” üzv ölkələrdə cəlb ediləcəyi sahələr aşağıdakılardır:

- Hüquq sistemi və insan haqları;

- Parlamentlərin və siyasi təmsilçiliyin demokratik fəaliyyəti;

- Hesabatlılıq və şəffaflıq.

Diqqət yetirsəniz, hər üç maddə ABŞ-ın Türkiyəyə qarşı istifadə etdiyi böhranın başlıqlarına uyğundur. Birincisindən FETO ilə mübarizəyə, ikincisindən HDP/PKK-nın bağlanmasına, üçüncüsündən isə mafiya Youtuber-in videolarına keçid qura bilərsiniz. ABŞ-ın bir müddətdir “narıncı inqilablar” və “beşinci sütun” fəaliyyətləri ilə etməyə çalışdığı şeyləri, indi NATO-nun yeni mülki cihazı DDM vasitəsilə etmək istədiyi anlaşılır.

Bu layihənin hədəf ölkəsinin Türkiyə olduğunu təxmin etmək çətin deyil. Hökumət bu tələni NATO sammitində görməli və buna uyğun bir mövqe tutmalıdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: NATO Türkiyə ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar