Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO Ukrayna ilə bağlı Rusiyadan cavab gözləyir

“Ukrayna bizim çox dəyərli tərəfdaşımızdır, lakin NATO müttəfiqi deyil”.

APA-nın xəbərinə görə, bunu NATO Baş katibi Yens Stoltenberq İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.

Baş katib bildirib ki, NATO Ukraynaya bu ölkənin fundamental hüququ olan özünümüdafiə sahəsində kömək edir: “Biz, xüsusən də ABŞ, Böyük Britaniya və Türkiyə avadanlıq və təlim sahəsində dəstək verir. Lakin Kiyev Ukraynanın müttəfiqi deyil. NATO-da müttəfiqləri müdafiə etmək öhdəliyi yalnız bloka üzv ölkələr üçün keçərlidir. Rusiya Ukraynaya qarşı yenidən güc tətbiq etsə, bu, strateji səhv olacaq və siyasi, iqtisadi və maliyyə sanksiyaları baxımından Rusiya ciddi nəticələrlə üzləşəcək. Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Bilirik ki, Kiyev 2014-cü illə müqayisədə indi özünü müdafiə etmək iqtidarındadır. Onun qüvvələri daha yaxşı hazırlanıb və daha yaxşı təchiz olunub. Təbii ki, bu sahədə nə lazımdırsa edəcəyik. Yenə qeyd edirəm ki, müdafiə öhdəliyi və müttəfiqləri qorumaq NATO üzvlərinə aiddir. Ukrayna məsələsində nəticələrin yeni iqtisadi sanksiyalar olacağını və bu ölkəyə dəstəyimizi verəcəyimizi bəyan etmişik”.

Ukraynanın NATO-ya nə zaman qoşula biləcəyi ilə bağlı sualı cavablandıran Yens Stoltenberq Kiyevin artıq alyansa qoşulmaq istəyini ifadə etdiyini, NATO müttəfiqlərinin də bu məsələnin müzakirə olunmasını və Ukrayna ilə birlikdə bununla bağlı işləməyi təklif etdiyini qeyd edib: “Biz Ukraynanı müxtəlif vasitələrlə dəstəkləyirik, bura islahatlar, NATO standartlarına uyğunlaşmaq üçün silahlı qüvvələrin modernləşdirilməsi aiddir. NATO-nun açıq qapı siyasətini hər zaman təşviq etmişik. Buxarest Sammitində elan etmişik ki, Ukrayna və Gürcüstan NATO-nun üzvü olacaq, lakin bunun nə zaman baş verəcəyi ilə bağlı vaxtı deməmişik”.

O, Moskvadan cavab gözlədiklərini vurğulayıb:

“Bizim təqdim etdiyimiz təkliflərə onlar cavab verməyib. Sadəcə onu deyə bilərəm ki, danışıqlar çox çətin idi. Biz 4 saat ərzində müxtəlif məsələləri müzakirə etdik. Onlar müzakirələrdə öz təhlükəsizlik narahatlıqlarını qaldırdılar. Biz də öz narahatlıqlarımızı ifadə etdik. Gördük ki, bir çox məsələlərdə bizim yanaşmalarımız arasında nə qədər fərq var və bir-birimizdən nə qədər uzağıq. Bu, açıq, səmimi və mürəkkəb danışıqlar idi”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar