Cümə axşamı, 05 Avqust 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

NATO sammiti ərəfəsində: Yeni “Soyuq Müharibə” gözlənilir...

Yeni “Soyuq Müharibə” ola bilərmi? Bu mümkündür. Amma onun “obyekti” artıq Rusiya deyil, Çindir...

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 3 iyun 2021-ci il

NATO Sammitinə sürətlə yaxınlaşırıq. Bu sammitin əvvəlki zirvələrdən daha fərqli bir gündəliyə sahib olduğu aydındır. Əslində, NATO-nun yeni bir doktrina təkmilləşdirməsi gözlənilir. Bu da başa düşülən haldır. Çünki biz NATO-nun tarixi funksiyasını yaradan dünyadan çox kənardayıq.

Məlum olduğu kimi, NATO “Soyuq Müharibə” təşkilatı kimi ortaya çıxıb. NATO-nu yaradan “Varşava Paktı” idi. “Soyuq Müharibə” bitdikdən və “Varşava Paktı” ləğv edildikdən sonra isə mənasını və funksiyasını itirdi. Eyni şəkildə var olmağa davam etməyəcəyi və tezliklə öz-özünü bitirməsi gözlənilən idi. Ancaq elə olmadı. Düşünürəm ki, bu da başadüşüləndir. Nəhəng bir cihazın bir anda çırpılaraq ləğv olunacağını gözləmək heç də xoşniyyətli yanaşma deyil. Elə buna görə, NATO bütün əzəməti ilə davam edir. Sanki, bir dünya jandarmasına çevrildi. Ancaq bu əzəmətli quruluş “rəqibsiz” şəkildə varlığını davam etdirərkən, eyni zamanda, bir boşluğu da davam etdirirdi. Rəqibsiz olması həm də keçmiş “Varşava Paktı” üzvlərini əhatə edən bir genişlənmə gücünü ortaya qoyurdu. Ancaq bu həm də onun zəifliyi idi. Bir təhlükə və ya təhdid elementi olmadan öz mövcudluğunu əsaslandırmaqda çətinlik çəkirdi. Sovet İttifaqı artıq mövcud deyildi. Yerini tutan Rusiya sürətlə bazar əsaslı iqtisadi münasibətlərə keçmişdi. Bir sözlə, dövlət kapitalizmindən imtina edir və liberal qlobal kapitalist əmək bölgüsündə öz yerini alırdı. Artıq sistem üçün bir təhlükə deyildi. Bundan sonra isə Rusiya ilə Avropa Birliyi arasında, əsasən enerji baxımından sıx əlaqələr quruldu.

Bu mənzərəni necə qiymətləndirmək olar? Başqa sözlə soruşaq: bu prosesdən kim faydalandı? Hərbi qurum olaraq NATO Şərqi Avropanı təsir dairəsinə daxil edərək qalib gəldi. Ancaq yeni mənzərədə AB də genişlənir və iqtisadi cəhətdən Rusiyaya yaxınlaşırdı. Məsələ enerji olduğundan, resurslar da Rusiyada olduğu üçün müəyyən mənada Rusiyadan asılı vəziyyətə gəlirdi. Almaniyanın AB-də əsas güc olduğunu düşünsək, bu mənzərə ona İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın ona qarşı təzyiqini azaltmaq imkanı da verdi. Üstəlik Almaniyanın Şərqə açılmaq siyasətini yeniləməsi üçün də bir fürsət yaratdı. Fransa üçünsə bu, düşündüyü PESCO və onun vasitəsilə AB liderliyini ələ keçirmək baxımdan bir fürsət idi.

Bir sözlə, NATO-nun “Varşava Paktı” üzərindəki qələbəsinin, əslində birmənalı olmayan bir qələbə olduğunu düşünmək üçün kifayət qədər səbəb var. Doktrinalı bir boşluğa düşməklə yanaşı, Avropa üzərindəki təsirini itirmək riski ilə də üz-üzə qalmışdı.

Digər tərəfdən, qlobal rəqabət Asiyaya doğru dəyişirdi. Buradakı rəqibin Çin olduğu da aydın idi. NATO-nun doktrinasını sürətlə yeniləyərək diqqətini Sakit okeana yönəltməsi isə ən uyğun addım idi. Bəlkə də, Əfqanıstan məsələsi bunun üçün bir məşq idi. Ancaq bu da asan deyildi. Çünki Çin ABŞ və ümumiyyətlə, Qərbi yaradan prinsiplərlə mübarizə aparmırdı. O da liberal iqtisadiyyatı qəbul etdi və sürətlə kapitalist bir ölkə oldu.

Düşünürəm ki, bütün məsələ NATO-nun düşdüyü doktrinalı boşluğun içindədir. ABŞ-ın daxili siyasətində Trampın rəhbərlik etdiyi paleocon iqtidarı NATO-nu düşdüyü vəziyyətdən çıxara bilməzdi. Avropanı öz taleyinə buraxmağı, Rusiya ilə gərginləşməməyi və diqqətini Sakit Okeana yönəltməyi əsas götürdü. Buna cavab olaraq ortaya çıxan, neocon tərəfindən dəstəklənən Bayden adminstrasiyası da NATO-nun yüksəlişini və doktrinalı yenilənməsini mərkəzə qoydu. ABŞ-AB əlaqələrini gücləndirmək iddiası və məqsədi, əslində, Avropa ilə Rusiya arasındakı gərginliyi qızışdırmaq və artırmaqdır. Bu şəkildə ABŞ-ın Kontinental Avropadakı nəzarətini yeniləməyi hədəfləyirdi. Ukrayna, Belarusiya və Qara dənizdəki gərginliyin artması bunun göstəricisi kimi qəbul edilə bilər. Digər tərəfdən, Şimal Axınına qarşı çıxması da bu hesabda nəzərə alınmalıdır. Lakin Almaniya və Rusiyanın qətiyyətli müxalifəti bu cəhdləri geri qaytardı. NATO sammiti ərəfəsində, görünür, AB və Rusiya istədiyini aldı. Şimal Axınının qəbulu və Blinkenlə Lavrovun açıqlamaları Rusiya ilə ABŞ arasındakı gərginliyin azalmasına işarə edir. Qarşıdakı dönəmlərdə Avropa ilə Rusiya arasındakı güc nümayişini və gərginliyi artıq şişirtməyə ehtiyac yoxdur. Bunlar tərəflərin idarə edə biləcəyi gərginliklər olacaq. NATO-dakı etirazlar isə Şərqi Avropa dövlətləri tərəfindən səsləndiriləcək.

Doktrinalı boşluq hələ də həll olunmayıb. Bu zirvədə Çini siyasi və ideoloji cəhətdən qınayacaq bir ritorikanın hakim olacağını düşünürəm. Yeni “Soyuq Müharibə” ola bilərmi? Bu mümkündür. Amma onun “obyekti” artıq Rusiya deyil, Çindir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Qüdrət Qurbanov və Həbib Həsənov da yola salınır - Bu vəzifəlilər onları əvəzlədi

İdarə rəisi anasının yasına gəlməyənləri işdən çıxarır? – Şok iddia

Daha bir deputat karantin qaydalarını kobud şəkildə pozdu - Qızına 300 nəfərlik toy edən Novruzəli Aslanov cəzalanacaqmı?

Eldəniz Səlimovun həbsi atasından gizlədilir - Müəmma

Bu il Məhərrəm ayında yeniliklə üzləşəcəyik - Toy olacaq

Azərbaycan mətbuatının daha bir ayıbı - Türkiyədəki media təmsilçilərimiz nə işlə məşğuldurlar?

Arayik Sərsəng və Suqovuşanda SES tikmək istəyir: Bakı niyə susur?

Etibar Məmmədov: "Eldəniz Səlimov Milli Məclisdə özünü elə tərbiyəli aparırdı ki.."

Həbs edilən deputat vergi işçisini də döyübmüş

“Xankəndini tərk edirsən və dəli olursan, hər yerdə Azərbaycan bayraqlarıdır”

“Eldəniz Səlimovun o maddə ilə həbsi qanunsuzdur” - Tanınmış vəkil

Ən çox oxunanalar