Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO Rusiyaya qarşı 300 minlik çevik qüvvələr hazırlayacaq - Yeni strategiyada daha nələr var?

NATO-nun Madrid zirvəsində ittifaqın yeni strateji konsepsiyası qəbul olunacaq. Yeni konsepsiyada Rusiya “ən ciddi və birbaşa təhdid” kimi qiymətləndiriləcək. Xatırladaq ki, 2010-cu ildə qəbul olunan konsepsiyada isə Rusiya strateji tərəfdaş adlandırılırdı.

Siyasi təhlilçi Şahin Cəfərli bildirir ki, ən önəmli qərarlardan biri NATO-nun çevik reaksiya qüvvələrinin sayının 40 mindən 300 minə qaldırılması olacaq.

"Quru, hava və dəniz komponentlərindən ibarət olan bu qüvvələr krizis situasiyalarına operativ müdaxilə üçün nəzərdə tutulub. Bundan başqa, Baltik ölkələrindəki NATO batalyonları briqada səviyyəsinə yüksəldiləcək",- o əlavə edib.

Şahin Cəfərli deyir ki, Qərb heç bir halda Rusiyanı işğalı genişləndirməyə imkan verməyəcək: "Özünüz düşünün: NATO-ya ən ciddi və birbaşa təhdid olan bir ölkənin Ukraynada qalib gəlib, daha böyük təhdid halına gəlməsinə imkan verərlərmi? Putinin son günlər daha da aqressivləşərək Ukraynanı raket yağışına tutması həm də bu gəlişmələrlə əlaqədardır, o, Qərb liderlərinin tarixi qərarlar qəbul etməyə toplaşdıqları bir məqamda onlara xəbərdarlıq göndərir. Putin bu savaşdan öncə nə umurdu - nə buldu?..." ("AzPolitika.info")

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar