Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO-nun indi Türkiyəyə daha çox ehtiyacı var: Bəs ABŞ-la vidalaşmaq vaxtıdırmı?

Hazırda geosiyasət Baltik, Mərkəzi Avropa, Qara dəniz və Qafqaz üzərində köklənib. Rusiyaya doğru uzanan bir ox var və bu ox həm də postsovet dövrünün travmalarına toxunur...

Nedret Ersanel
“Yeni Şafak” qəzeti, Türkiyə, 24 noyabr 2021-ci il

İstər dünyada, istərsə də Türkiyədə rəsmi açıqlamaların dəyərini aşağı salmaq tendensiyası var. Xüsusilə fərqli izahlar arasındakı romantikanı görmək bir az zaman tələb edir. Bununla belə, xarici siyasət və təhlükəsizlik bəsit düşüncələri sevmir.

Noyabrın 16-da Pentaqonda keçirilən Türkiyə-ABŞ Yüksək Səviyyəli Müdafiə Qrupu Toplantısından sonra, “ABŞ NATO-ya dəstək olaraq Türkiyənin/TSK-nın hərbi modernləşdirmə ehtiyaclarını tanıyır”, deyə bir açıqlama verilib.

Noyabrın 19-da müdafiə naziri Hulusi Akarın NATO-ya sərt istinad edən açıqlaması da belə olub: “Türkiyə alyansın yükünü və bütün dəyərlərini paylaşaraq NATO-nu öz təhlükəsizliyinin mərkəzinə qoyur və eyni zamanda, NATO-nun təhlükəsizliyinin də mərkəzindədir”.

İstəyirsinizsə, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin “Türkiyə ilə əməkdaşlığımızı dərinləşdirməkdə qərarlıyıq”, bəyanatını da xatırlayaq.

Əgər bunun az olduğunu düşünürsünüzsə, iki ildən sonra Federal Təhqiqat Bürosundan daha yüksək səviyyəli nümayəndə heyətinin Təhlükəsizlik Departamenti, terrorizm/kəşfiyyat/KOM şöbələrinə göstərdiyi təsiri də əlavə etmək olar.

Təbii ki, başqa bir dövlət katibi müavini, ABŞ-ın Yaxın Şərq məsələlərindən məsul olan Etan Qoldriçin Suriyada eyni tarixlərdə (14-15 noyabr) terror təşkilatı YPG/PKK-nın sözdə liderləri ilə görüşdüyünü də unutmayaq. Qərb tipli “diplomatiya” belədir; bir əli ilə əlini sıxarkən, o biri əli ilə ətini kəsər.

Başa düşə bilərik ki, Vaşinqton Ankara ilə, xüsusən NATO-da və Avropa-Rusiya-Qara dəniz sərhədlərində əvvəlkindən daha çox yaxınlaşmağa can atır. Açıqlamalara baxdıqda Ankaranın da bu anlayışla razılaşdığı görünür.

NATO-da “Şərqi Avropa müharibəyə doğru gedir”, ab-havası hökm sürür və alyans daxilində Türkiyənin geo-siyasi rolu belə görünür: Türkiyənin Qara dənizdəki təsirli və dominant gücü, Ukrayna ilə inkişaf edən münasibətləri və Moskvaya diskomfort yaratmaq imkanları və təbii ki, boğazlar. Yəni Türkiyə Rusiyanın Ukraynada, Qara dənizdə və Aralıq dənizində olan dəniz gücünün başarılı ola bilməsi üçün açar ölkədir.

Pentaqonda keçirilən görüşdə NATO-ya dəstək üçün TSK-ya dəstək vermənin zəruri olmasının mənası da budur. “Bundan xəbərdarıq” demələri, həm də Qərbin izlədiyi geosiyasətin Türkiyədən keçə biləcəyini ifadə edir. Görüşdəir çox funksional və regional məsələlər müzakirə edilib. Bu kontekstdə Türkiyənin əhəmiyyəti Rusiya üçün nə qədər vacibdirsə, ABŞ üçün də elədir.

NATO vasitəsilə ABŞ-la nizamlı münasibət axtarışı müxtəlif səbəblərdən Ankara üçün cəlbedici ola bilər: Qərblə münasibətlər, iqtisadiyyat, seçki prosesində problem olmaması və s. Bununla belə, bu məqamlarda inkişaf edəcək yumşalmanın dövri xarakter daşıyacağı və Qərb-Şərq qarşıdurmasının yeni mahiyyəti anlayışından asılıdır.

Rusiya prezidenti Vladimir Putin ötən həftə, “Qərb artıq bizim qırmızı xətlər haqqında xəbərdarlıqlarımıza məhəl qoymur”, deyə qeyd edib. Rusiyanın milli təhlükəsizlik münasibətlərini öyrənilərkən belə bəyanatların təhlükəli ola biləcəyini dərk etmək lazımdır. “ABŞ strateji bombardmançılarının Qara dənizdəki sərhədlərimizdən 20 kilometr uzaqda uçması, NATO-nun şərqə doğru genişlənməsi, sərhədlərimizə raket sistemlərinin yerləşdirilməsi” kimi ifadələr zarafat deyil.

Şimal yarımkürəsində ABŞRusiya münasibətlərinin həyəcan səviyyəsi də yüksəkdir. Ukrayna ruslar tərəfindən işğal edildikdə ABŞ-la Avropanın cavabları hazırlanır.

Böyük Britaniya müdafiə nazirinin Polşa-Belarus sərhədini möhkəmləndirmək üçün Varşavaya, daha sonra Kiyevə səfəri, miqrasiya məsələsi, Belarusun Ukrayna böhranına qoşulması, bazar ertəsi Lukaşenkonun “böhran davam edərsə, müharibə qaçılmaz olacaq”, bəyanatı, Londondan bölgəyə əsgər göndəriləcəyi xəbəri və İngiltərənin “artan rolu” xüsusi qiymətləndirilməlidir.

Bu məsələ, xüsusən Baltik, Mərkəzi Avropa, Qara dəniz və Qafqazla bağlıdır. Rusiyaya doğru uzanan bir ox var və bu ox həm də postsovet dövrünün travmalarına toxunur.

Vaşinqton AvropaNATO müttəfiqlərinə Rusiyanın regionda yeni reallıqlar yaradacağı ilə bağlı qorxular yayır. Avropanın daxili problemləri və dinamikası, Berlində konkret güclü bir hökumətin olmaması, Fransanın Rusiya böhran yaradacağı təqdirdə məsuliyyəti öz üzərinə götürəcəyini deməsini, İngiltərənin həm epidemiyaya, həm iqtisadiyyata, həm də “müttəfiqlərə” baxışı sürətlənmənin və uyğunlaşmanın qarşısını alır. Rusiyanın niyyətindən isə ABŞ qədər əmin olmayan bir çox ölkələr var.

Bu axında yalnız bir şey çatışmır: Türkiyə. ABŞNATO-nun Ankaradan gələn mesajlara cavab verməsi vəziyyətin başa düşüldüyünü göstərir. Amma Türkiyənin “Aleksandroupoli nə deməkdir?” sualı yerində qalır. Çünki ora “Qərbin sərhəddi”dir.

Amerika həm Rusiyaya (Ukrayna), həm də Çinə (Tayvan) eyni vaxtda hücum edir. Birini qazandıqda, digəri də daha asan olacaq.

Vaşinqton böhranların hərbi qarşıdurmaya çevrilməsinin qarşısını almaq üçün maneələr yaradır. Halbuki məqsədi Pekin və Moskvanın ABŞ-ın maraqlarına yönəlməsini tənzimləməkdir.

Türkiyə bir “Soyuq Müharibə”yə qərar vermək məcburiyyətində deyil. Əgər öz şərtlərini daha yaxşı hala salacaq planlar qurubsa, bir problem də yoxdur. Lakin əgər belə deyilsə, qarşıda çox çətin bir proses görünür...

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar