Şənbə, 10 Dekabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli: “Qiymət artımı insanların belini bükür, kasıblaşdırır”

“2022-ci ilin yanvar-oktyabr, yəni ilin ilk 10 ayında ölkəyə 33.806 ton ət məhsulları idxal edilib, bir kq ətin idxal qiyməti 3 manat 6 qəpik olub. Eyni dövrdə ölkəyə 15.494 ton kərə yağı idxal olunub ki, bir kq kərə yağının idxal qiyməti 9 manat 69 qəpik təşkil edib. Ət və ət məhsullarının, kərə yağının pərakəndə satışda çox yüksək qiymətlərlə satılmasının əsas səbəblərindən biri (korrupsiya, inhisarçılıq – bunlar xroniki xəstəliklər, bu sistemin üz qarasıdır, burası aydındır) məhz 18%-lik ƏDV-dir”.

PİA.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərli qeyd edib ki, pərakəndə satışda ərzaq məhsullarının ƏDV-si kəskin azaldılmalı, 18%-dən 2%-ə endirilməlidir, bu, qiymətlərin tənzimlənməsində ciddi rol oynayacaq: “İnflyasiya, qiymət artımı insanların belini bükür, kasıblaşdırır, real gəlirlər azalır, hökumət isə bu dərinləşən problemi görməzdən gəlməklə məşğuldur. Ölkədə 30 ildə normal iqtisadi institutlar, sistem də qura bilməyiblər ki, inflyasiya ilə, məsələn, Mərkəzi Bankın uçot dərəcəsi kimi alətlərlə mübarizə aparmaq mümkün olsun. Bizdə Mərkəzi Bankın uçot dərəcəsi formal, mənasız bir alətdir, çünki özü formal, hökumətdən asılı qurumdur, halbuki MB dövlət qurumu olmalı, müstəqil siyasət yeritməlidir. Amma bu Mərkəzi Bankın da günahı deyil...”(Pravda)

pia.az

 

 


Etiket: qiymət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kamran Əliyev Nazim Zeynalovu vəzifəsindən azad etdi

Kəbirə Məmmədovanın avtovağzalı bağlanır - Böyük məbləğdə cərimə

DTX Naxçıvandan iki vəzifəli şəxsi Bakıya gətirib - Foto

İranlı sünni din xadimi qaçırılaraq öldürüldü

Məsud Özildən Ronaldo barədə qalmaqallı paylaşım

Goranboyda Mərkəzi Xəstəxananın rəhbəri vətəndaşı vurub - Video

Çuxçe ölkəsinin qızı: Kim Çen Inın “qiymətli övladı” haqqında nə məlumdur…

Bakıda hərbi xidmətdəki oğlu ilə telefonla danışan qadını keçmiş əri öldürdü - Təfərrüat

"Çamadanla yolun qırağında qalmışdın” - Rəqsanə ilə Damla arasında qalmaqal

Ən çox oxunanalar