Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli: “Kiçik-orta sahibkarları qeyri-qanuni sıxırlar, böyük "balıqlar" isə...”

"Ölkədə ərzaq məhsullarının pərakənda satışında süni qiymət artımı varsa, deməli ölkədə bazar iqtisadiyyatı, rəqabət yoxdur, inhisarçı-məmur dövlət iqtisadi sistemi mövcuddur"...

“Bəzi deputatlar ölkədə tüğyan edən qiymət artımının əsl səbəblərini gizlətməyə çalışaraq söhbəti yenə ərzaq məhsullarının pərakəndə satışında "süni qiymət artımı" deyiminə gətirərməklə ət satanı, çörək bişirəni, soğan əkəni günahkar çıxarmaq istəyirlər. Bununla, guya hökumətin səhv siyasətini ört-basdır edirlər. Ölkədə ərzaq məhsullarının pərakənda satışında süni qiymət artımı varsa, deməli ölkədə bazar iqtisadiyyatı, rəqabət yoxdur, inhisarçı-məmur dövlət iqtisadi sistemi mövcuddur. Bəs axı prezident hər çıxışında deyir ki, ölkədə rəqabət, bazar iqtisadiyyatı, əla biznes mühit var, həmin deputat və məmurların fikrincə prezident düz demir, bunu açıq deyə bilərlər?! Qalstuklu müəllimlər, "ölkədə süni qiymət artımı var" deyəndə dövlət şirkətlərinin diqtə etdiyi qiymətləri, kommunal xidmətlərin tariflərini, işıq və qaza süni olaraq limit qoyulmasını nəzərtə tutsaydılar, onlara yağlı "beş" yazmaq olardı. Çünki bizdə dövlət tərəfindən tənzimlənən qiymətlər süni artır, ərzaq qiymətlərini dövlət tənzimləmir, dövlət pərakəndə satış iştirakçısının qiymət qoymasına deyil, ancaq vergisini ödəyib-ödəmədiyinə qarışa bilər”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərli qeyd edib ki, "Sovet" kafalı deputat və məmurlar ölkənin qanunlarını belə, yaxşı bilmirlər: “Dövlətin borcu ölkədə rəqabətli iqtisadiyyat yaratmaq, vəzifəsi ədalət mühiti formalaşdırmaqdır. Rəqabət və ədalət olan yerdə süni qiymət artımı mümkün deyil. Bunu ona görə yazdım ki, "süni qiymət artımı" söhbəti həmişə kiçik-orta sahibkarın başında çartlayır, onları bu adla qeyri-qanuni sıxırlar, cərimələyirlər, böyük "balıqlar" isə hər gün təzə supermarket açıb kiçik dükanları, xırda ailə mağazalarını sıxışdırıb məhv edirlər. Ölkədə əvvəl dükan sahibi olanların bir çoxu indi həmin supermarketlərdə "merçendayzer" kimi işləməyə məcbur qalıblar...”

pia.az


Etiket: Natiq Cəfərli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar