Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli:"Hakimiyyətdən asılı olan yazar heç vaxt əsl şedevr yarada bilməz"

"Kitabı sata bilməyən yazar hakimiyyətdən asılı olur, ona görə də heç vaxt əsl şedevr yarada bilməz"

"Yazıçılar xalqın “kodlaşdırılmasında” böyük rol oynayırlar, amma bu rol heç də həmişə müsbət olmur. Bu ən çox bizim coğrafiyaya 200 ildən çox təsir göstərən Rusiya örnəyində açıq-aşkar görünür, bu gün Rusiya toplumunun vəziyyəti məhz yazıçılıq üzərində qurulan fəlsəfi baxışlarının təzahürüdür. Avropada fəlsəfə məktəbi inkişaf edən zaman Rusiyada sırf fəlsəfi məktəb yaranmadı – fəlsəfəni ədəbiyyat əvəz etdi. Böyük Rusiya yazıçıları öz əsərləri ilə toplumu “kodlaşdırmağa” başladılar, mənim üçün ən vacib örnəklərdən biri Turgenevin “Mumu” əsəridir. Hekayənin məgzi budur ki, mülkədarın nökərlərindən biri Qerasim adlı tənha kişi suda boğulmaq üzrə olan kiçik it görür, onu xilas edib evə gətirir, Gerasim anadangəlmə lal-kar olduğundan iti çağırarkən “mu-mu-mu” kimi səs çıxarırmış, ona görə də itin adı “Mumu” olur. Qerasim 1 metr 95 sm boyu olan çox güclü, sağlam bir kişi olur, itə çox bağlanır, həyatının mənasını məhz “Mumu”ya qulluq etməkdə, onunla oynamaqda tapır. İt də ancaq onu tanıyır, ona qulaq asırmış, xülasə, uzun zaman itə bağlı olan Qerasim özünü çox xoşbəxt hiss edir, amma bir gün mülkədar iti görür, oynamaq istəyir, it buna hürür, xanımın bu xoşuna gəlmir və Qerasimə itdən can qurtarmasını əmr edir. Qerasim çox sevdiyi iti balaca qayığa qoyub gecə vaxtı çayla üzür və ağlaya-ağlaya özü ilə götürdüyü kərpici itin boğazına iplə bağlayıb heyvanı çaya tullayır və it batıb-ölür. Bu hekayə çox dərin fəsləfəyə malikdir, rus “mujik”i nə qədər güclü, boylu-buxunlu olsa da, itirəcəyi bir şey olmasa da ağasının sözündən çıxmır, ən sevdiyini itirməyə belə razı olur, halbuki, iti öldürməyə də bilərdi, lap aparıb başqa bir yerdə, meşənin içində saxlaya, arada gedib onunla oynaya bilərdi, amma yox, ağa, rəhbər nə dedisə, ona əməl etməyi özünə borc bildi. Bu gün Rusiya cəmiyyətinin, toplumunun davranışı elə həmin “Qerasim” davranışıdır, ağasının sözündən çıxmır, öz gücünü dərk etmir, sevdiklərini ağılsız və mənasız Ukraynaya qarşı işğalçı müharibədə qurban verir. Bizim məmləkətə də ədəbi “kodlaşma” ciddi təsir edib, 19-cu əsrdə ədəbiyyatın milli kimlik formaşmasında çox önəmli rol oynamasını fəxrlə yada salsaq da (Axundov, Sabir və s.), 20-ci əsrdə, Sovet dönəmində ədəbiyyat mütilik, rəhbərə sevgi üzərinə inşa edildi, qələmini dövlətdən imtiyaz qoparmaq üçün işə salan ədəbiyyat xadimlərini gördük. Azərbaycanda fəlsəfə məktəbi çox zəif olduğundan bizdə də məhz ədəbiyyat cəmiyyətin formalaşmasında önəmli rol oynadı-oynayır. Bu gün, “oxucu, oxuyan yoxdur” deyib dad edirik, amma, “nə oxuyaq, oxuyub nə qazanacağıq, oxuduğumuzdan nə nəticə çıxaracağıq”, sualları ətrafında düşünüb müzakirə apara bilmirik. Bir neçə gənc (bəziləri artıq gənc də deyil) yazarlar müəyyən qədər cəhd edib düşündürücü, sözün yaxşı mənasında provokativ əsərlər yazsa da, bu məktəbə, trendə çevrilmədi, amma təbii ki, ölkədə bazarın, azadlıqların olmaması da buna təsir göstərdi".

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərli bildirib ki, yazarı oxucu dəstəkləmirsə, bunun günahı 50/50-dir, bir tək oxucuda günah axtarmaq yanlışdır, amma bir həqiqət də odur ki, kitabı sata bilməyən yazar dövlətdən, siyasi hakimiyyətdən asılı olur, belə asılılıq isə heç vaxt əsl şedevr yarada bilməz: "Ona görə də yazarları da qınamıram, siyasi sistem, iqtisadi fürsətlər nə “çalırsa” hamı, elə yazar-çizərlər də o havaya "oynayır"".

pia.az


Etiket: Natiq Cəfərli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar