Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli: "Boş-boş danışmaqla, bayağı sözlərlə xarici siyasət haqqında fikir bildirmək gülüş doğurur..."

"İqtisadiyyat isə elmdir, hap-gop sevmir"...

"İnsanlıq tarixində “dövlət” anlayışı yaranan gündən bu günə çox şey dəyişib, bir tək ticarətin, iqtisadi əlaqələrin siyasətə, dövlətlərarası münasibətlərə təsirindən başqa. Tarixən dost, yaxın ölkələr daim ticarətlə, iqtisadi əlaqələrlə bilinib, ritorik sözlər, günlük bəyanatlar ciddi deyil. İqtisadiyyat isə elmdir, hap-gop sevmir".

PİA.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərli vurğulayıb ki, 2021-ci ildə Ermənistanın ticarət dövriyyəsi 8 mlrd. 379 mln. dollar olub, ölkədən ixrac 3 mlrd. 22 mln. dollar, ölkəyə idxal isə 5 mlrd. 357 mln. dollar olub, Ermənistanın ticarət balansında mənfi saldo 2 mlrd. 250 mln. dollara yaxın olub ki, bu problemin Ermənistan dramına təsirlərini azaldan əsas faktorlardan biri Rusiyada yaşayan ermənilərin göndərdiyi pullar olub,

- 2021-ci ildə Ermənistanın 3 ən böyük ticarət tərafdaşı: 1) Rusiya, 2) Çin, 3) İran – maraqlı siyahıdır, deyilmi?! Hər üç dövlətin Qərblə münsibətlərini ayrıca izah etməyə, məncə, ehtiyac yoxdur. 2021-ci ildə 8,3 mlrd. dollarlıq ticarət dövriyyəsinin 2,6 mlrd. dolları bir tək Rusiyanın payına, 503 mln. dollar isə İranın payına düşür (Çini nəzərə almadım, bütün ölkələrdə Çinin payı var, olmalıdır),

- 2021-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 33 mlrd. 912 mln. dollar olub, ölkəmizin ixracı 22 mlrd. 206 mln. dollar, ölkəmizə idxal isə 11 mlrd. 705 mln. dollar olub, ticarət dövriyyəsinin müsbət balansı 10 mlrd. 500 mln. dollar təşkil edib (hə, ixracımızın 90% enerji daşıyıcılarıdır, bu problemdir, daxili səhv iqtisadi siyasətin, qanunun aliliyinin olmamasının nəticəsidir, amma mövzu indi o deyil),

- 2021-ci ildə Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr (qeyd etdiyim kimi, Çini nəzərə almadan): 1) İtaliya – 9 mlrd. 663 mln. dollar, 2) Türkiyə - 4 mlrd. 661 mln. dollar, 3) Rusiya 2 mlrd. 295 mln. dollar, 4) Almaniya 1 mlrd. 284 mln. dollar, 5) İsrail – 928 mln. dollar. Bizim statistikada İran heç ilk 15 ölkə sırasında belə yer almayıb.

Azərbaycanın xarici ticarətinin az qala yarısı AB ölkələri ilə, Türkiyə, İsrail və ABŞ-ı da saysaq, 80%-i Qərb dövlətləri ilədir, ölkəyə qoyulan investisiyaların yenə 80%-dən çoxu Qərb ölkələri və Türkiyənin payına düşür. Azərbaycanın bütün kommunikasiya xəttləri göbəkdən Türkiyə üzərindən Qərbə bağlıdır, ona görə də xarici siyasətlə bağlı fikir bildirmədən öncə iqtisadiyyatın “anatomiyasını” öyrənmək mütləq şərtdir, boş-boş danışmaqla, bayağı sözlərlə xarici siyasət haqqında fikir bildirmək gülüş doğurur...(Pravda)

pia.az


Etiket: Natiq Cəfərli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar