Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Narkotacir qruplarında qadınların sayı artıb: “Sosial çətinlik bir bəhanədir”

“Son zamanlar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qadınların satış məqsədi ilə özlərinin iradəsini cilovlaya bilməməsi və orada iştirakı sözün həqiqi mənasında kifayət qədər ciddi narahatlığa səbəb olur. Artıq həyəcan təbilinin çalınmasının vaxtı gəlib çatıb”.

Bunu qadınların narkotik vasitələrin satışına qurşanmaları ilə bağlı Oxu.Az-a danışan hüquqşünas Şəmsəddin Əliyev deyib.

Qeyd edək ki, polis narkotacirləri yaxalamaq üçün əməliyyat keçirən zaman diqqətçəkən məqamlardan biri də ələ keçən qrupların içində qadınların da olmasıdır. Qadınların narkotik vasitələrin satışında iştirakı narahatlıq doğurur.

Bəs görəsən, qadınları bu işə kim vadar edir? Həvəs, pul qazanmaq istəyi, yoxsa məcburiyyət?

Hüquqşünasın sözlərinə görə, zərif cinsdən olanların bu tip cinayətlərin iştirakçısına çevrilmələri, mütəşəkkil dəstələrin sırasında olmaları üzücü bir haldır:

“Ailə tərbiyəsi önəmlidir. Sağlam ailələrdə böyüyən qadınların hər hansı bu tip cinayətlərdə iştirakı mümkünsüzdür. Bunlar sırf qadının iradəsinin zəifliyi ilə bağlıdır.

Savadsızlıq, hadisələrə real yanaşa bilməmək və onun nəticəsini görə bilməməkdən də irəli gələ bilər. Maarifləndirmə işləri aparılmalıdır. Narkotacirlər arasında qadınların çoxluq təşkil etməsi maarifləndirmə işinin kifayət qədər zəif aparıldığını göstərir. Dövlət qurumları ciddi məşğul olmalıdırlar”.

Ş.Əliyev qeyd edib ki, bunu sosial çətinlik və işsizliklə əlaqələndirməməliyik:

“Düşünürlər ki, narkotikdən gələn pullar çoxdur. Lakin belə deyil. Onlar pul üçün cılız və sadə yola əl atırlar. Sonunu bilmədən bu yol ilə gedirlər. Biz yolun sonunu onlara göstərməli, zərərli olduğunu çatdırmalıyıq. Minimum əmək haqqı ilə dolananlar var, lakin belə yollara əl atmırlar. Yəni sosial çətinlik bir bəhanədir”.

Şəmsəddin Əliyev əlavə edib ki, reallığı çatdıra bilsək, gələcək qız övladlarımızı, gənc ailələrimizi bu yoldan çəkindirə bilərik:

“Birgə tədbirlər həyata keçirilsə, narkotik vasitə asılılığından yaxa qurtara bilərik. Narkotik vasitələrin satışı daha çox İranla sərhəd olan rayonlarda aşkarlanır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mübarizəni gücləndirməliyik. Sosial şəbəkələrdə də təbliğat işləri aparmaq lazımdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar