Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nadir Şəfiyevin qadını şantaj edən oğlu ilə bağlı qərar

Nadir Şəfiyevin oğlu ilə bağlı qərar verildi...

Ali Məhkəmədə Azərbaycan Dövlət Televiziyasının (AzTV) keçmiş xanım jurnalistini intim görüntüləri ilə şantaj etməkdə təqsirləndirilən “CBC sport” kanalının sabiq operatoru Yusif Şəfiyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yusif Səfiyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü dəyişməyib. Daha sonra Yusif Səfiyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Cinayət işi materiallarında qeyd olunub ki, o, qadına məxsus olan “Mitsubishi Eclipse” markalı avtomobili şantaj edərək ondan istəyib. O, qadının barəsində rüsvayedici məlumatları sosial şəbəkələrdə və mətbuatda yayacağı ilə hədələyib. Təqsirləndirilən şəxs bu taktika ilə ondan müxtəlif vaxtlarda ümumilikdə 6726 manat pul alıb.

Qadının şikayəti əsasında Yusif Şəfiyev həbs edilib.

Məhkəmədə ifadə verən Yusif Şəfiyev özünü təqsirli bilməyib. O, məhkəmədə deyib ki, heç zaman qadından pul tələb etməyib.

Xatırladaq ki, Yusif Şəfiyev “ARB 24” telekanalının sabiq rəhbəri Nadir Şəfiyevin oğludur. Nadir Şəfiyev AzTV, İTV, “Türkel TV” və “ARB 24” televiziyalarında müxtəlif vəzifələr tutub. 2018-ci ilin sentyabr ayında “ARB 24” telekanalının rəhbəri vəzifəsindən çıxarılıb.

Daha sonra İsmayıllı rayon Basqal bələdiyyəsinin sədri işləyən Nadir Şəfiyev bu hadisədən sonra ərizə yazaraq vəzifəsinin icrasını dayandırıb.

pia.az 


Etiket: Nadir Şəfiyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar