Cümə, 20 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Nadir Rüstəmli: “Qalib olmaq istəyirəm, qoy Azərbaycan “Avroviziya”nı qazansın” - Video

Sabah “Avroviziya 2022”nin ikinci yarımfinalı keçiriləcək. Azərbaycan təmsilçisi – müğənni Nadir Rüstəmli “Pala Alpitur” zalının səhnəsində “Fade To Black” mahnısını ifa edəcək. Bu arada ifaçımız öz cazibədarlığı və gözəl səsi ilə avropalıları fəth etməyə və fəal şəkildə hazırlaşmağa davam edir.

Nadir Media.Az-a eksklüziv müsahibəsində avropalı pərəstişkarlarından, yarımfinal çıxışı öncəsi qorxularından və gözləntilərindən danışıb.

- Yarışa hazırlıq necə gedir? Şəhərcikdə ab-hava necədir?

- Bu genişmiqyaslı musiqi müsabiqəsinə hazırlıqlar sürətlə gedir.

- Avropalı azarkeşlərinizin dəstəyini hiss edirsiniz?

- İlk dəfə Madriddə avropalı pərəstişkarlar qarşısında - ənənəvi “fan party”də canlı çıxış etdim. Etiraf edim ki, çox həyəcanlı idi! Oradan da rejissor və mahnı müəllifləri ilə səhnə nömrəsini məşq etmək üçün Danimarkaya yollandım.

Xatırladaq ki, “Fade to Black” lirik balladası əcnəbi musiqiçilər tərəfindən bəstələnib. Musiqisi və sözləri Andreas Stoun, Anders Retov, Sebastyan Şub və Tomas Stenqaard tərəfindən yazılıb. Azərbaycan təmsilçisinin “Eurovision 2022”dəki çıxışının səhnə tərtibatı üzərində isə Danimarkadan olan rejissor Meds Enqqaard işləyib (müəllif).


Burada, təbii ki, azarkeşlərimin dəstəyini hiss edirəm. Turində bütün vaxtım məşq etməyə, mətbuata və azarkeşlərlə söhbətə sərf olunur. Onlarla enerji mübadiləsi sənətkar üçün ən yaxşı motivasiyadır, sanki onların sevgisinə qərq olmuşam. Burada çox gözəl insanlar var, şəkil çəkdirmək, avtoqraf istəmək, çoxlu xoş sözlər söyləmək xahişi ilə yanıma gəlir, mənə qələbə arzulayırlar... Bu çox xoşdur!

- Biz də sizə qələbə arzulayırıq... Ancaq soruşmaq istərdik ki, kimləri əsas rəqibləriniz hesab edirsiniz?

- Demək olar hər bir iştirakçını. Bilirsiniz, birincisi, burada istedadlı insanlar toplaşıblar, onların hər biri öz ölkəsini təmsil etmək üçün seçilib. İkincisi, “Avroviziya”da tək istedad və ya yaxşı vokal kifayət etmir, şou, ideya, səhnədə davranış, tamaşaçıları özünə cəlb etmək bacarığı çox önəmlidir... Ən əsası isə hamımızın təqdimat üçün cəmi bir neçə dəqiqəmiz olacaq. Tamaşa günü səhnəni kimin “partladacağını” isə heç kim bilmir.

- Bəs əhval-ruhiyyəniz necədir?

- Bunun bir neçə əsas çaları var - baş verənlərdən sevinc, özüm və ölkəm üçün qürur hissi, həmçinin üzərimdə olan böyük məsuliyyətin dərk edilməsi. Üstəlik, istədiyimi ictimaiyyətə çatdıra bilməmək qorxusu... Amma ümumilikdə hər şey qaydasındadır, həyəcan isə hətta faydalıdır.

- Narahat olmağa heç bir səbəbiniz yoxdur, amma qalib gəlmək üçün hər şeyiniz var...

- Təbii ki, qalib olmaq istəyirəm, Azərbaycanın bu mötəbər yarışda qalib gəlməsini istəyirəm. Biz hər il “Avroviziya”da çıxış edirik və qərbli bloqerlərin, jurnalistlərin də tez-tez qeyd etdikləri kimi, keyfiyyətli material təqdim edirik. Çox istərdim ki, bu il qalibiyyət bizim olsun, ölkəmiz yenidən “Avroviziya”ya ev sahibliyi etsin. Axı biz onları mütləq şəkildə təəccübləndirə bilərik.

- Bilirəm ki, Turində sizinlə birlikdə “The Voice” – “Səs Azərbaycan” şousunda televiziya proqramı çərçivəsində dəfələrlə duet oxuduğunuz, həm yerli, həm də xarici tamaşaçılar tərəfindən bəyənilən Eldar Qasımov kimi mentorunuz var.

- Yeri gəlmişkən, ötən gün çox gözəl italyan muzey-malikanəsində mahnımı oxuduq, əla akustika var idi... Sadəcə, özümüzü saxlaya bilmədik. Ümumiyyətlə, biz daim birlikdə oxuyuruq: yolda, küçədə, oteldə... (gülür).

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

"Əli Həsənova verdiyim 10 kaseti ermənilər qarşıma qoydular" - Şahbaz Quliyev

Qiymətlərin dağ başına çıxdığı Azərbaycanda kasıb əhali bir ildə iki dəfə azalıb - Statistika belə deyir...

Paşinyan Kremldən KTMT qüvvələrinin İrəvana yeridilməsini xahiş edib

İran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı bəzi faktlar - Yenilənib

Ermənistanda müxalifətin aksiyaları güclənir... - Paşinyan devrilə bilər?

Rusiyaya güzəştə getmək və sülh danışıqları aparmaq mümkün deyil - Zelenskinin ofisi

Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - Dosye

“Azərbaycanda məmurlar qanunlara tüpürürlər” - Ekspert hərbiçilərə veteranlığın verilməməsinə görə od püskürdü...

"Heç kim Putinin qoyduğu sülh şərtlərini qəbul etməyəcək" - Şolts

Kürdəmir Regional Mədəniyyət idarəsində dövlət büdcəsindən mənimsəmələr...

Ən çox oxunanalar