Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nadir Qafarzadənin oğlu Rusiyada səfərbərlik elan edildikdən sonra Bakıya gəldi

"Anası gətirdi Bakıya"...

"Gəlinimdən danışanda məni qınayırlar. Amma kimdə nə var, ondan danışmalıdır. Sevgilim, "çuvixam" yoxdur ki, danışım... Gəlinim yox, mənim qızımdır. 30 il qız övladı arzulamışam. Allah mənə bir dəfə qız övladı verdi, ancaq tələf oldu. Elə bil Allah sonra onu yetirdi bizə: qəlbi gözəldir, şən əhval-ruhiyyədədir. Müasirlik olanda da, onu çərçivədə etməlisən. Bir neçə dil bilir, oğlumu sevir. Bunlar məni o qədər sevindirir. Qadın gəlib ailə olmaq, həyat yoldaşı ilə bir ömürboyu yaşamaq üçün".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib. Gəlinindən danışan sənətçi boşanmaların sayının artmasını tənqid edib:

"Bilmirəm, bu, insanların səbirsizliyi, dözümsüzlüyü, yoxsa zəifliyidir. Zəif insanlar tez qərar verir. Bir iki-üç il yaşa, bir-birinizə öyrəşin, həyatın çətinliyini görün. İki aydan sonra dururlar ki, ayrılırıq. Səbəb də odur ki, çay yaxşı olmadı. Başqa səbəblər də var, amma çoxu boş səbəbdəndir. Bəzəndə ailə qurur imkansız biri ilə, sonra tələblər artır. Sən sevəndə bilirdin ki, milyonçuya yox, ayda 500 manat maaş alana ərə gedirsən. Niyə ərə gələndən sonra başlayırlar tələbləri artmağa? Oliqarxa ərə getmisən? Bir də valideynlərin müdaxiləsi ayrılığa gətirir. Mən oğlumun ailəsinə qarışmıram, ancaq kənardan dəstək oluram. İndikilər görüşürlər də, kafedə otururlar da, instaqramda selfi də paylaşırlar. Amma evlənən kimi ayrılırlar. Bir də zəhləm gedir deyəndə ki, ayrılsaq da, dostuq. Dost qalan idizsiniz, boşanmazdınız".

Rusiyada müğənni kimi fəaliyyət göstərən oğlundan danışan qafarzadə bildirib ki, oradakı hərbi vəziyyətlə bağlı Əziz Bakıya qayıdıb:

"Anası gətirdi Bakıya. İndi işləyir. Şou-biznes sahəsində çalışmır. Oğlum Rusiyada müğənnilik edirdi. Orada böyük pullar lazımdır. O qazana girmək üçün xərcləməlisən. Mənim gücüm yoxdur. Gərək hər şeyimi satım, çadır qurum yatım içində. İllərlə qazandığımı satıb prodüser mərkəzinə verim?".

pia.az


Etiket: Nadir Qafarza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar