Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mustafa Şəntop Sahibə Qafarovaya təbrik məktubu göndərdi  

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop 28 May – Müstəqillik Günü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu göndərib.

Bu barədə TBMM-in mətbuat xidməti məlumat yayıb.

“Hörmətli sədr, dəyərli həmkarım

Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alilərini və qardaş Azərbaycan xalqını türk milləti və şəxsim adından ən səmimi duyğularımla təbrik edirəm. Bu anlamlı gündə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin sağlam təməlləri üzərində yüksələn müstəqil Azərbaycanın günümüzdə hər sahədə əldə etdiyi uğurlar fəxarət hissimizə səbəb olmağa, Türkiyə üçün qürur mənbəyinə çevrilməyə davam edir. Parlamentlərimiz arasındakı mükəmməl səviyyədəki münasibətlərimizin “tək millət, iki dövlət” anlayışının rəhbərliyində yeni zirvələrə yüksələcəyinə ürəkdən inanıram. Mövcud yaxın əməkdaşlığımız təkcə ikitərəfli deyil, üçtərəfli və çoxtərəfli formatlarda da möhkəmlənir və parlamentar diplomatiyaya yeni təkan verir.

Bu fürsətdən istifadə edərək Azərbaycanın Müstəqillik Gününü bir daha təbrik edir, dost və qardaş Azərbaycan xalqına firavanlıq və rifah, Zati-alilərinə və sizin şəxsinizdə Azərbaycan Milli Məclisinin dəyərli üzvlərinə ürəkdən uğur diləklərimi və salamlarımı çatdırıram”, - deyə məktubda qeyd olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar