Bazar, 17 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Müsavatın bəyannaməsi

Müsavat Partiyası bəyannamə yayıb. PİA.az-ın məlumatına görə, partiya Məclisinin 26 sentyabr sessiyasında qəbul edilmiş bəyannamədə qeyd olunur ki, 2020-ci ilin Vətən müharibəsindəki qələbə – Azərbaycanın mədəniyyət mərkəzi Şuşa daxil olmaqla ölkə ərazilərinin böyük hissəsinin işğaldan qurtulması Azərbaycan dövlətinin yeni tarixində çox mühüm hadisədir: “Hərbi əməliyyatların daha bir neçə gün davam edəcəyi təqdirdə Xankəndi şəhəri daxil olmaqla digər ərazilərin də işğaldan azad ediləcəyi şübhə doğurmurdu. Lakin Rusiya silahlı qüvvələrinin “sülhməramlılar” adı altında Qarabağa gətirilməsi qələbəmizin tamamlanmasına imkan vermədi.

Vətən müharibəsi dövründə Müsavat ordumuzun və dövlətimizin yanında olub, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq birliyə çatdırılmasına ciddi töhfə verib, orduya maddi və mənəvi dəstək göstərib, partiya üzvləri və onların övladları ön cəbhədə vuruşub, şəhid və qazi olublar. Buna baxmayaraq Azərbaycan hakimiyyəti milli həmrəyliyin yaranmasına imkan verməyib, müxalifətə qarşı əsassız ittihamları və qarayaxma kampaniyasını davam etdirib.

Müsavat Partiyası bəyan edir ki, işğaldakı ərazilərin böyük hissəsinin azad edilməsi ölkədə korrupsiyanın, rüşvətxorluğun, məmur özbaşınalığının tüğyan etməsinə, insan haqlarının kütləvi pozulması və siyasi repressiyaların davam etdirilməsinə əsas ola bilməz.

Partiya hakimiyyətdən ərazilərin tam azad olunması, Rusiya silahlı qüvvələrinin Azərbaycandan çıxarılması, ölkədə hüquqi dövlətin, demokratik cəmiyyətin qurulması üçün təsirli tədbirlərin görülməsini tələb edir, bu tədbirləri zəruri sayır:

Ermənistanla ikitərəfli danışıqlar imkanından istifadə etməklə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını nəzərdə tutan sülh müqaviləsinə nail olmaq;

Rusiya “sülhməramlılarının” tezliklə çıxarılması yolu ilə ölkənin suverenliyini bərpa etmək;

Rusiyaİranın maraqlarına xidmət edən şəbəkə ilə mübarizəni gücləndirmək;

Avropaya inteqrasiya prosesini sürətləndirmək məqsədilə Avropa İttifaqı ilə sazişin imzalanmasına nail olmaq;

– Türkiyənin də qoşulmasını dəstəkləməklə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın daxil olduğu Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın – GUAM-ın işini fəallaşdırmaq;

– Ukraynanın ərazi bütövlüyünün təmin olunması məqsədilə yaradılmış beynəlxalq Krım Platformasına qoşulmaq;

Azərbaycan Ordusunun döyüş qabiliyyətini təkmilləşdirmək məqsədilə NATO, Türkiyə, Pakistan və Ukrayna orduları ilə müntəzəm hərbi təlimlərin keçirilməsinə nail olmaq;

– məcburi köçkünlərin azad olunmuş torpaqlara yerləşdirilməsi prosesini sürətləndirmək, onların mülkiyyət hüququnu təmin etmək, varislərinə həyətyanı sahə və torpaq payının ayrılmasını təmin etmək;

– ölkədə siyasi islahatlara start vermək, o cümlədən söz və ifadə azadlığı, sərbəst toplaşmaq hüququ və digər fundamental insan haqlarını təmin etmək, siyasi məhbusları azadlığa buraxmaq;

– seçki qanunvericiliyini təkmilləşdirmək, proporsional seçki sistemini bərpa etmək, seçki komissiyalarını paritet əsaslarla formalaşdırmaq;

– ölkədə azad iqtisadi rəqabət və investisiya etibarlılığı mühiti yaratmaq məqsədilə beynəlxalq standartlara uyğun qanunların hazırlanması və qəbuluna nail olmaq;

– gerçək hakimiyyət bölgüsü aparmaq;

– məhkəmə sistemini təkmilləşdirmək;

– süni qiymət artımına son qoymaq;

– əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək;

– sıradan çıxmaqda olan kiçik və orta sahibkarların müdafiəsini təmin etmək;

– məmurların müxtəlif yollarla ölkədən xaricə daşıdıqları varidatın qaytarılmasına nail olmaq”.

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci başqanı İsa Qəmbər olub. 2014-cü ildən partiyaya Arif Hacılı başqanlıq edir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Paşinyan “qaş düzəldən yerdə göz çıxardı”... – Əliyevin İrana yönəlik ittihamlarını təsdiqlədi

Azərbaycanda əhalinin istehlak etdiyi elektrik enerjisinin və təbii qazın qiyməti artdı

Bakının mərkəzində ticarət obyektləri yanır, ətrafda yaşayan sakinlər təxliyə edilir - Foto / Video / Yenilənib

Elektrik enerjisi üzrə tariflərin dəyişdirilməsi hansı səbəblərdən qaynaqlanır

"Tarif Şurası qiymətləri artıranda Prezident İlham Əliyev də onun acığına maaş və pensiyaları artırır" - İlqar Məmmədov

Hüseynün: İranın Azərbaycanda İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən dəstəklənən yeni hərəkatı

SOCAR qazın istehlak qiymətinin artırılmasının səbəblərini açıqlayıb

"Toya yazdırdığım pula heyfim gəlir" - Zaur Baxşəliyev

Putin amerikalı jurnalistə qarşı seksizmdə günahlandırıldı - Foto,Video

“24 günlük Vətən Müharibəsi” deyən direktor işdən çıxarıldı - Video

Azərbaycanın bəzi iqtisadi rayonlarının adlarında dəyişiklik edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay